Azərbaycanla müqavilə imzalandıqdan sonra Ermənistan Rusiyanın 102-ci hərbi bazasını bağlayacaq?

Azərbaycanla müqavilə imzalandıqdan sonra Ermənistan Rusiyanın 102-ci hərbi bazasını bağlayacaq?"Bəzi məlumatlara görə, Ermənistan ilə Azərbaycan arasında imzalanması gözlənilən sülh sazişinin mətnində Ermənistanın ərazisində hər hansı digər dövlətin hərbi bazasının yerləşdirilə bilməyəcəyi ilə bağlı ifadələr yer alıb. Bu isə o deməkdir ki, ölkələrarası saziş imzalandıqdan sonra Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ölkə ərazisindən çıxarılmalıdır".

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti yazır.

Məqalədə qeyd olunur ki, 1995-ci ildə Ermənistan və Rusiya arasında imzalanan dövlətlərarası sazişə əsasən Gümrüdə yaradılan hərbi bazanın çıxarılmasının necə reallaşdırılacağı hələ də qeyri-müəyyəndir. Həmin saziş ilkin olaraq 25 il müddətinə imzalanmışdı. 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı sazişin müddəti əlavə 49 il uzadılaraq 2044-cü ilə qədər qüvvədə saxlanılıb.

Bununla belə, əldə olunan məlumatlara əsasən, saziş layihəsində belə bir müddəanın yer alması Rusiya hakimiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Məhz bu səbəbdən Ermənistanın Baş naziri Nikol Paşinyanın 9 mayda Moskvada soyuq münasibətlə qarşılandığı və Rusiya Prezidenti Vladimir Putinlə görüşünün baş tutmadığı bildirilir. İkigünlük Moskva səfəri zamanı Paşinyan nə Putinlə, nə də tədbirdə iştirak edən digər ölkə liderləri ilə ikitərəfli görüş keçirə bilib.

Qəzet yazır ki, səfərdən əvvəl tənqidlərə cavab verən Paşinyan bu səfərin əsas məqsədlərindən birinin məhz Rusiya prezidenti ilə görüş olduğunu bildirmişdi. Qeyd edək ki, həmin gün Vladimir Putin Moskvaya gələn əksər dövlət başçıları ilə ayrıca görüşlər keçirmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 584   Tarix: 17 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birdəfəlik SINAQ, yoxsa həyat boyu MÜBARİZƏ? - AÇIQLAMA

Narkotik asılılığı cəmiyyətin qarşılaşdığı ən ciddi sosial problemlərdən biri olaraq qalır. Bu asılılıq yalnız insanın fiziki sağlamlığına deyil, onun psixoloji vəziyyətinə, ailə münasibətlərinə və sosial həyatına da ciddi təsir göstərir. Bəs insanı narkotikə yönəldən əsas səbəblər hansılardır və asılılıqda

16:17 117
.

Ermənistan ordusunda yeni qayda: Əsgərlər baş geyimlərini çıxararaq salam verəcəklər

Ermənistanda hərbi qulluqçular NATO standartlarına uyğun olaraq əllərini başlarına qaldıraraq və baş geyimlərini çıxararaq salam verməlidirlər. xəbər verir ki, bu barədə " saytı məlumat yayıb. Nəşrin məlumatına görə, Ermənistan ordusu hələlik bütün NATO standartlarına uyğun deyil. Lakin hərbi qulluqçular

11:20 155
.

Faciədən dəqiqələr öncə... - Foto

Xəbər verdiyimiz kimi, ötən gün "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə onların hadisə baş verməzdən öncə çəkilmiş fotoları paylaşılıb. Həmi

10:52 233
.

Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"

"Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və yerlərdə gələcək sülhün möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək". BİG.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələlər

12:22 93
.

Faşizm qayıdır, yoxsa cəmiyyətlər dəyişir? Avropanın yeni siyasi mənzərəsi

Almaniyada siyasi mənzərə son illərin ən ciddi dəyişikliklərindən birini yaşayır. Uzun müddət ölkənin siyasi sistemində əsas xətt mərkəzçi partiyalar, xüsusilə Xristian Demokrat İttifaqı (CDU) və Sosial Demokrat Partiyası (SPD) arasında formalaşsa da, son illərdə bu siyasi balans tədricən dəyişməyə başlayıb

12:04 158
.

Açıq satılan quru meyvələr nə qədər təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Marketlərdə çəki ilə və açıq şəkildə satılan quru meyvələrin təhlükəsizliyi ilə bağlı suallar yaranır. Xüsusilə məhsulların açıq mühitdə saxlanılması, toz və digər xarici təsirlərlə təmasda olması, eləcə də hansı şəraitdə qorunduğunun istehlakçı üçün hər zaman aydın olmaması diqqət çəkir. Bəs açıq şəkild

12:56 191
.

"İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEV

"İsrail Xarici İşlər Nazirliyi Türkiyəyə yeni müvəqqəti işlər vəkili təyin edib. Joel Lion adlı bir keçmiş səfirdir ki, o səfir əvvəllər Moldovada və Ermənistanda qeyri-rezident fəaliyyət göstərib. Bu faktın özü, əslində, tərəflərin müəyyən diplomatik münasibətlərinin yaranmağına əsas verir. Yən

16:00 174
.

Klinik ölüm keçirən qadın gördüklərindən sonra fikrini dəyişdi

ABŞ-da ateist olan qadın klinik ölüm keçirib və bundan sonra Tanrının varlığına inanmağa başladığını bildirib. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. ABŞ Müdafiə Nazirliyinin keçmiş laboratoriya texniki Anna Stoun 2016-cı ildə 38 yaşında olarkən uşaqlıqdankənar hamiləli

11:49 193
.

Rusiyada pilotsuz təyyarələrin hücumu nəticəsində iki nəfər ölüb, Kiyevdə səkkiz nəfər yaralanıb

Ukraynanın Rusiyanın Tula bölgəsinə etdiyi pilotsuz təyyarə hücumunda ən azı iki nəfər həlak olub, Rusiya hava hücumları nəticəsində isə cümə günü səhər Kiyevdə doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində səkkiz nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hakimiyyə

11:08 160
.