"Komedixana" ulduzları toylara neçəyə gedir? — Şou-biznesdə qiymət siyahısı
Azərbaycan şou-biznesində uzun illərdir ki, toy bazarı təkcə müğənnilərin deyil, həm də aparıcı və aktyorların gəlir mənbəyinə çevrilib. Bu sırada "Komedixana" layihəsinin aktyorları da xüsusi yer tutur.
BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, onların toy və tədbir qiymətləri isə bəzən müğənniləri belə kölgədə qoyur.
İndi isə keçək aktyorların real qiymət göstəricilərinə.
Zarina Qurbanova
Zarina adını toylarda tez-tez eşitməyə bilərsiniz. Çünki o, sırf korporativ tədbirlər üçün "book" edilir. Böyük şirkətlərin illik tədbirləri, yeni məhsul təqdimatları və ya ilin sonu əyləncələri – bu xanımın əsas auditoriyasıdır. Zarina belə tədbirlər üçün 3000-7000 manat arası qonorarla səhnəyə çıxır. Onun proqramı isə standart yumor yox, ssenarili çıxışlar və yüksək səviyyəli səhnə mədəniyyəti ilə seçilir.
Ənvər və Həsrət

Ənvər Abbasov və Həsrət Həsrətov uzun illərdir ki, səhnədədirlər, lakin onların toylarla arası yoxdur. Onlar öz sənətlərini yalnız tamaşa, televiziya və reklam layihələrinə həsr ediblər. Bir sözlə, "toy aparıcısı deyiləm" deyənlərin şərəfini qoruyurlar.
Xəyalə Quliyeva
Əgər şən, enerjili və eyni zamanda peşəkar bir toy aparıcısı axtarırsınızsa, Xəyalə Quliyevanın adı ilk sırada gəlir.
O, sırf toy bazarında fəaliyyət göstərən "Komedixana" üzvlərindəndir. Gəlin və bəyin səhnəyə gətirilməsi, ailə ilə bağlı zarafatlı məqamlar, qonaqları aktivləşdirən oyunlar – Xəyalənin proqramında bunların hamısı var. Qiymət isə 5000-8000 manat arası dəyişir. Tələbat da az deyil, çünki bir mövsümdə onlarla tədbirdə çıxış edir.
Cavidan Novruz
Cavidan isə özünü aparıcı yox, ifaçı kimi təqdim edir.
Toylara yarım saatlıq musiqi proqramı ilə qatılır. Səhnəyə çıxıb, canlı oxuyur və dinamik atmosfer yaradır. Bu yarım saatlıq çıxış üçün isə 3000 manat qonorar tələb edir. Eyni zamanda bəzi şou-proqramlarda da aparıcılıq etdiyi olur.
Mənsur Şərif
Mənsur Şərif fərqli yoldadır.
O, nə oxuyur, nə aparıcılıq edir. Ancaq adı yetərlidir ki, tədbirin "highlight"ına çevrilsin. Onun tədbirlərə qatılması bir növ "qonaq fenomen" formatındadır. Sosial şəbəkələrdə populyarlığı və orijinal tərzi sayəsində məkan sahibləri və təşkilatçılar tərəfindən xüsusi dəvət olunur. Qiyməti isə tədbirin miqyasından və tələblərdən asılı olaraq dəyişir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2924 Tarix: 20 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFinancial Times: "Avropanın süni intellekt qarşısında çətin seçimi - ABŞ-dan geridə qalır"
Avropa iqtisadi artımı sürətləndirmək, texnoloji suverenliyini qorumaq və eyni zamanda sosial və ekoloji dəyərlərini saxlamaq arasında çətin seçim qarşısındadır. Financial Times yazır ki, süni intellekt bu üç məsələnin hər biri üçün mühüm əhəmiyyət daşıyır. Nəşrin məlumatına görə, pandemiyadan sonr
11:52 162 El Pais: "Brüssel Meta-nı WhatsApp-ı süni intellekt köməkçilərinə açmağa məcbur edir"
Avropa Komissiyası Meta-nın WhatsApp platformasının digər süni intellekt köməkçiləri ilə işləməsinə imkan yaradılması üçün şirkətə təzyiq göstərir. BİG.AZ El Pais-ə istinadən xəbər verir ki, məsələ Avropa Birliyinin rəqəmsal bazarda böyük texnologiya şirkətlərinin üstünlüyünü məhdudlaşdırmaq siyasət
12:20 175 Hikmət Hacıyev: "Azərbaycanın bərpa təcrübəsi digər münaqişə zonalarında tətbiq edilə bilər"
"Azərbaycanın müharibədən sonrakı bərpa və əhalinin qayıdışı ilə bağlı topladığı təcrübə dünyanın münaqişə, eləcə də savaşlardan zərər çəkmiş digər regionlarında tətbiq oluna bilər". BİG.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi
12:20 91 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"
"Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və yerlərdə gələcək sülhün möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək". BİG.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələlər
12:22 101 "Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b
16:33 145 50 min, 200 min, 500 min manat - Vergidən yayınmada cəzalar necə dəyişir?
"Vergilər Məcəlləsində vergi hesabatlarının və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmuş vergi hesabatlarını
13:07 187 Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, məhkəmə Elmira Əliyevanı 12 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, dövlət ittihamçıs
19:00 1 Büdcədənkənar maaş əlavələrinə limit: Dövlət qurumlarında əməkhaqqı sistemi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Dövlət qurumlarında büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına verilən əlavələrə limit qoyulması dövlət sektorunda maaş sisteminin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Yeni qaydalara əsasən, vəzifə maaşlarına edilən əlavələr və digər ödənişlər üzrə müəyyən hədlər tətbiq olunur
12:33 215 Şəfiqə Məmmədova kimdir? - Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı...
Xəbər verdiyimiz kimi, Xalq artisti Şəfiqə Məmmədova bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Şəfiqə Məmmədovanın qısa bioqrafiyasını təqdim edir:. Şəfiqə Məmmədova nə vaxt və harada anadan olub?. Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. Şəfiq
18:30 1