Dünya gözləniləndən daha tez yox olacaq
Qara dəliklərdən yayılan radiasiya səbəbilə kainatın tamamilə məhv olacağı tarix əvvəlki hesablamalara nisbətən daha erkən baş verəcək. Bu barədə Radboud Universitetinin (Niderland) alimləri Journal of Cosmology and Astroparticle Physics jurnalında dərc olunan yeni tədqiqatlarında bildiriblər.
BAKU.WS xəbər verir ki, hesablamaları qara dəliklər üzrə ekspert Heyno Falkə, fizik Mixael Vondrak və riyaziyyatçı Valter van Suylekom aparıblar. Onların yeni hesablamalarına görə, kainatdakı bütün ulduzların və maddənin dağılması 10 üstü 78 (10⁷⁸) il sonra baş verəcək.
Tədqiqatçılar qeyd ediblər ki, bu, daha əvvəl hesablanandan xeyli tezdir. Belə ki, 2023-cü ildə həmin alimlər kainatın 10 üstü 1100 (10¹¹⁰⁰) il sonra yox olacağını proqnozlaşdırmışdılar. Lakin o zaman onlar qara dəliklərin və neytron ulduzlarının təsirini nəzərə almamışdılar. Qara dəliklərin elementar hissəciklər yayması prosesi "Hokinq radiasiyası" kimi tanınır.
Alimlər hesab edirlər ki, 10⁷⁸ il sonra kainatdakı ən davamlı göy cisimlərindən olan ağ cırtdanlar da dağılacaq. "Kainatın sonu düşündüyümüzdən daha tez gələcək, amma buna hələ çox var," – deyə Falkə bildirib.
Tədqiqatda həmçinin Ayın nə vaxt yox olacağına dair də proqnoz verilib. Hesablamalara görə, Yer kürəsinin təbii peyki təqribən 10 üstü 90 (10⁹⁰) il sonra buxarlanacaq.
Xatırladaq ki, fevral ayında ABŞ və İsveçrədən olan bir qrup fizik paralel kainatların mövcudluğuna dair ilk potensial sübutların əldə olunduğunu açıqlamışdı. Onlar subatom səviyyəsində bizim kainatla qarşılıqlı əlaqədə olan "kölgə" kainatdan bəhs etmişdilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1119 Tarix: 13 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur aparıcı 15 il çalışdığı kanaldan getdi
Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni
11:42 277 "Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video
Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd
16:28 86 Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ
12:39 216 Prezident İlham Əliyevin müraciəti: Milli medianın gücü Azərbaycanın dövlətçilik maraqlarına xidmət etməlidir
Azərbaycanın milli informasiya məkanının inkişafı, dövlətçilik ənənələrinin qorunması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından radio və televiziya hər zaman mühüm missiya daşıyıb. Prezident İlham Əliyevin Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubiley
11:01 180 Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
12:17 231 Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq
Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit
14:58 168 Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri
14:49 184 Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi
Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü
12:34 199 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı
16:48 17