Kosmosun görünməz təhlükəsi: Böyrəklərdə səssiz dağıntı

Kosmosun görünməz təhlükəsi: Böyrəklərdə səssiz dağıntıAlimlər müəyyən ediblər ki, mikro çəki qüvvəsi və kosmik radiasiya böyrəklərdə qalıcı zədələrə səbəb ola bilər. Bəs bu hal, insanlı Mars səfərləri üçün nə ifadə edir?

BiG.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, Mars səfərləri artıq elmi-fantastik bir ideya olmaqdan çıxaraq real bir hədəfə çevrildikcə, alimlər kosmik səyahətin insan orqanizminə təsirlərini dərindən öyrənməyə davam edirlər. Son araşdırmalar isə bu təsirlər arasında ən narahatedici məsələyə diqqət çəkir: uzunmüddətli kosmik missiyalar zamanı astronavtların böyrəklərində daimi zədələrin yaranması ehtimalı.

Bu ciddi sağlamlıq riski yalnız səfər zamanı deyil, astronavtlar Yerə qayıtdıqdan sonra da öz təsirini göstərməyə davam edir. Böyük Britaniyadakı "University College London" (UCL) nəzdində fəaliyyət göstərən Böyrək Tibb Bölməsindən Dr. Kit Syu rəhbərliyində aparılmış genişmiqyaslı bir tədqiqat bu sahədə mühüm nəticələr ortaya qoyub. "Nature Communications" jurnalında dərc edilən araşdırma, Beynəlxalq Kosmik Stansiya (ISS) da daxil olmaqla 40-dan çox kosmik missiyaya dair məlumatları təhlil edib və kosmik mühitin böyrək funksiyalarında ciddi dəyişikliklərə səbəb olduğunu üzə çıxarıb.

Kosmosda böyrək funksiyaları təhlükədə

Dr. Syu və komandası 20 müxtəlif tədqiqat qrupunun əldə etdiyi məlumatları bir araya gətirərək analiz edib. Tədqiqatda dərin kosmos şəraitini təqlid edən laboratoriya mühitində siçanlar və siçovullar üzərində aparılmış 11 təcrübə də yer alıb. Bu heyvanlar, insanın məruz qala biləcəyi qalaktik radiasiyaya bənzər dozada şüalanmaya məruz qoyulub. Tədqiqat eyni zamanda kommersiya astronavtlarının sağlamlıq məlumatlarını da əhatə edərək, bu sahədə indiyə qədər aparılmış ən geniş kosmos-böyrək sağlamlığı araşdırması kimi qeyd edilir.

Kosmosdakı mikro çəki qüvvəsi, böyrəklərin kalsium və duz kimi mineralları tənzimləyən borucuq sistemində (tubullar) kiçilməyə səbəb olur. Bu struktur dəyişikliklər böyrək funksiyalarını pozmaqla yanaşı, böyrək daşı yaranması riskini də əhəmiyyətli dərəcədə artırır. Qısa müddətli kosmik missiyalarda belə böyrək daşı hallarının artması bu nəticələri təsdiqləyir.

Qalaktik radiasiya: kosmosdakı ən böyük təhlükələrdən biri

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri də qalaktik kosmik radiasiyanın böyrəklərə vurduğu zərərlə bağlıdır. Yer planetinin maqnit sahəsi aşağı orbitdə olan astronavtları müəyyən qədər qoruyur. Lakin bu təbii qalxan, Mars kimi dərin kosmos missiyalarında təsirsiz qalır. 2,5 ilə qədər davam edə biləcək radiasiya təsirini simulyasiya edən təcrübələr göstərib ki, qalaktik radiasiya böyrək hüceyrələrində qalıcı zədələr yarada bilər.

Dr. Syu məsələ ilə bağlı açıqlamasında bildirib: "İndiyə qədər qısa müddətli missiyalarda belə böyrək daşı kimi sağlamlıq problemlərində artım müşahidə etmişik. Lakin bu problemlərin səbəblərini və uzunmüddətli, məsələn Mars səfəri kimi missiyalarda nələr yaşana biləcəyini hələ tam olaraq bilmirik".

Mars səfərləri üçün yeni çağırışlar

Bu təsiredici nəticələr bir daha göstərir ki, gələcəkdə Marsa planlaşdırılan insanlı missiyalar son dərəcə diqqətlə planlaşdırılmalıdır. Marsa getmək yalnız texnoloji məsələ deyil; bu, eyni zamanda insan sağlamlığını qorumağa yönəlmiş strategiyaların inkişafını da zəruri edir. Çünki görünən odur ki, kosmosun təklif etdiyi azadlıq və kəşf arzusu, bədənin ən həssas orqanlarından biri olan böyrəklərlə ödənə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 827   Tarix: 14 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli informasiya siyasətinin strateji hədəfləri və Azərbaycan dövlətçiliyinin ideoloji dayaqları

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə nəzər salmaqla yanaşı, milli medianın müasir dövrdə daşıdığı missiyanı və qarşısında dura

11:06 209
.

Bakıda təcili yardım maşınında yük daşınır - Video

Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB

16:33 80
.

Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri

14:49 184
.

Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq

Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni

14:11 209
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

15:36 149
.

Ağdam ən müasir şəhərə çevrilir

Altı il əvvəl noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri ərazisi 1 094 kv.km olan və Qarabağın mərkəzində yerləşən Ağdam şəhərini və rayonunun 77,4 faiz ərazisin

11:30 203
.

Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq

Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit

14:58 168
.

Ağdam gözəl məkana çevrilir

44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə misli görülməmiş qəhrəmanlıq və hünər göstərərək 30 il işğal altında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini düşməndə

11:23 205
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

11:51 390
.