İcbari və Kasko sığortaları: qiymət siyasəti necə formalaşır?

İcbari və Kasko sığortaları: qiymət siyasəti necə formalaşır?Sığorta qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri artıq elektron sənəd formasında tərtib olunmağa başlanıb.
Bununla yanaşı, foto və video qeydiyyat funksiyalarına malik yol nəzarət qurğuları vasitəsilə həmin sığorta müqavilələrinin qüvvədə olub-olmamasının yoxlanılması, ödəmə terminalları vasitəsilə sığorta haqlarının ödənilməsinin mümkünlüyü, "Elektron hökumət" portalı vasitəsilə asanlıqla onlayn qaydada sığorta müqaviləsini əldə etməyin mümkün olması və digər mütərəqqi addımlar bu sığorta növü üzrə kağız sənədləşməni istisna edir. Bu da, öz növbəsində, kağız daşıyıcıda tərtib edilən müqavilələrin ləğvinə, avtomobillərin ön şüşəsinin sağ kənarında sığorta şirkətlərinin etiketlərinin yapışdırılmamasına və sürücülərin artıq sənəd daşımaqdan xilas olmasına gətirib çıxarıb.

Bütün bunlara baxmayaraq, bir sıra hallarda bu sahə üzrə məlumatsızlıq və maarifləndirmənin zəif aparılması müəyyən anlaşılmazlıqlara gətirib çıxarır.

Mövzu ilə bağlı açıqlama verən sığorta mütəxəssisi Şahin İsmayılov bildirib ki, Azərbaycan sığorta sektorunda ən populyar məhsullar avtonəqliyyat vasitəsi sürücüsünün mülki məsuliyyətinin icbari sığortası və avtomobillərin Kasko sığortasıdır:

İcbari və Kasko sığortaları: qiymət siyasəti necə formalaşır?"Avtomobillərin icbari sığortası üzrə cərimə sanksiyaları nəzərdə tutulduğuna görə bu məhsul ən çox satılan və tələb olunan sığorta növüdür. Təəssüf ki, eyni sözləri Kasko sığortası haqqında demək mümkün deyil. Bu məhsul könüllü olduğu üçün sürücülər arasında geniş yayılmayıb və satış həcminə görə yüksək nəticələr göstərmir. Müştərilər hər hansı sığorta məhsulunu seçərkən onun təminatlarını öyrənməklə yanaşı, ödəniləcək sığorta haqqının məbləgi ilə də maraqlanırlar. Sığorta haqqının münasib və əlçatan olması məhsulu daha cəlbedici edir".

Bu rakursdan baxdıqda belə sual yaranır: sığorta şirkətləri bu və ya digər məhsul üzrə qiymət siyasətini necə formalaşdırır?

Mütəxəssisin sözlərinə görə, avtomobillərin icbari sığortası dövlət tərəfindən tənzimlənən məhsuldur. Bu məhsul üzrə qiymətlər "İcbari Sığortalar haqqında" qanunla müəyyən olunur və sığorta şirkətləri bu qiymətlərə fərdi yanaşma tətbiq edə bilməz:

İcbari və Kasko sığortaları: qiymət siyasəti necə formalaşır?"2022-ci ilə qədər avtomobillərin icbari sığorta haqları aşağıdakı şərtlərə əsasən hesablanırdı:

minik avtomobilləri üçün mühərrik həcmi,

sərnişin nəqliyyatı üçün oturacaq yerlərinin sayı,

yük avtomobilləri üçün yükgötürmə qabiliyyəti.

Hər qəzasız il üçün sürücülərə növbəti ildə 5% endirim tətbiq edilirdi. Bu sistem 2011-ci ildən qüvvədə olub və nəticədə sürücülər 10 ildən sonra sığorta haqqına 50-55% endirim əldə edə bilirdilər. Məsələn, ilkin sığorta haqqı 100 AZN olan avtomobilin sahibi 10 ildən sonra eyni məhsula görə 50 AZN ödəyirdi.

Lakin bu müddət ərzində ehtiyat hissələrinin və təmir xərclərinin qiyməti kəskin artmış, sığorta haqları isə dəyişməz qalmışdı. Bu vəziyyət sığorta şirkətlərini qane etmədiyi üçün bazarı tərk edənlər də oldu.
İcbari və Kasko sığortaları: qiymət siyasəti necə formalaşır?2022-ci ildə Mərkəzi Bank "İcbari Sığortalar haqqında" qanuna dəyişikliklər etdi. Bu dəyişikliklər nəticəsində icbari sığorta haqları daha çevik və real meyarlara əsaslanaraq formalaşmağa başladı. Hazırda icbari sığorta haqqı aşağıdakı göstəricilər üzrə hesablanır:

avtomobilin mühərrik həcmi,

istehsal ili,

sürücünün yaşı,

sürücülük təcrübəsi,

avtomobilin istifadə olunduğu region,

verilmiş etibarnamələrin sayı.

Bu meyarlar qiymətlərin müəyyən qədər artmasına səbəb olsa da, sığorta şirkətlərinin maraqlarını daha yaxşı təmin edir və bazarda müəyyən sabitlik yaradıb. Lakin qiymət artımı bəzi sürücülər tərəfindən narazılıqla qarşılanır.

Kasko sığortasında isə vəziyyət fərqlidir. Bu məhsul könüllü olduğu üçün hər sığorta şirkəti öz qiymət siyasətini sərbəst müəyyən edə bilər. Eyni avtomobil üçün müxtəlif şirkətlər fərqli qiymətlər təklif edə bilər. Kasko sığortasında əsas qiymət meyarları bunlardır:

avtomobilin istehsal ili və bazar dəyəri,

avtomobilin təyinatı (şəxsi və ya kommersiya məqsədli istifadə).

Məsələn, şəxsi istifadədə olan avtomobilin Kasko sığorta haqqı, kommersiya məqsədli istifadə olunan avtomobildən xeyli ucuz olur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 890   Tarix: 15 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda ali təhsil sistemində yeni dəyişikliklərin tətbiqi məsələsi gündəmə gəlib. Belə ki, bakalavriat pilləsində bir sıra ixtisaslar üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi, magistratura təhsilinin müddətinin isə 1 ilə qədər azaldılması nəzərdə tutulur. Təklifin həyata keçirilməsi tələbələri

14:54 170
.

Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək

"İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.

11:45 145
.

Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi

"Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək"​. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxış

10.09.2026 252
.

"Porsche" "Bugatti"ni 1 milyard avroya satdı

"Volkswagen Group"a daxil olan Almaniyanın lüks avtomobil markası "Porsche" "Bugatti" və "Rimac" şirkətlərindəki paylarının satışını tamamlayıb. Qaynarinfo xəbər verir ki, "Porsche" "Bugatti" markasına nəzarət edən şirkətdəki 45 faizlik, Xorvatiyanı

10.09.2026 282
.

Küpdə tapılan 1600 illik skeletin sirri açıldı

Bolqarıstanda arxeoloqlar qalıqları böyük gil qabda tapılan qədim Roma kişisinin ölüm səbəbini müəyyən ediblər. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Kəşf avqustun 10-da keçmiş Roma şəhəri Deultumda edilib. Bolqarıstan Elmlər Akademiyasının professoru Lyudmil Vaqalinsk

11:27 142
.

Büdcədənkənar maaş əlavələrinə limit: Dövlət qurumlarında əməkhaqqı sistemi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Dövlət qurumlarında büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına verilən əlavələrə limit qoyulması dövlət sektorunda maaş sisteminin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Yeni qaydalara əsasən, vəzifə maaşlarına edilən əlavələr və digər ödənişlər üzrə müəyyən hədlər tətbiq olunur

12:33 187
.

2026-cı ilin avqustu dünyanın ən isti ayı oldu

Avqustda qlobal orta hava temperaturu əvvəlki illərdən normasından 1,65C yüksək olub. Bununla da Avropa 2003-cü ildə müəyyən edilmiş yay temperatur rekordunu qırıb. "Euronews"a istinadən xəbər verir ki, Avropa iqlim rəsədxanası olan Kopernik tərəfindən dərc edilən məlumatlara görə, avqust ə

10.09.2026 241
.

"Aşk-ı Memnu"nun aktrisasında xərçəng aşkarlandı

Türkiyəli aktrisa Gülsen Tuncerin səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisanın xərçəngdən əziyyət çəkdiyi bildirilib. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə tanışdır

10:33 174
.

Xankəndidə nə qədər insan yaşayır?

Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu

13:13 156
.