Azərbaycanda yeni şəlalə tapıldı
Mayın 5-də və 6-da Şəkinin Şin kəndindən təxminən 7-8 km (hava xətti ilə) şimal-şərqdə yerləşən və əsas sel ocaqlarından biri olan Bırkaş (Salavat aşırımı ilə Böyük Qoruq dağları arasındakı ərazi) qolu və eyniadlı dərədə ekoloji monitorinq işləri aparılıb.
BiG.AZ milli.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin (REM) Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev məlumat verib.
O qeyd edib ki, monitorinq işləri şöbənin əməkdaşı Elvin Qarayev tərəfindən aparılıb.
"Çay yatağındakı gətirmə konusların həcmi, suyun səviyyəsi və digər ölçmələr zamanı suyun səviyyəsinin yüksəldiyi və gətirmə konuslarının həcminin artdığı müəyyənləşdirilib.
Əməkdaşımız Böyük Qoruq dağının şimal yamacında baş verən səthi eroziya ilə bağlı tədqiqatlar apararkən sözügedən ərazidə (Şin kəndindən hava xətti ilə 7.3 km) heç bir elmi mənbədə qeyd olunmayan, dəniz səviyyəsindən 1 290 metr hündürlükdə yerləşən və koordinatları 41°23′24″ N, 47°10′51″ E olan yeni şəlalə qeydə aldığı barədə məlumat verib.
Hündürlüyü 18 metr, eni 1.05 metr olan şəlaləyə ətrafı boz qayalıq relyef olduğu üçün Elvin Qarayev tərəfindən "Boz qaya şəlaləsi" adı verilib", - deyə Q.Ağabalayev vurğulanıb.
Q.Ağabalayev onu da qeyd edib ki, şəlaləyə gedən yol çay yatağı boyu kanyonvari dərədən (hər iki tərəfində 2500-2700 metr hündürlükdə olan dağlar yerləşir) keçir, ətraf ərazilər zəngin meşə landşaftı ilə əhatə olunub.
"Sözügedən şəlalənin suyundan nümunə götürülərək Şəki REM-də laborator şəraitdə yoxlamalar aparılıb və tərkibində 18.9° C temperaturda hidrogen göstəricisinin 8.36 pH olduğu müəyyənləşib.
Bütün bunları nəzərə alaraq minerallarla zəngin içməli suyun və rəngarəng meşə landşaftının mövcud olduğu bu ərazinin yüksək turizm potensialına malik olduğunu rahatlıqla söyləmək mümkündür", - deyə Q.Ağabalayev bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 964 Tarix: 17 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHikmət Hacıyev: "Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir"
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Qarabağ bölgəsinin və digər ölkələrin şəhərləri arasında beynəlxalq əməkdaşlığın inkişafını vacib adlandırıb. BİG.AZ "Report"a istinadən xəbə
12:25 82 Tbilisidən Brüsselə sərt mesaj: "Gürcüstana qarşı aqressiv ritorikanı dayandırın"
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Birliyinin Gürcüstana qarşı siyasətini kəskin tənqid edərək, bunu çıxılmaz vəziyyət adlandırıb. xəbər verir ki, bu barədə "Sputnik Georgia" xəbər agentliyi məlumat yayıb. "Brüssel müharibənin bitdiyini anlamayan və hələ də hərbi əməliyyatla
11:14 138 Klinik ölüm keçirən qadın gördüklərindən sonra fikrini dəyişdi
ABŞ-da ateist olan qadın klinik ölüm keçirib və bundan sonra Tanrının varlığına inanmağa başladığını bildirib. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. ABŞ Müdafiə Nazirliyinin keçmiş laboratoriya texniki Anna Stoun 2016-cı ildə 38 yaşında olarkən uşaqlıqdankənar hamiləli
11:49 190 Ağdərədə 21 yaşlı oğlan atla birgə minaya düşdü
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində ötən gün mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Tərtər rayon sakini 2005-c
11:27 153 Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
12:45 154 Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj
Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj
14:21 157 El Pais: "Brüssel Meta-nı WhatsApp-ı süni intellekt köməkçilərinə açmağa məcbur edir"
Avropa Komissiyası Meta-nın WhatsApp platformasının digər süni intellekt köməkçiləri ilə işləməsinə imkan yaradılması üçün şirkətə təzyiq göstərir. BİG.AZ El Pais-ə istinadən xəbər verir ki, məsələ Avropa Birliyinin rəqəmsal bazarda böyük texnologiya şirkətlərinin üstünlüyünü məhdudlaşdırmaq siyasət
12:20 170 Sabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
13:55 141 Gürcüstan rəsmisindən Aİ-yə ittiham: "Açıq şəkildə düşmənçilik edirlər"
Gürcüstan Parlamentinin vitse-spikeri Nino Tsilosani Avropa Birliyinin (AB) MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatına münasibəti və bu hərəkatı dəstəkləməyi məhdudlaşdırmaq istiqamətində atdığı addımları azadlığa qadağa kimi qiymətləndirib. xəbər verir ki, bu barədə "Sputnik Georgia" məluma
11:08 141