"Ermənistan məsuliyyəti Azərbaycanın üstünə yıxmaq istəyir" - Politoloq

"Ermənistan məsuliyyəti Azərbaycanın üstünə yıxmaq istəyir" - PolitoloqErmənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, rəsmi İrəvan Azərbaycanla sülh sazişini imzalamağa hazır olması barədə açıqlamaları ilə Cənubi Qafqazda sülh və sabitlik üçün əsas təhlükənin Azərbaycandan gəlməsi ilə bağlı gerçəkliklərdən uzaq fikri dolayısı yolla olsa da qabartmaq və sülh danışıqlarının uzanması üçün məsuliyyəti Azərbaycanın üstünə yıxmaq istəyir. Bu zaman rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlərin əsl qayəsi də beynəlxalq birlikdən gizlədilir:

"Erməni tərəfi əvvəlcə sülh müqaviləsini imzalamaq və yalnız bundan sonra rəsmi Bakının irəli sürdüyü şərtləri referenduma çıxarmaqla bağlı təkliflərində konyukturaya varır. Sülh üçün rəsmi Bakının irəli sürdüyü tələblərə erməni tərəfi bu ölkənin konstitusiya məhkəməsinin şərhi konteksindən yanaşmağı təklif edir və bu zaman tələblərin qanunvericiliyə nə qədər uyğun olub-olmaması məsələsinə münasibətin bildirilməsinin Konstitusiya Məhkəməsinin ixtiyarına buraxmaq rəsmi Bakını hüquqi fakt qarşısında qoymaq və beləliklə danışıqlardakı uğursuzluğa görə onu məsul tutmaq istəklərindən irəli gəlir.Digər tərəfdən Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı təkliflərinə erməni tərəfinin fərqlı mövqeyi və əslində Minsk formatının gələcək statusuna fərqli baxışları sülh danışıqlarında əyləc mexanizmi rolunda çıxış edən mexanizmlərdir. Beləliklə, rəsmi İrəvan Bakının irəli sürdüyü tələblərdə qanunvericiliyə zidd izlər axtarıb tapmaq və onu təhrif edilmiş şəkildə beynəlxal birliyə sıramaq istəyir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 895   Tarix: 14 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, aparıcı dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə qurduğu tərəfdaşlı

14:45 176
.

Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO

İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ

12:39 216
.

YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü

12:49 182
.

Milli teleradio məkanının strateji əhəmiyyəti: dövlətçilik, milli kimlik və informasiya təhlükəsizliyi

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkənin informasiya məkanının bugünkü vəziyyətinə, milli medianın cəmiyyət həyatındakı roluna və gələcək inkişaf istiqamətlərinə yenidən nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu müraciətin mahiyyətində yalnı

11:05 185
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

15:36 149
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

12:17 231
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:01 215
.

Rusiya Gürcüstanın "Droa!" partiyasını arzuolunmaz təşkilat elan etdi

Rusiya Ədliyyə Nazirliyi Gürcüstanın "Droa!" partiyasını arzuolunmaz təşkilatlar siyahısına daxil edib. xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib. Nazirliyin açıqlamasında "Droa!" partiyasının (həmçinin "Vaxt gəldi!" və "Pora!" adlar

10:15 169
.

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi

11:35 240
.