Dövlət qulluqçularının reyestrinin aparılması qaydası təsdiqlənib
Dövlət qulluğu vəzifəsinə, o cümlədən staj və sınaq müddətinə təyin edilən şəxslər haqqında məlumatlar dövlət qulluqçularının reyestrinə daxil ediləcək.
"Report" xəbər verir ki, bu, dövlət qulluqçularının reyestrinin aparılması qaydasında öz əksini tapıb.
Qaydaya əsasən, dövlət qulluğu vəzifəsinə təyin edilmiş şəxs haqqında məlumatlar aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 5 iş günü müddətində Reyestrə daxil edilir.
Dövlət qulluğu vəzifəsinə təyin edilmiş şəxs haqqında məlumatların Reyestrdə arxivləşdirilməsi "Dövlət qulluğu haqqında" qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna xitam verilməsi hallarında həyata keçirilir. Dövlət qulluğuna xitam verilmiş şəxs haqqında məlumatlar aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 5 iş günü müddətində Reyestrə daxil edilir.
Qaydaya əsasən, Reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik olduqda həmin dəyişikliyin baş verdiyi vaxtdan, məlumatlar dövlət qulluqçusu tərəfindən aidiyyəti dövlət orqanına (qurumuna) təqdim edilməli olan hallarda isə Prezidentin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"nın 2.5-ci bəndində nəzərdə tutulmuş müddətdə təqdim edildiyi tarixdən 5 iş günü müddətində aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən Reyestrdəki məlumatlarda müvafiq dəyişiklik edilir.
Qeyd edilib ki, Reyestrə daxil edilmiş məlumatların hüquqi aktlara uyğunluğu, həqiqiliyi, tamlığı, düzgünlüyü və vaxtında daxil edilib-edilməməsi Dövlət İmtahan Mərkəz (DİM) tərəfindən yoxlanılır. Həmin məlumatlarda uyğunsuzluqlar və çatışmazlıqlar aşkar edildikdə bu barədə aidiyyəti dövlət orqanına (qurumuna) bildiriş göndərilir.
Aidiyyəti dövlət orqanı (qurumu) bu Qaydanın 3.4-cü bəndində qeyd edilən bildiriş əsasında 5 (beş) iş günü müddətində uyğunsuzluqları və çatışmazlıqları aradan qaldıraraq məlumatları yoxlanılması üçün DİM-ə təqdim edir.
Bu Qaydanın 3.5-ci bəndində qeyd edilən müddətdə uyğunsuzluqları və çatışmazlıqları aradan qaldırmaq mümkün olmadıqda, aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 2 iş günü müddətində bunun səbəbləri, habelə uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məlumatların təqdim ediləcəyi barədə Mərkəzə bildiriş göndərilir. Həmin uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məlumatlar aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 3 iş günü müddətində yoxlanılması üçün yenidən Mərkəzə təqdim edilir. DİM tərəfindən təsdiq edildikdən sonra məlumatlar Reyestrə daxil edilir.
Bu Qayda qəbul edilənədək dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxs barəsində məlumatlar Reyestrdə olmadığı halda, həmin məlumatlar şəxsin müraciəti əsasında onun qulluq keçdiyi sonuncu dövlət orqanı (qurumu), yaxud həmin dövlət orqanının (qurumunun) hüquqi varisi olan dövlət orqanı (qurumu) tərəfindən Mərkəzə təqdim edilir, bu mümkün olmadıqda isə təsdiqedici sənədlər əsasında Mərkəz tərəfindən Reyestrin arxiv hissəsinə daxil edilir.
Aidiyyəti dövlət orqanı (qurumu) ilə DİM arasında məlumat mübadiləsi "Dövlət qulluqçularının reyestri" informasiya ehtiyatı üzərindən həyata keçirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 494 Tarix: 17 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdərədə 21 yaşlı oğlan atla birgə minaya düşdü
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində ötən gün mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Tərtər rayon sakini 2005-c
11:27 154 Almaniyada radikal sağ yüksəlişdə: Avropanı hansı təhlükələr gözləyir?
"Son günlər Almaniyada "faşistlərin yenidən hakimiyyətə gəlməsi" ilə bağlı müzakirələr genişlənib. Hesab edirəm ki, məsələyə emosional deyil, siyasi reallıqlar əsasında yanaşmaq lazımdır. Əvvəla, burada "faşistlərin hakimiyyətə gəlməsi" ifadəsini birbaşa tarixi faşizmin təkrar
14:21 144 Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
12:45 157 "Anamı səhər saat 6-da yuxudan oyadıb mühazirəni ona oxuyurdum"
"Müəllimlərə kömək üçün xüsusi platforma yarada bilərik. Hər müəllim özü üçün Aİ (süni intellekt) assistent yaratsın və bu assistent onu idarə etsin". "Qafqazinfo" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bu gün keçirilən təhsil işçilərinin sentyab
14:12 178 "Oxumayım, YouTube-a video çəkim" - Bu düşüncə niyə təhlükəlidir?
"Yalnız "YouTube və sosial media ilə pul qazanım" düşüncəsi üzərində karyera qurmaq risklidir və bu model nadir hallarda dayanıqlı olur. Uğur mümkündür, amma bu yol çoxları üçün təsəvvür edildiyi qədər real deyil". Bunu BİG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-tədqiqatçı
12:52 146 Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək
"İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
11:45 152 El Pais: "Brüssel Meta-nı WhatsApp-ı süni intellekt köməkçilərinə açmağa məcbur edir"
Avropa Komissiyası Meta-nın WhatsApp platformasının digər süni intellekt köməkçiləri ilə işləməsinə imkan yaradılması üçün şirkətə təzyiq göstərir. BİG.AZ El Pais-ə istinadən xəbər verir ki, məsələ Avropa Birliyinin rəqəmsal bazarda böyük texnologiya şirkətlərinin üstünlüyünü məhdudlaşdırmaq siyasət
12:20 171 "Ona reklam lazım idi" - Ayrılıqlarından danışdı
Xəbər verdiyimiz kimi, Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin toyu təxirə düşüb. Axşam.az-ın məlumatına görə, Nigar Xan Qaraxanoğlu adlı gənclə nişanını qaytarıb. Məsələ ilə bağlı açıqlama verən müğənni qarşı tərəfin öz reklamı üçün ondan istifadə etdiyini bildirib:. "Ona sa
11:24 252 Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?
Xəbər verdiyimiz kimi Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. Bununla bağlı -a danışan "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayev
13:16 173