Gənclər arasında yaddaş zəifliyi artır – Səbəblər və çıxış yolları

Gənclər arasında yaddaş zəifliyi artır – Səbəblər və çıxış yollarıMüasir dövrdə yaddaş zəifliyi və unutqanlıq təkcə yaşlılarda deyil, gənclər arasında da geniş yayılıb. Bu hal həm təhsil prosesində, həm də sosial münasibətlərdə çətinliklərə səbəb olur, ümumi həyat keyfiyyətini aşağı salır. Bəs yaddaş problemlərinin gənclər arasında bu qədər yayılmasının səbəbləri nədir?

Mövzu ilə bağlı BiG.AZ-a danışan şüuraltı üzrə mütəxəssis, şəxsi inkişaf kouçu və beynəlxalq dərəcəli təlimçi İlahə Adil bir sıra vacib məqamlara toxunaraq bildirib ki, yaddaş zəifliyinin əsas səbəblərindən biri yuxusuzluqdur:

"Ən birinci səbəb keyfiyyətsiz və az yuxudur. İnsan gec yatıb tez durduqda beyin informasiyanı emal edib yaddaşa köçürə bilmir. Yəni beyin kifayət qədər dincəlmədikdə yaddaş zəifləyir. Hazırda gənclər gec yatmağa və tez durmağa daha çox meyillidirlər. Bu da daimi yorğunluq sindromu və yaddaş pozuntusuna səbəb ola bilər."

İlahə Adil əlavə edib ki, rəqəmsal cihazlardan həddən artıq istifadə də yaddaş zəifliyinə səbəb olan əsas faktorlardandır:
Gənclər arasında yaddaş zəifliyi artır – Səbəblər və çıxış yolları"Gənclər günün böyük hissəsini telefon, kompüter və digər ekran qarşısında keçirirlər. Davamlı ekran təsiri diqqəti azaldır, beynin informasiyanı qəbul etmə qabiliyyətini zəiflədir və uzunmüddətli yaddaşı zədələyir."

Stres və psixoloji gərginlik də məsələnin digər tərəfidir:

"Xüsusilə imtahan dövrlərində yaranan xroniki stres beyinin fəaliyyətinə mənfi təsir göstərir. Yorğunluq və psixoloji təzyiq nəticəsində beyində pozulmalar yaranır və bu da yaddaş zəifliyinə səbəb ola bilir."
Gənclər arasında yaddaş zəifliyi artır – Səbəblər və çıxış yollarıYaddaş zəifliyinin daha bir səbəbi isə düzgün olmayan qidalanmadır:

"Hazır qidaların tərkibində vitamin və mineralların çatışmazlığı var. Bu isə beynin sağlam işləməsinə mənfi təsir edir. Həmçinin fiziki hərəkətsizlik də beyinin funksional imkanlarını azaldır."

Ekspert genetik amilləri də nəzərə almağı vacib sayır:

"Əgər ailədə Alzheimer və digər nevroloji xəstəliklər mövcuddursa, bu risk gələcək nəsillərə də keçə bilər."

Bəs yaddaş zəifliyinin qarşısını necə almaq olar?

İlahə Adil bu sualın cavabında bir neçə əsas tövsiyə verir:

Gündəlik 7-8 saatlıq keyfiyyətli yuxu;

Müntəzəm fiziki aktivlik (idman, gəzinti);

Balanslı və vitaminlə zəngin qidalanma;

Gündəlik kitab oxuma vərdişi;

Hobbilər və nəfəs meditasiyası ilə məşğul olmaq;

Texnologiyadan nizamlı istifadə – iş saatları xaricində telefon və kompüterdən uzaqlaşmaq;

Təmiz havada vaxt keçirmək;

Vaxtaşırı tibbi müayinə və vitamin səviyyələrinin yoxlanması.

Sonda ekspert əlavə edib:

"Əgər bu sadalanan tədbirlərə baxmayaraq yaddaş pozğunluğu davam edirsə, mütləq şəkildə nevroloqa müraciət edilməlidir."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2939   Tarix: 19 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar

2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar

17:38 68
.

Prezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

15:13 224
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

10:17 187
.

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. BİG.AZ -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-c

10:12 219
.

Vahid forma, vahid məqsəd - keyfiyyətli təhsil

Məktəbin əsas vəzifəsi şagirdlərə bilik vermək, onların düşünmə qabiliyyətini inkişaf etdirmək və gələcək həyata hazırlamaqdır. Bu məqsədə çatmaq üçün məktəbdə sağlam təlim mühitinin yaradılması vacibdir. Vahid məktəbli forması da həmin mühitin formalaşmasına xidmət edən amillərdən biri hesab olunur

11:26 180
.

Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə

12:56 204
.

Azərbaycanın gələcəyinə xidmət edən siyasətin rəhbəri

"Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevi

13:31 191
.

Məktəb direktorunun maşını yandırıldı - Fotolar

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin

15:08 481
.

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliye

10:09 219
.