"Torpaq var, məhsul yoxdur" – Ekspert kənd təsərrüfatında məhsuldarlığın azalmasından danışdı

"Torpaq var, məhsul yoxdur" – Ekspert kənd təsərrüfatında məhsuldarlığın azalmasından danışdıSon vaxtlar ölkəmizdə qeydə alınan güclü yağışlar kənd təsərrüfatına ciddi ziyan vurub. Bir çox bölgələrdə əkin sahələri, meyvə bağları və heyvandarlıq təsərrüfatları sel, torpaq sürüşməsi və nəmlik səbəbindən ağır ziyan görüb. Yağıntının təsiri ilə bağlı kənd təsərrüfatı məhsullarının itirilməsi, torpaq eroziyası və məhsuldarlığın azalması kənd təsərrüfatında fəaliyyət göstərənlər üçün böyük problemlər yaradıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bildirib ki, son dövrlərdə baş verən təbiət hadisələri kənd təsərrüfatında məhsuldarlığa mənfi təsir edib:

"Dünyada baş verən kataklizmlər – quraqlıqlar, intensiv yağışlar, iqlim dəyişiklikləri kənd təsərrüfatına ciddi ziyan vurur. Elə ölkələr var ki, davamlı yağışlar məhsulların məhv olmasına səbəb olub. Avropa ölkələrində isə quraqlıq nəticəsində fəsadlar yaşanıb. Buna baxmayaraq, həmin ölkələr bu şəraitdən səmərəli şəkildə istifadə edərək kənd təsərrüfatında inkişaf göstəricilərini qoruyurlar. Çünki onlar qlobal istiləşmənin doğurduğu vəziyyətdən fayda çıxarmağı bacarırlar".

Ekspert qeyd edir ki, Azərbaycanda isə bu imkanlar reallaşdırılmır. Halbuki ölkənin 2 milyon hektara yaxın əkin sahəsi, 2 milyon 200 min hektar isə örüş sahəsi var. Bu rəqəmlər İsraillə müqayisədə 5 dəfə çoxdur:
"Torpaq var, məhsul yoxdur" – Ekspert kənd təsərrüfatında məhsuldarlığın azalmasından danışdı"Lakin təəssüf ki, biz bu torpaqlardan səmərəli istifadə edə bilmirik. Fermerlər aqrotexniki qaydalara əməl etmirlər. Maarifləndirmə yoxdur, əksəriyyət iqlim dəyişikliyi qarşısında sadəcə gözləmə mövqeyi tutur".

Vahid Məhərrəmli həmçinin heyvandarlıq sektorunda da geriləmənin müşahidə olunduğunu bildirib:

"Son 8 ildə Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 1 milyon 600 min baş azalıb. Halbuki dünyada bu dövrdə qoyunların sayı artıb. Əvvəlki 7 illə müqayisədə bizdə azalma tempi daha sürətlidir."

Mütəxəssis bu problemlərin əsas səbəblərindən birini də peşəkar kadr çatışmazlığı ilə əlaqələndirir:

"Avropada aqronomluq biliyi olmayan şəxsə torpaq sahəsi verilmir. Xüsusi komissiyadan keçərək seçim aparılır. Azərbaycanda isə kəndlərdə torpaqlar paylanıb, amma bu sahədə heç bir təcrübəsi və biliyi olmayan insanlar kənd təsərrüfatı ilə məşğuldurlar. Təəssüf ki, bu gün savadlı, bacarıqlı şəxslər sistemin kənarında qalıb. Nazirlikdə və yerli strukturlarda çalışanların əksəriyyəti qeyri-peşəkardır. Bu səbəbdən də kənd təsərrüfatında məhsuldarlıq son dərəcə aşağı səviyyədədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 607   Tarix: 21 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.