Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ
"Monitorinqin məqsədi yalnız şagirdlərin bilik səviyyəsini ölçmək deyil, eyni zamanda, müəllimlər, proqram tərtibatçıları və təhlil aparan idarəedici orqanlar üçün vacib məlumatların toplanması və təhlilinin aparılmasıdır. Bu il monitorinq 300 mindən çox şagirdi əhatə edəcək. IV sinif şagirdləri tədris dili və riyaziyyat fənləri üzrə sualları cavablandıracaqlar. VI sinif şagirdləri isə təbiət, tədris dili və riyaziyyat fənləri üzrə monitorinqə cəlb olunacaqlar. Suallar mövcud tədris proqramına uyğun hazırlanıb. Bu monitorinqin özəlliyi odur ki, suallar hazırlanarkən kifayət qədər ciddi elmi-metodik iş aparılıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O bildirib ki, bu monitorinqdə şagirdlərin təhlil və düşünmə bacarıqları tələb edən suallarla da qarşılaşması nəzərdə tutulub. Bu cür suallar həm də müəllimlər üçün bir göstərici rolunu oynayır. Belə ki, bu nəticələr əsasında həm kiçik, həm də böyük summativ qiymətləndirmələrin gələcəkdə daha keyfiyyətli şəkildə hazırlanması mümkündür:
"Bu ilin yeniliklərindən biri də odur ki, ölkə üzrə 10 000 şagird rəqəmsal qiymətləndirməyə cəlb olunacaq. Həmin şagirdlər xüsusi təchiz olunmuş mərkəzlərdə, kompüter vasitəsilə, rəqəmsal formatda keçiriləcək monitorinqdə iştirak edəcəklər. Qalan şagirdlər isə əvvəlki illərdə olduğu kimi, kağız daşıyıcı üzərində aparılan monitorinqə qatılacaqlar".
Onun sözlərinə görə, rəqəmsal qiymətləndirməni daha çox şagirdi əhatə edəcək şəkildə davam etdirmək planlaşdırılır. Bu yanaşma bir tərəfdən kağız daşıyıcılardan qənaətlə istifadəyə, digər tərəfdən isə monitorinq materiallarının yoxlanmasının rəqəmsallaşdırılması sayəsində prosesin sadələşdirilməsinə və zamana qənaətə imkan verir:
"Eyni zamanda, bu addım həm şagirdlərdə, həm də təhsil verənlərimizdə rəqəmsal bacarıqların formalaşmasına töhfə verir", - deyən müsahibimiz valideynlərə müraciət edib:
"Sabah övladlarının monitorinqdə iştirakına dəstək göstərsinlər, onların təyin olunmuş məktəblərə vaxtında gəlmələrini təmin etsinlər. Növbəti mərhələlərdə valideynlər öz övladlarının, məktəblərinin nəticələri barədə də məlumatlı olacaqlar".
Nəticələrə gəldikdə isə Vəfa Yaqublu deyib ki, rəqəmsal formatda keçirilən qiymətləndirmənin nəticələri dərhal əldə edilir. Kağız daşıyıcı üzərində aparılan qiymətləndirmənin nəticələrinin yoxlanılması isə müəyyən vaxt tələb edə bilər:
"İstənilən halda, nəticələrin açıqlanması vahid və şəffaf qaydada həyata keçiriləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 631 Tarix: 17 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHikmət Hacıyev: "Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir"
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Qarabağ bölgəsinin və digər ölkələrin şəhərləri arasında beynəlxalq əməkdaşlığın inkişafını vacib adlandırıb. BİG.AZ "Report"a istinadən xəbə
12:25 82 Tbilisidən Brüsselə sərt mesaj: "Gürcüstana qarşı aqressiv ritorikanı dayandırın"
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Birliyinin Gürcüstana qarşı siyasətini kəskin tənqid edərək, bunu çıxılmaz vəziyyət adlandırıb. xəbər verir ki, bu barədə "Sputnik Georgia" xəbər agentliyi məlumat yayıb. "Brüssel müharibənin bitdiyini anlamayan və hələ də hərbi əməliyyatla
11:14 138 Klinik ölüm keçirən qadın gördüklərindən sonra fikrini dəyişdi
ABŞ-da ateist olan qadın klinik ölüm keçirib və bundan sonra Tanrının varlığına inanmağa başladığını bildirib. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. ABŞ Müdafiə Nazirliyinin keçmiş laboratoriya texniki Anna Stoun 2016-cı ildə 38 yaşında olarkən uşaqlıqdankənar hamiləli
11:49 190 Ağdərədə 21 yaşlı oğlan atla birgə minaya düşdü
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində ötən gün mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Tərtər rayon sakini 2005-c
11:27 153 Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
12:45 154 Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj
Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj
14:21 157 El Pais: "Brüssel Meta-nı WhatsApp-ı süni intellekt köməkçilərinə açmağa məcbur edir"
Avropa Komissiyası Meta-nın WhatsApp platformasının digər süni intellekt köməkçiləri ilə işləməsinə imkan yaradılması üçün şirkətə təzyiq göstərir. BİG.AZ El Pais-ə istinadən xəbər verir ki, məsələ Avropa Birliyinin rəqəmsal bazarda böyük texnologiya şirkətlərinin üstünlüyünü məhdudlaşdırmaq siyasət
12:20 170 Sabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
13:55 141 Gürcüstan rəsmisindən Aİ-yə ittiham: "Açıq şəkildə düşmənçilik edirlər"
Gürcüstan Parlamentinin vitse-spikeri Nino Tsilosani Avropa Birliyinin (AB) MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatına münasibəti və bu hərəkatı dəstəkləməyi məhdudlaşdırmaq istiqamətində atdığı addımları azadlığa qadağa kimi qiymətləndirib. xəbər verir ki, bu barədə "Sputnik Georgia" məluma
11:08 141