Eltisini evin mətbəxində əməliyyat edibmiş...
Məlum olduğu kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı plastik əməliyyatlar zamanı baş verən neqativ hallarla bağlı məsələ qaldırıb.
"Qafqazinfo" xəbər verir ki, Səhiyyə naziri Teymur Musayev deputatın çıxışına münasibət bildirib.
Nazir qeyd edib ki, plastik cərrahiyə ilə bağlı xüsusi təftiş komissiyası yaradılıb. Komissiyanın işi nəticəsində Azərbaycan ərazisində plastik cərrahiyyə üzrə fəaliyyət göstərməyə icazə verilən 42 plastik cərrah müəyyən olunub:
"Həmin siyahı ictimaiyyətə çatdırılıb və dərc olunub. Bu siyahıdan kənarda qalan digər tibb ixtisası daşıyıcıları üçün öz ixtisasları çərçivəsində müəyyən əməliyyatları icra etməyə icazə verilib. Bu məsələ öz həllini qanun çərçivəsində tam tapıb. Mövzuya bir də qayıtmaq istəmirəm.
Qəhrəmanova Sara xanımın deputat Səyyad Salahlıya müraciətinə gəldikdə isə, o xanım mənim də qəbulumda olub. O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb, istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz".
Xatırladaq ki, ötən ilin sentyabrında Yasamal Rayon Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovanın "liposaksiya-piysovurma" əməliyyatı icra etdikdən sonra Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, yaşadığı fərdi evə apararaq, onu həkim nəzarətindən kənar saxlayıb. Həmçinin növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1411 Tarix: 16 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstan rəsmisindən Aİ-yə ittiham: "Açıq şəkildə düşmənçilik edirlər"
Gürcüstan Parlamentinin vitse-spikeri Nino Tsilosani Avropa Birliyinin (AB) MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatına münasibəti və bu hərəkatı dəstəkləməyi məhdudlaşdırmaq istiqamətində atdığı addımları azadlığa qadağa kimi qiymətləndirib. xəbər verir ki, bu barədə "Sputnik Georgia" məluma
11:08 139 Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək
Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək. BİG.AZ xəbər verir ki, bu barədə "Report"a Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib. Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr
12:48 134 Almaniyada radikal sağ yüksəlişdə: Avropanı hansı təhlükələr gözləyir?
"Son günlər Almaniyada "faşistlərin yenidən hakimiyyətə gəlməsi" ilə bağlı müzakirələr genişlənib. Hesab edirəm ki, məsələyə emosional deyil, siyasi reallıqlar əsasında yanaşmaq lazımdır. Əvvəla, burada "faşistlərin hakimiyyətə gəlməsi" ifadəsini birbaşa tarixi faşizmin təkrar
14:21 127 Büdcədənkənar maaş əlavələrinə limit: Dövlət qurumlarında əməkhaqqı sistemi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Dövlət qurumlarında büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına verilən əlavələrə limit qoyulması dövlət sektorunda maaş sisteminin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Yeni qaydalara əsasən, vəzifə maaşlarına edilən əlavələr və digər ödənişlər üzrə müəyyən hədlər tətbiq olunur
12:33 191 Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj
Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj
14:21 140 Sabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
13:55 123 "İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEV
"İsrail Xarici İşlər Nazirliyi Türkiyəyə yeni müvəqqəti işlər vəkili təyin edib. Joel Lion adlı bir keçmiş səfirdir ki, o səfir əvvəllər Moldovada və Ermənistanda qeyri-rezident fəaliyyət göstərib. Bu faktın özü, əslində, tərəflərin müəyyən diplomatik münasibətlərinin yaranmağına əsas verir. Yən
16:00 122 "Ona reklam lazım idi" - Ayrılıqlarından danışdı
Xəbər verdiyimiz kimi, Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin toyu təxirə düşüb. Axşam.az-ın məlumatına görə, Nigar Xan Qaraxanoğlu adlı gənclə nişanını qaytarıb. Məsələ ilə bağlı açıqlama verən müğənni qarşı tərəfin öz reklamı üçün ondan istifadə etdiyini bildirib:. "Ona sa
11:24 241 "Öz ərizənlə işdən çıx": İşçi məcbur edildiyini məhkəmədə necə sübut edə bilər? - VƏKİLDƏN AÇIQLAMA
İşçinin öz ərizəsi ilə işdən çıxması əmək müqaviləsinə xitamın qanunda nəzərdə tutulan əsaslarından biridir. Lakin işçi ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi, hədəsi və ya məcburiyyəti nəticəsində yazıbsa, bu hal əmək hüquqlarının pozulması məsələsini gündəmə gətirə bilər. Əmək Məcəlləsini
13:34 324