"Bakcell" və "Birbank" Azərbaycanda ilkə imza atdı
İnnovasiya və sürət lideri "Bakcell" ölkənin ilk rəqəmsal bankı "Birbank" ilə tərəfdaşlığını genişləndirərək rəqəmsal yeniliklər və müştəri məmnuniyyəti istiqamətində növbəti addımı atır. Bu təşəbbüs nəticəsində istifadəçilərə seçilmiş "Birbank" filiallarında "Bakcell" nömrələrinin təqdimatı və "Birbank" mobil tətbiqi vasitəsilə tam inteqrasiya olunmuş aktivləşdirmə təklif olunur. Tərəfdaşlığın əsas məqsədi innovasiya əsasında müştəriyönümlü və funksional xidmət modelinin formalaşdırılmasıdır.
Qeyd edək ki, "Bakcell" nömrələri "Birbank"ın "Gənclik Mall", "Sahil", "28 Mall", "Binəqədi" və "Sumqayıt" filiallarında quraşdırılmış xüsusi stendlər vasitəsilə təqdim olunur. İstifadəçilər stend və ya SIM paketinin üzərindəki QR kodu "Birbank" tətbiqi ilə skan edərək nömrəni tam rəqəmsal və sürətli şəkildə aktivləşdirə, daha sonra "Bakcell"in "Birinci" tarif paketindən faydalana bilərlər. Bu tarifə qoşulan müştərilər, həmçinin "Trendyol", "Umico", "m10" və "Birbank" platformalarından istifadə zamanı xüsusi fürsət və əlavə imkanlar əldə edəcəklər. Yaxın gələcəkdə isə digər "Birbank" filiallarında da yeni "Bakcell" stendlərinin quraşdırılması planlaşdırılır.
Əlavə olaraq, nömrələr "Əhmədli" ərazisində, həmçinin "Koroğlu", "20 Yanvar" və "Şah İsmayıl Xətai" metro stansiyalarının yaxınlığındakı "Bravo" hipermarketlərində yerləşən "Bakcell" stendlərindən də əldə edilə bilər.
Bu təşəbbüs "Bakcell"in müştəriyönümlü yanaşmasını əks etdirən və müştəri təcrübəsinin hər mərhələsində rəqəmsal yeniliyi təşviq edən növbəti uğurlu addımdır.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 754 Tarix: 12 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident: "Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq"
"Energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq". BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Prezident
15.02.2026 163 İri texnologiya şirkətlərinin səhmləri ucuzlaşdı: ABŞ bazarı bir trilyon dollarlıq itki ilə üzləşdi
Fevralın 13-də nəhəng İT şirkətlərinin səhmlərinin dəyəri kəskin azalıb və bu səbəbdən ABŞ bazarı kapitallaşma baxımından bir trilyon dollar itirib. -ın xəbərinə görə, bu barədə "The Financial Express" nəşri verib. Nəşrin məlumatına görə, investorlar texnologiya və nəqliyyat sektoruna aid qiymətl
15.02.2026 180 Kir Starmerin Böyük Britaniya baş naziri vəzifəsində potensial varisi açıqlandı
Böyük Britaniyanın müdafiə naziri Con Hili ölkənin növbəti baş naziri vəzifəsinə potensial namizəd hesab olunur. -ın "RIA Novosti"yə istinadən verdiyi məlumata görə, bu fikri Leyborist Partiyasının keçmiş baş müşaviri Pol Sinkler bildirib. "C.Hili, fikrimcə, baş nazir olmaqdan çəkinməz
15.02.2026 321 Bakıda ilyarımdır direktorsuz qalan məktəbə təyinat
Bakı şəhəri, Sabunçu rayonunun Sabunçu qəsəbəsində yerləşən şəhid Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbə yeni rəhbər təyinatı həyata keçirilib. -ın məlumatına görə, sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsi Aynurə Əlövsət qızı Həsənovaya həvalə olunub. Məlumat üçün bildirək ki
13:14 125 Rubio: ABŞ Avropanın taleyinə biganə deyil
ABŞ Avropanı güclü görmək istəyir, çünki qitədəki vəziyyəti öz milli təhlükəsizliyi ilə əlaqələndirir. "Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı (Aİ) arasında bəzən fikir ayrılıqlar
15.02.2026 280 Baltik dənizindən keçən sualtı elektrik xətti sıradan çıxdı
Polşa və İsveçin enerji sistemlərini birləşdirən sualtı elektrik xəttinin işi texniki nasazlıq səbəbindən müvəqqəti olaraq dayanıb. -ın məlumatına görə, bu barədə "Polşa Elektrik Şəbəkələri" şirkəti məlumat verib. "Aşkarlanmış nasazlıq səbəbindən Polşa-İsveç elektrik xəttinin işi müvəqqət
15.02.2026 357 Rusiyada qar fırtınası: yüzlərlə turist Teriberkada köməksiz qalıb
Rusiyada baş verən güclü qar fırtınası səbəbindən yüzlərlə çinli turist Murmansk vilayətinin Teriberka kəndini tərk edə bilməyib. xarici mediaya istinadən xəbər verir ki, ərazidən çıxmaq istəyənlər 30 min rubl qarşılığında buz təmizləmə sistemi ilə təchiz olunmuş helikopterlərdə yer alıblar. Hazırd
11:04 166 Rubio: ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər
ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər və indi bu faktları etiraf etməyə, irəliləməyə və itirilənləri bərpa etməyə borcludurlar. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib. "Digər ölkələr hərbi güclərini misl
15.02.2026 278 Prezident İlham Əliyev Azərbaycan-Serbiya dostluğunu təqdir etdi - VİDEO
"Hesab edirəm ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək". xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə iki ölkə arasında mətbuata bəyanatlarla çıxışında deyib. "Biz yaxın gələcəkd
15.02.2026 306