Köhnə Bakı ilə vida - Böyük söküntü anonsu

Köhnə Bakı ilə vida - Böyük söküntü anonsuPaytaxtın Yasamal rayonunda, "Təzəpir" məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək. Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Söküntü "Təzəpir" məscidinin tinindən yuxarıda 199 nömrəli məktəb (Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri), sol tərəfdə isə Nizami küçəsinin bir hissəsini əhatə etməklə DİN və Baş Prokurorluğun binalarına qədər olan ərazidə aparılacaq.

Söküntüdən sonra ərazidə hər hansı başqa yaşayış, qeyri-yaşayış binalarının tikintisi nəzərdə tutulmayıb və Mərkəzi Parka birləşdiriləcək.

Qeyd edək ki, proses Bakı şəhərinin yeni Baş Planının icrası çərçivəsində həyata keçirilir. Plana əsasən, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda "Sovetski"nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə "Təzəpir" məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.

Eyni zamanda Bakının Sabunçu, Nəsimi, Xətai, Nərimanov və digər rayonlarında istismar müddəti başa çatmış, qəzalı vəziyyətdəki binalar, evlər, qeyri-yaşayış obyektləri söküləcək.

Aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq rayon icra hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır. Köçürmə işləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanununa Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirəcək, müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.

Bakının yeni Baş Planına uyğun olaraq, köçürmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq, həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq, müasir standartlara cavab verəcək abadlıq işləri həyata keçiriləcək. Bu işlərə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də cəlb ediləcək.

"Teleqraf"ın yazdığına görə, söküləcək evlərin hər kvadratmetrinə görə 2700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratmetrinə görə 3000 manat kompensasiya ödəniləcək. Maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirəcək.

Bildirilir ki, hazırda əsas problem kvadratı az olan mənzillərlə bağlıdır. Söküntü aparılacaq ərazidə xeyli sayda 15-25 kvadratmetrlik evlər var. Hökumətdə qəbul edirlər ki, onların sahiblərinə ödənilən kompensasiya ilə Bakıda yeni mənzil sahibi olmaq mümkün deyil. Ona görə də vəziyyətdən çıxış yolları axtarılır.

Digər xəbərə əsasən, məsələyə Nazirlər Kabinetində baxılır və kvadratı az olan evlərlə bağlı vahid tarif hazırlanır. Qurumun yaxın vaxtlarda söküntü zamanı az kvadratlı (20-25-30) evlərə ödənilən kompensasiya məbləği ilə bağlı qərar verməsi gözlənilir.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc "Bakı Şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər" mövzusunda keçirilən konfransda maraqlı statistika açıqlayıb. Deputat deyib ki, Bakı şəhərinin 2040-cı ilədək olan inkişaf planında paytaxtda köhnəlmiş yaşayış fondunun - yəni hazırkı fondun 70 faizdən çoxunun ümumi sahəsi 2020-ci illə müqayisədə 2027-ci ilə qədər 37,8 faiz azaldılaraq 12 milyon 138,4 min kvadrat metrə, 2040-cı ilə qədər 2,3 dəfə azaldılaraq 8 milyon 338,4 min kvadrat metrə çatdırılacaq:

"Göründüyü kimi, qarşıdakı 10-12 il ərzində şəhərin əsas infrastrukturunun yeniləcəyi gözlənilir və faktiki olaraq, biz köhnə Bakı ilə vidalaşırıq. Lakin əsas hədəf yeni Bakı quruculuğunu Baş plan əsasında, tikinti və şəhərsalma normalarına uyğun, sakinlərinin rahatlığı və iqtisadi-sosial rifahın təmin olunması şəraitində aparılmasıdır".

Qeyd edək ki, Bakı şəhərində başladılan söküntü işlərində ən böyük problem sökülən ərazilərdəki mənzil-fərdi ev sahiblərinə ödənilən kompensasiyanın miqdarı ilə bağlıdır. Vaxtilə Qış bulvarının salınması zamanı ərazidə yaşayan sakinlərlə hökumət arasında bu məsələdə böyük problemlər yaşanıb. Vətəndaşlar Nazirlər Kabinetinin ərazidəki evlərin hər kvadratmetrinə 1500 manat ödənməsinə dair qərarını ədalətli hesab etməyərək, evlərindən köçmək istəmirdilər. Hökumət orqanları onları zorla mənzillərindən çıxardıqdan sonra vətəndaşlar məhkəmələrə üz tutdular, yekunda proses Avropa Məhkəməsinə qədər uzandı və Azərbaycan dövlətinə qarşı çoxsaylı qərarların qəbulu ilə nəticələndi. Üstəlik, bir çox işbazlar, onlarla əlaqədar olan məmurlar Nazirlər Kabinetinin yalnız Qış bulvarının ərazisi üçün müəyyən etdiyi 1500 manatlıq kompensasiyanı əsas götürməklə, vətəndaşlarla dövlət arasında çoxsaylı mübahisə və məhkəmə çəkişmələrinin yaranmasına səbəb oldular.

Söküntünün növbəti mərhələsi üçün yuxarıda qeyd olunan məbləğin təklifi reallaşarsa, bu, nə qədər ədalətli yanaşma olacaq? İqtisadçı-ekspert Rəşad Həsənovun "Yeni Müsavat"a dediyinə görə, dövlət ehtiyacları üçün ərazilərin alınması, söküntü işlərinin aparılması zamanı kompensasiya məsələsi davamlı olaraq meydana çıxır:

"İndiyədək baş verənlər deməyə əsas verir ki, bu sahədə müxtəlif halları nəzərə alan, çevik bir mexanizmin yaradılmasına ciddi ehtiyac var. Bir tərəfdən, proqressiv qiymətləndirmə metodologiyasının əsası qoyulmalıdır. Yəni daha yuxarı kvadrata müəyyən həddən sonra daha aşağı qiymətlərin, aşağı kvadratlı ərazi üçün daha yuxarı qiymətlərin təklif olunması mexanizmi formalaşdırılmalıdır. Burada əsas meyar olaraq rəsmi şəkildə Azərbaycanda müəyyən olunmuş 1 nəfər üçün zəruri minimum yaşayış sahəsinin alınması üçün söküntü aparılacaq ərazidə tələb olunan vəsait minimum baza qiyməti kimi götürülməlidir. Bunun üzərində digər amillərin təsirlərinin də nəzərə alınması yolu ilə kompensasiyanın hesablanması metodologiyası hazırlanmalıdır. İndiki şərtlərlə 25-30 kvadratmetrlik mənzil üçün verilən kompensasiya ilə Bakı şəhərində eyni ölçüdə olsa belə, yeni mənzil əldə etmək mümkün deyil. Buna görə də kiçik sahəli mənzillərə münasibətdə daha yüksək kompensasiyanın müəyyənləşdirilməsi vacibdir. Bununla yanaşı, həmin mənzillərin sahiblərinə daha aşağı kredit faizi ilə mənzil əldə etmələri üçün şərait yaradılmalıdır. Bu prosesdə zəruri alət İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti çərçivəsində yaradıla bilər. Bunlar imkan verər ki, mənzili sökülən vətəndaş layiqli yaşayış sahəsi əldə edə bilsin. Həmin şəxslərin mənzil alışı bütün növ vergilərdən də azad edilməlidir. Yəni dövlət belə vətəndaşlarının yeni yaşayış sahəsi ilə təminatını çoxsaylı dəstək mexanizmləri ilə asanlaşdırmalıdır".

Qeyd edək ki, sökülməsi nəzərdə tutulan ərazilərin genişliyi dövlətin kompensasiya ödənişləri üzrə xərclərinin xeyli yüksək olacağından xəbər verir. Məlumdur ki, son aylarda dünya bazarında Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiyməti kəskin azalıb. Aprel ayının əvvəlindən bəri Azərbaycan neftinin qiyməti dövlət büdcəsində müəyyən olunan 70 dollardan aşağıdır. Bu şəraitdə dövlət zəruri kompensasiya məbləğini ödəmək imkanında olacaqmı? R.Həsənovun sözlərinə görə, bu məsələdə prosesin həyata keçirilmə sürəti əsas rol oynayacaq: "Həmin ərazidə nə qədər sahədə söküntü işlərinin aparılacağına dair məlumatım yoxdur. Düşünürəm ki, hökumət prosesi büdcə gəlirlərinə və imkanlara uyğun olaraq tənzimləyəcək. Yəni mümkündür ki, ərazi müəyyən bölgü əsasında sökülsün və proses bir neçə il ərzində həyata keçirilsin ki, dövlət büdcəsi üzərində ciddi maliyyə yükü yaranmasın".

Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən, cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 milyard 923,5 milyon manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 64,9 milyon manat təşkil edərək proqnozdan 37,9 milyon manat və ya 1,9 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2 faiz və sair daxilolmalar 182,3 milyon manat təşkil edərək proqnozdan 100,4 milyon manat və ya 122,4 faiz çox icra edilib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4 faiz, Dövlət Neft Fondundan transfert isə 4 579,1 milyon manat təşkil edərək proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib.

2025-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin xərcləri 11 milyard 191,9 milyon manat proqnoza qarşı 10 milyard 961,9 milyon manat, yəni 97,9 faiz icra olunub. Beləliklə, dörd ayda dövlət büdcəsində 3 milyard manatlıq profisit yaranıb.

Lakin Dövlət Gömrük Komitəsinin açıqladığı hesabatdan aydın olur ki, aprel ayında Azərbaycanın idxalı ixracını üstələyib. Ayın yekununda ölkənin xarici ticarətində 71,1 milyon dollarlıq kəsir yaranıb. Neft qiymətlərinin may ayında da büdcə göstəricisindən aşağı olması bu ay da ticarət kəsirinin formalaşması ehtimalını artırır. Hazırkı qiymət konyukturunun daha bir neçə ay qalması Azərbaycanda büdcə gəlirlərinin icrası sahəsində çətinliklərin yaranmasına gətirib çıxara bilər. Bu isə Bakıda aparılan söküntü işlərinin ən azı ilin sonlarına qədər yubadılması ehtimalını artırır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1718   Tarix: 21 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

"Biz hərbi-texniki əməkdaşlığı müzakirə etdik. Əməkdaşlıq yaxşı gedir". xəbər verir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında mətbuata bəyanatlarla çıxışında deyib. "Xarici işlər nazirliklərimiz səviyyəsind

15.02.2026 136
.

Rubio: BMT dünyada xeyirxahlıq aləti olmaq üçün böyük potensiala malikdir

BMT hələ də dünyada xeyirxahlıq aləti olmaq baxımından böyük potensiala malikdir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib. "Birləşmiş Millətlər Təşkilatı hələ də dünyada xeyirxahlıq aləti olmaq baxımından böyük potensiala malikdir

15.02.2026 140
.

Aleksandar Vuçiç Prezident İlham Əliyevə təşəkkür etdi - VİDEO

Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək təşəkkürünü bildirib. xəbər verir ki, Aleksandar Vuçiç çıxışında bu fikirləri qeyd edib:. "Bu səfərə görə təşəkkürümü bildirirəm. Bilirəm ki, sizin səfərinizin proqramı çox sıxdı

15.02.2026 141
.

Ukrayna Prezidenti Cenevrədə sülh danışıqlarının əsas mövzusunu açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Cenevrədə keçiriləcək sülh danışıqlarında Ukrayna, ABŞ və Rusiya atəşkəs zamanı monitorinq missiyasının iş mexanizmini müzakirə edəcək. "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, o bunu Münxendə jurnalistlərə açıqlayıb. "Hərb

15.02.2026 167
.

"OpenAI" "ChatGPT-4o" modelinin işini dayandırdı: Sosial şəbəkədə istifadəçilər qarşı çıxdılar

"OpenAI" "ən cəlbedici çatbot" adlandırılan "GPT-4o" modelinin xidmətini dayandırıb. Qərar yanvarın sonlarında elan edilsə də, dəyişikliklər fevralın 13-də qüvvəyə minib. xəbər verir ki, bu barədə "The Guardian" məlumat verib. Minlərlə istifadəçi bu addıma qarş

15.02.2026 158
.

İsveç Ukraynaya silah alışı üçün 100 milyon dollar verdi

İsveç hökuməti Ukrayna üçün ABŞ istehsalı olan silahların alınmasını hədəfləyən PURL təşəbbüsünə 100 milyon dollar verib. xəbər verir ki, məlumatı İsveç hökumətinin mətbuat xidməti yayıb. Bu ödəniş Böyük Britaniya, Norveç və Niderlandın iştirakı ilə formalaşdırılan ümumi məbləği 500 milyon dollar ola

15.02.2026 137
.

Azərbaycan Prezidenti: "Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var"

Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında iki ölkənin gələcəklə bağlı planlarından danışıb. BİG.AZ AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Bunlar həm siyasi, həm iqtisadi, energetik

15.02.2026 168
.

Rubio: Biz Rusiyanın müharibəni dayandırmağa nə dərəcədə ciddi yanaşdığını bilmirik

Birləşmiş Ştatlar Rusiyanın Ukrayna ilə müharibəni dayandırmağa nə dərəcədə hazır olduğunu və hər iki tərəf üçün məqbul şərtlər tapmağın mümkün olub-olmadığını sual edir. "Report"un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında deyib. "Biz bilmiri

15.02.2026 163
.

ABŞ miqrantların deportasiyasına 38 milyard dollardan çox pul ayırmağı planlaşdırır

Vaşinqton administrasiyası qanunsuz miqrantların deportasiyasını sürətləndirmək məqsədilə bir sıra ştatlarda onların saxlanılması mərkəzlərinin yaradılmasına təxminən 38,3 milyard dollar xərcləməyi planlaşdırır. "Report" xəbər verir ki, bu, Nyu-Qempşir ştatının qubernatoru Kelli Eyottun saytınd

15.02.2026 186
.

TOP MP3