Müğənniyə medal verilməsi gündəm yaratdı - "Necə aldığını açıqlamır"
Müğənni Nigar Rəhimovanın "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsi bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Əsasən hərbçilərin təltif edildiyi bu medalın ifaçıya təqdim edilməsi birmənalı qarşılamayıb.
"Qafqazinfo" xəbər verir ki, bu gün hərbi ekspert Ədalət Verdiyev də məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, Nigar Rəhimova özü bu barədə məlumat yaysa da, sonradan tənqidlərə tab gətirməyərək statusunu silib: "Ona bu təltifin hansı hərbi hissədə, hansı qurum tərəfindən və hansı xüsusi xidmətlərinə görə təqdim edildiyini açıqlamır".
Məsələ ilə bağlı Nigar Rəhimovanın köməkçisi bir neçə gün öncə Musavat.com-a açıqlama verib: "Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək. Xanım özü dövlətin qulluğunda xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb. Əlavə suala cavab vermək istəmirik".
Məsələni müzakirəyə çıxaranların çoxu Nigar Rəhimovanı tanımadıqlarını vurğulayırlar. Müğənni ilə bağlı kiçik araşdırma apardıqda onun daha çox şadlıq məclislərində iştirakını əks etdirən videoları ilə qarşılaşdıq. O, eyni zamanda III "Muğam televiziya müsabiqəsi 2011"in iştirakçısı da olub. Sosial şəbəkələrdə yayılan məlumata görə isə N.Rəhimova həm də Azərbaycan Silahlı Qüvvələrinin solistidir.
İfaçı öz yutub kanalında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun qarşısında oxuduğu mahnını da paylaşıb. O, illər əvvəl bu video ilə də gündəmə gəlibmiş.
N.Rəhimova həm də 2020-ci ildə karantin günlərində paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin sakinləri ilə birlikdə mənzillərin eyvanlarına çıxaraq "Yaşa Azərbaycan" mahnısını ifa edən müğənnilərin arasında olub.
Bəs "Vətən müharibəsi iştirakçısı" medalı kimlərə verilir?
"Vətən müharibəsi iştirakçısı" medalı ilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1811 Tarix: 15 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKüpdə tapılan 1600 illik skeletin sirri açıldı
Bolqarıstanda arxeoloqlar qalıqları böyük gil qabda tapılan qədim Roma kişisinin ölüm səbəbini müəyyən ediblər. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Kəşf avqustun 10-da keçmiş Roma şəhəri Deultumda edilib. Bolqarıstan Elmlər Akademiyasının professoru Lyudmil Vaqalinsk
11:27 143 El Pais: "Brüssel Meta-nı WhatsApp-ı süni intellekt köməkçilərinə açmağa məcbur edir"
Avropa Komissiyası Meta-nın WhatsApp platformasının digər süni intellekt köməkçiləri ilə işləməsinə imkan yaradılması üçün şirkətə təzyiq göstərir. BİG.AZ El Pais-ə istinadən xəbər verir ki, məsələ Avropa Birliyinin rəqəmsal bazarda böyük texnologiya şirkətlərinin üstünlüyünü məhdudlaşdırmaq siyasət
12:20 161 "Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
14:45 176 "Aşk-ı Memnu"nun aktrisasında xərçəng aşkarlandı
Türkiyəli aktrisa Gülsen Tuncerin səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisanın xərçəngdən əziyyət çəkdiyi bildirilib. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə tanışdır
10:33 175 Hikmət Hacıyev: "Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir"
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Qarabağ bölgəsinin və digər ölkələrin şəhərləri arasında beynəlxalq əməkdaşlığın inkişafını vacib adlandırıb. BİG.AZ "Report"a istinadən xəbə
12:25 49 Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarını
13:07 189 3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ali təhsil sistemində yeni dəyişikliklərin tətbiqi məsələsi gündəmə gəlib. Belə ki, bakalavriat pilləsində bir sıra ixtisaslar üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi, magistratura təhsilinin müddətinin isə 1 ilə qədər azaldılması nəzərdə tutulur. Təklifin həyata keçirilməsi tələbələri
14:54 185 Ermənistan ordusunda yeni qayda: Əsgərlər baş geyimlərini çıxararaq salam verəcəklər
Ermənistanda hərbi qulluqçular NATO standartlarına uyğun olaraq əllərini başlarına qaldıraraq və baş geyimlərini çıxararaq salam verməlidirlər. xəbər verir ki, bu barədə " saytı məlumat yayıb. Nəşrin məlumatına görə, Ermənistan ordusu hələlik bütün NATO standartlarına uyğun deyil. Lakin hərbi qulluqçular
11:20 152 Klinik ölüm keçirən qadın gördüklərindən sonra fikrini dəyişdi
ABŞ-da ateist olan qadın klinik ölüm keçirib və bundan sonra Tanrının varlığına inanmağa başladığını bildirib. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. ABŞ Müdafiə Nazirliyinin keçmiş laboratoriya texniki Anna Stoun 2016-cı ildə 38 yaşında olarkən uşaqlıqdankənar hamiləli
11:49 187