Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındıAzərbaycanda pensiyaçıların sayı bir milyon nəfəri keçdi. Onlardan yüz minlərlə insan hələ də işləyir.
Ötən ilin son statistikasına əsasən, Azərbaycanda pensiya alanların sayı 1 milyon 95 min 958 nəfərə çatıb. Maraqlıdır ki, bu pensiyaçıların böyük əksəriyyəti qadınlardır.

Lent.az xəbər verir ki, ümumi pensiyaçıların 472 min 833 nəfəri kişi, 623 min 125 nəfəri isə qadındır. Rəqəmlər cinslər arasında pensiyaya çıxanların nisbətində açıq fərq olduğunu göstərir.

Hazırda qüvvədə olan qərara əsasən, 2024-cü ildən 2025-ci il iyunun 30-dək kişilər 65, qadınlar isə 64 yaşında pensiyaya çıxırlar.

Əldə olunan digər maraqlı statistikaya görə, pensiyaçıların içində 184 min 222 nəfər hələ də əmək fəaliyyətini davam etdirir. Yəni, hər beş pensiyaçının biri işləyir. Bu şəxslərin 135 min 511 nəfəri isə yaşa görə pensiyaya çıxmış insanlardır.

İşləyən pensiyaçılar 433,4 manat, işləməyənlər isə 442,9 manat pensiya alırlar. Xüsusən yaşa görə pensiyaya çıxmış, lakin hazırda işləyən şəxslər ümumilikdə 455,3 manat pensiya alırlar.

Statistik göstəricilər həm də onu göstərir ki, pensiya yaşı keçmiş və əmək fəaliyyətinə davam edən insanların sayı artmaqdadır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 756   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Faciədən dəqiqələr öncə... - Foto

Xəbər verdiyimiz kimi, ötən gün "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə onların hadisə baş verməzdən öncə çəkilmiş fotoları paylaşılıb. Həmi

10:52 216
.

Dövlət bağçalarında yerlərin sayı artırılıb

"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib

11:44 127
.

"Bürclərə bağlı qalmaq, bürclərə görə insan haqqında hökm vermək qətiyyən düzgün deyil" - AYTƏN SALAMİ

Bürclər və astroloji proqnozlar uzun illərdir insanların maraq dairəsindədir. Xüsusilə, ayın, planetlərin və digər səma cisimlərinin insan həyatına təsiri ilə bağlı proqnozlar sosial şəbəkələrdə geniş yayılır. Bəs bəzi insanlar niyə astroloji proqnozlara həddindən artıq bağlanırlar? Doğum xəritəsi insanı

14:32 95
.

Financial Times: "Avropanın süni intellekt qarşısında çətin seçimi - ABŞ-dan geridə qalır"

Avropa iqtisadi artımı sürətləndirmək, texnoloji suverenliyini qorumaq və eyni zamanda sosial və ekoloji dəyərlərini saxlamaq arasında çətin seçim qarşısındadır. Financial Times yazır ki, süni intellekt bu üç məsələnin hər biri üçün mühüm əhəmiyyət daşıyır. Nəşrin məlumatına görə, pandemiyadan sonr

11:52 143
.

Daşınmaz əmlak alarkən bu səhvə yol verməyin - pulunuzu itirə bilərsiniz

"Daşınmaz əmlakla bağlı hüququn ən etibarlı təminatlarından biri dövlət qeydiyyatıdır. Vətəndaş torpaq, mənzil və ya qeyri-yaşayış sahəsi əldə edərkən həmin əmlakın hüquqi statusunu mütləq araşdırmalıdır. Əmlakın kimə məxsus olması, üzərində həbs, ipoteka, icarə hüququ və ya digər məhdudiyyətləri

12:18 135
.

Büdcədənkənar maaş əlavələrinə limit: Dövlət qurumlarında əməkhaqqı sistemi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Dövlət qurumlarında büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına verilən əlavələrə limit qoyulması dövlət sektorunda maaş sisteminin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Yeni qaydalara əsasən, vəzifə maaşlarına edilən əlavələr və digər ödənişlər üzrə müəyyən hədlər tətbiq olunur

12:33 171
.

Der Spiegel: "ABŞ Suriyadakı qüvvələrini azaltmağa başlayır"

Der Spiegel nəşri ABŞ-ın Suriyanın şimal-şərqində yerləşən qüvvələrinin bir hissəsini geri çəkməyə başladığını yazır. Nəşrin məlumatına görə, bu addım ABŞ-ın bölgədəki hərbi iştirakının yenidən qiymətləndirilməsi çərçivəsində həyata keçirilir. Məqalədə bildirilir ki, ABŞ uzun müddətdir Suriyada İŞİD-

12:13 147
.

Antarktidada buz kütləsi gözlənilmədən atdı: Alimlər səbəbini açıqladı

Antarktida artıq uzun illərdir buz kütləsini itirir. Buzlaqlar okeana buz tökərək dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Lakin 2021-2023-cü illər arasında bu tendensiyada qeyri-adi və alimlərin fikrincə, müvəqqəti dönüş baş verib. 22 ay ərzində qitənin buz kütləsi təxminən 695 milyard ton artıb

10.09.2026 256
.

Ağdərədə 21 yaşlı oğlan atla birgə minaya düşdü

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində ötən gün mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Tərtər rayon sakini 2005-c

11:27 138
.