Dərin tarixi əlaqələrə əsaslanan dostluq

Dərin tarixi əlaqələrə əsaslanan dostluq44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın xarici siyasət sahəsində öz uğurlarını davam etdirir. Xarici siyasətin bir istiqaməti kimi ölkəmizin Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf edir.
Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir. Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq əlaqələri ildən ilə daha da möhkəmlənməkdədir.
Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyevin türkdilli ölkələrə, onların dövlət başçılarının Azərbaycana qarşılıqlı səfərləri davamlı xarakter alıb.
Mayın 20-21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü təşkilatın tarixində müşahidəçi dövlətdə keçirilən ilk sammit olaraq tarixə düşdü. Bu görüş həm də Macarıstanın Türk dövlətləri ilə iqtisadi və siyasi əlaqələrinin möhkəmləndirilməsindəki rolunu vurğuladı.
Sammitə qatılan TDT üzvü və müşahidəçi ölkələrin dövlət başçıları iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və rəqəmsal transformasiya kimi sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Azərbaycan bu sammitdə regional iqtisadi siyasətin formalaşdırılmasında liderliyini, ticarət, enerji və innovasiya sahələrində əhəmiyyətli mövqeyini bir daha nümayiş etdirib.
Azərbaycanın TDT üzv dövlətlərinə yatırdığı investisiyaların həcmi 20 milyard ABŞ dollarını keçib ki, bu da ölkənin təşkilat içində artan təsirini göstərir. Azərbaycan Mərkəzi Asiya, Türkiyə və Avropa arasında strateji keçid nöqtəsi olaraq ticarət axınlarını və regional inteqrasiyanı asanlaşdırmaqda mühüm rol oynayır. 2024-cü ildə Azərbaycanın dəmir yolu tranzit tutumu 11 milyon tona çatıb, Bakı-Tbilisi-Qars dəmir yolu isə 5 milyon ton həcmə malik olub. Bu irəliləyiş Azərbaycanın Xəzər dənizindəki 50 ticarət gəmisi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və 8 beynəlxalq hava limanı kimi əsas infrastruktur layihələri ilə dəstəklənir, bu da ölkənin vacib logistika mərkəzi rolunu gücləndirir. Azərbaycanın "Rəqəmsal Nəqliyyat Dəhlizi" adlanan, gömrük, fitosanitar və sərhəd nəzarətini asanlaşdıran vahid rəqəmsal platformanın inkişafında da mühüm rolu var ki, bu da dəhliz boyunca tranzit vaxtlarını və xərclərini azaldır.
Enerji sahəsində əməkdaşlıq sammitin digər əsas mövzusu olub. Türk dünyasının təbii qazdan bərpa olunan enerji mənbələrinə qədər zəngin enerji resursları regional əməkdaşlıq üçün böyük potensiala malikdir. Azərbaycan boru kəmərləri və enerji ötürmə xətləri inşa etməklə yanaşı, eyni zamanda günəş və külək enerjisi layihələrinə investisiya qoyur. Bu sahələr üzrə fəaliyyət TDT üzv dövlətlərinin qlobal enerji bazarındakı dalğalanmalara qarşı dayanıqlılığını artırmağı hədəfləyir.
Sammitdən əvvəl Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanın görüşü olub. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi və regional təhlükəsizlik məsələlərində güclü strateji tərəfdaşlıq inkişaf edib. 2014-cü ildə imzalanmış "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" və 2023-cü ildə imzalanmış "Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə" ikitərəfli əlaqələri daha da dərinləşdirib. İki ölkə arasında ticarət sürətlə artıb və 2025-ci ilin ilk üç ayında ticarət dövriyyəsi 14,55 milyon ABŞ dollarına çatıb. Macarıstandan Azərbaycanın iqtisadiyyatına birbaşa investisiyalar isə 1 milyard ABŞ dollarını keçib.
Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməsi ikitərəfli əməkdaşlığın güclənməsinə əlavə təkan verir. Macarıstanın TDT-nin müşahidəçi dövləti olaraq Türk İnvestisiya Fonduna 100 milyon dollarlıq töhfəsi regionun iqtisadi inkişafına verdiyi dəstəyi bir daha nümayiş etdirir. Macarıstanın "MOL Group" şirkətinin Qazaxıstanın "Rozhkovski" qaz yatağında pay alması kimi enerji sahəsində əməkdaşlıqları iki region arasındakı əlaqələrin dərinləşməsini nümayiş etdirir.

Tufan Məmmədov – iqtisadçı ekspert


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 668   Tarix: 22 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.