Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır

Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadırRegional lider dövlət kimi qüdrətli Azərbaycanın çoxvektorlu xarici siyasətində Macarıstanın xüsusi yeri var. Bu münasibətlər diplomatik aspekti ilə yanaşı, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, mədəni yaxınlaşma və strateji tərəfdaşlıq müstəvisində özünün parlaq təzahürünü tapır. Bugünkü mürəkkəb beynəlxalq münasibətlər sistemində tarixi qardaşlıq bağına - türk soyuna mənsub Macarıstanla münasibətlər siyasi iradənin təcəssümü ilə yanaşı, həm də xalqların ortaq maraqlara söykənən qardaşlıq duyğularının ifadəsidir.
Təsadüfi deyil ki, Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində körpü rolunu oynayır. Bu ölkə rəsmi Bakının Brüsselə uzanan yolunda etibarlı tərəfdaş, dəstəkləyici səs və anlayışlı müttəfiq kimi çıxış edir. Enerji sahəsində əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasında Macarıstanın fəal iştirakı bizim enerji təhlükəsizliyi gündəliyimizin ayrılmaz tərkib hissəsinə çevrilib. Eyni zamanda təhlükəsizlik sahəsində də əməkdaşlıq dinamik inkişaf edir. Qlobal təhdidlər və regional çağırışlar fonunda Azərbaycanın və Macarıstanın ortaq maraqlara əsaslanan əməkdaşlığı sülhə və sabitliyə xidmət edir. Bu əməkdaşlıqda ikitərəfli təşəbbüslər qədər çoxtərəfli platformalarda qarşılıqlı dəstək də mühüm yer tutur. Xüsusi vurğulanmalıdır ki, Azərbaycanla Macarıstan arasında münasibətlərin bünövrəsində tarixə, mədəniyyətə və humanist dəyərlərə hörmət dayanır. Bu münasibətlər bu gün xalqlar arasında artan qarşılıqlı simpatiya və hörmətlə möhkəmlənir. Şübhəsiz, Macarıstanın Azərbaycanın müstəqil siyasətinə verdiyi dəstək, ölkəmizə göstərdiyi dost münasibət və tərəfdaşlıq niyyəti gələcəkdə daha genişmiqyaslı layihələrin başlanğıc nöqtəsi olacaq.
Dövlətlərarası əlaqələrin inkişafında liderlərin şəxsi münasibətləri bəzən diplomatik protokolların da fövqündə dayanır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orban arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad bu gün iki ölkənin strateji tərəfdaşlığının əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu dostluq təkcə sözlərlə deyil, real səfərlər və konkret nəticələrlə təsdiqlənir.
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gəldi. Səfər çərçivəsində Budapeştdə ölkə başçımızla Macarıstanın Baş naziri Viktor Orbanın məhdud tərkibdə görüşü keçirildi. Ardınca hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış etdilər. Macarıstanın Baş naziri Viktor Orban öz çıxışında Azərbaycanla əlaqələri olduqca yüksək qiymətləndirərək əsl birlik mesajı verdi. Macarıstan lideri qeyd etdi ki, dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident İlham Əliyev bizim yanımızda olmuşdur. Məhz cənab İlham Əliyev də dost və qardaş ölkə ilə əlaqələri yüksək qiymətləndirərək bildirdi ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir.
İki ölkə arasında xüsusilə enerji sahəsində müsbət dinamika mövcuddur. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuata bəyanatlarla çıxış zamanı bildirdi ki, biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq: "Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür".
Bununla yanaşı, "Cənub Qaz Dəhlizi" (CQD) layihəsi çərçivəsində Macarıstanın olduqca müsbət təşəbbüsləri təqdirəlayiqdir. Bununla yanaşı, Macarıstanın tanınmış "MOL" şirkətlər qrupunun "Azəri-Çıraq-Günəşli" yatağında 9.57 faiz və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsində 8.9 faiz paya sahib olması Azərbaycanın zəngin təbii ehtiyatlarına inamın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir.
Yeni dövrün və zamanın tələbinə uyğun olaraq da enerji sahəsində baş verən yeniliklərə paralel Macarıstan hökumətinin "yaşıl enerji" sahəsində təşəbbüslərə verdiyi dəstək isə xüsusi qeyd olunmalıdır. 2022-ci ildə imzalanan və 2023-cü ildə icrasına start verilən "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" bu sahədə yeni üfüqlər açır.
İqtisadi sahədə də iki ölkə arasında önəmli əlaqələr mövcuddur. Belə ki, 2024-cü ilin sonuna olan statistik rəqəmlər bu sahədəki inkişafın parlaq sübutudur. Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsində tam 29 faiz artım qeydə alınıb. Bu, Azərbaycan məhsullarının Avropa bazarında daha geniş yer tutduğunun və Macarıstanla ticarət körpüsünün möhkəmlənməsinin rəmzidir. Əməkdaşlıq təkcə ticarətlə də məhdudlaşmır. 2023-cü ildə Macarıstandan Azərbaycana yönələn birbaşa xarici investisiyalar 1 milyard 18 milyon ABŞ dollarına çatıb. Bu, Macarıstanın Azərbaycan iqtisadiyyatına olan dərin marağını, eyni zamanda ölkəmizin sabitliyinə, dayanıqlı inkişafına və investisiya mühitinin cəlbediciliyinə verilən yüksək qiymətdir. Azərbaycanlı investorlar da həmçinin Macarıstanda aktiv iştirakçıdır. Onlar bu ölkənin kənd təsərrüfatı, nəqliyyat və digər vacib sektorlarına yatırımlar etməklə iqtisadi tərəfdaşlığı daha da gücləndirirlər. Bu qarşılıqlı sərmayələr iki ölkənin iqtisadiyyatlarını bir-birinə daha sıx şəkildə bağlayır, strateji dostluğun konkret nəticələrini meydana çıxarır.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 584   Tarix: 21 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Financial Times: "Avropanın süni intellekt qarşısında çətin seçimi - ABŞ-dan geridə qalır"

Avropa iqtisadi artımı sürətləndirmək, texnoloji suverenliyini qorumaq və eyni zamanda sosial və ekoloji dəyərlərini saxlamaq arasında çətin seçim qarşısındadır. Financial Times yazır ki, süni intellekt bu üç məsələnin hər biri üçün mühüm əhəmiyyət daşıyır. Nəşrin məlumatına görə, pandemiyadan sonr

11:52 162
.

El Pais: "Brüssel Meta-nı WhatsApp-ı süni intellekt köməkçilərinə açmağa məcbur edir"

Avropa Komissiyası Meta-nın WhatsApp platformasının digər süni intellekt köməkçiləri ilə işləməsinə imkan yaradılması üçün şirkətə təzyiq göstərir. BİG.AZ El Pais-ə istinadən xəbər verir ki, məsələ Avropa Birliyinin rəqəmsal bazarda böyük texnologiya şirkətlərinin üstünlüyünü məhdudlaşdırmaq siyasət

12:20 175
.

Hikmət Hacıyev: "Azərbaycanın bərpa təcrübəsi digər münaqişə zonalarında tətbiq edilə bilər"

"Azərbaycanın müharibədən sonrakı bərpa və əhalinin qayıdışı ilə bağlı topladığı təcrübə dünyanın münaqişə, eləcə də savaşlardan zərər çəkmiş digər regionlarında tətbiq oluna bilər". BİG.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi

12:20 91
.

Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"

"Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və yerlərdə gələcək sülhün möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək". BİG.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələlər

12:22 101
.

"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b

16:33 145
.

50 min, 200 min, 500 min manat - Vergidən yayınmada cəzalar necə dəyişir?

"Vergilər Məcəlləsində vergi hesabatlarının və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmuş vergi hesabatlarını

13:07 187
.

Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, məhkəmə Elmira Əliyevanı 12 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, dövlət ittihamçıs

19:00 1
.

Büdcədənkənar maaş əlavələrinə limit: Dövlət qurumlarında əməkhaqqı sistemi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Dövlət qurumlarında büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına verilən əlavələrə limit qoyulması dövlət sektorunda maaş sisteminin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Yeni qaydalara əsasən, vəzifə maaşlarına edilən əlavələr və digər ödənişlər üzrə müəyyən hədlər tətbiq olunur

12:33 215
.

Şəfiqə Məmmədova kimdir? - Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı...

Xəbər verdiyimiz kimi, Xalq artisti Şəfiqə Məmmədova bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Şəfiqə Məmmədovanın qısa bioqrafiyasını təqdim edir:. Şəfiqə Məmmədova nə vaxt və harada anadan olub?. Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. Şəfiq

18:30 1
.