"Şirvan Gənclər Evi" rəhbəri Əfqan Həsənovun qanunsuz əməlləri aşkarlandı

"Şirvan Gənclər Evi" rəhbəri Əfqan Həsənovun qanunsuz əməlləri aşkarlandı"Şirvan Gənclər Evi" sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

XALQ xəbər verir ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin təlimçi-tibb bacısı işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda "Şirvan Gənclər Evi" sosial xidmət müəssisəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə şəhər məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə sosial xidmət müəssisəsi 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda sosial xidmət müəssisəsinin direktoru Həsənov Əfqan Abbas oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan Regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.unikal


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 903   Tarix: 15 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Küpdə tapılan 1600 illik skeletin sirri açıldı

Bolqarıstanda arxeoloqlar qalıqları böyük gil qabda tapılan qədim Roma kişisinin ölüm səbəbini müəyyən ediblər. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Kəşf avqustun 10-da keçmiş Roma şəhəri Deultumda edilib. Bolqarıstan Elmlər Akademiyasının professoru Lyudmil Vaqalinsk

11:27 143
.

El Pais: "Brüssel Meta-nı WhatsApp-ı süni intellekt köməkçilərinə açmağa məcbur edir"

Avropa Komissiyası Meta-nın WhatsApp platformasının digər süni intellekt köməkçiləri ilə işləməsinə imkan yaradılması üçün şirkətə təzyiq göstərir. BİG.AZ El Pais-ə istinadən xəbər verir ki, məsələ Avropa Birliyinin rəqəmsal bazarda böyük texnologiya şirkətlərinin üstünlüyünü məhdudlaşdırmaq siyasət

12:20 161
.

"Artıq başqa Sevdayam, anayam"

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq

14:45 176
.

"Aşk-ı Memnu"nun aktrisasında xərçəng aşkarlandı

Türkiyəli aktrisa Gülsen Tuncerin səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisanın xərçəngdən əziyyət çəkdiyi bildirilib. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə tanışdır

10:33 175
.

Hikmət Hacıyev: "Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Qarabağ bölgəsinin və digər ölkələrin şəhərləri arasında beynəlxalq əməkdaşlığın inkişafını vacib adlandırıb. BİG.AZ "Report"a istinadən xəbə

12:25 49
.

Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarını

13:07 189
.

3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda ali təhsil sistemində yeni dəyişikliklərin tətbiqi məsələsi gündəmə gəlib. Belə ki, bakalavriat pilləsində bir sıra ixtisaslar üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi, magistratura təhsilinin müddətinin isə 1 ilə qədər azaldılması nəzərdə tutulur. Təklifin həyata keçirilməsi tələbələri

14:54 185
.

Ermənistan ordusunda yeni qayda: Əsgərlər baş geyimlərini çıxararaq salam verəcəklər

Ermənistanda hərbi qulluqçular NATO standartlarına uyğun olaraq əllərini başlarına qaldıraraq və baş geyimlərini çıxararaq salam verməlidirlər. xəbər verir ki, bu barədə " saytı məlumat yayıb. Nəşrin məlumatına görə, Ermənistan ordusu hələlik bütün NATO standartlarına uyğun deyil. Lakin hərbi qulluqçular

11:20 152
.

Klinik ölüm keçirən qadın gördüklərindən sonra fikrini dəyişdi

ABŞ-da ateist olan qadın klinik ölüm keçirib və bundan sonra Tanrının varlığına inanmağa başladığını bildirib. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. ABŞ Müdafiə Nazirliyinin keçmiş laboratoriya texniki Anna Stoun 2016-cı ildə 38 yaşında olarkən uşaqlıqdankənar hamiləli

11:49 187
.