AZCON-da yeni təyinatın sirri: Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş
Ötən gün məlumat vermişdik ki, Aysel Vaqif qızı Soltanova Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoruna müşavir təyin edilib.
XALQ bu təyinatla bağlı kiçik bir araşdırma aparıb.
Nəticədə məlum olub ki, yeni təyinat heç də səbəbsiz olmayıb. Belə ki, Aysel Soltanova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan həyat yoldaşının sayəsində belə yüksək vəziyyətə təyinat alıb. Söhbət sözügedən nazirliyinin müşaviri Rəşad Bayramovdan gedir.
Xatırladaq ki, A.Soltanova 1986-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Amerikaşünaslıq üzrə bakalavr, Mərkəzi Avropa Universitetində İctimai siyasət üzrə magistratura təhsili alıb. Hazırda təhsilini İngiltərənin York Universitetində Biznes administrasiyası (MBA) ixtisası üzrə davam etdirir.
O, əmək fəaliyyətinə "BP" şirkətində başlayıb, daha sonra Beynəlxalq Əmək Təşkilatında fəaliyyət göstərib. 2011-2023-cü illərdə "Procter & Gamble", "Azərkosmos" və "Aztelekom" kimi şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2023-cü ilin yanvarından son təyinata qədər "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müşaviri olub.
Tribunainfo.az-ın araşdırması nəticəsində yeni müşavirin elə müşavir həyat yoldaşı haqqında da martaqlı detallar üzə çıxıb. Məlum olub ki, Rəşad Bayramov 2021-ci ilin martında müşavir postuna təyinat alıb. Onun şəxsi xarakteristikasında qeyd edilir ki, Bayramov beynəlxalq səviyyəli biznes təlimçisidir. Təlimçi olmaqla yanaşı, Rəşad Bayramov həmçinin Azerbaycanda BP şirkətində modernləşdirmə və tranformasiya üzrə rəhbər vəzifəsində çalışıb. Yəni, həyat yoldaşı ilə BP-də də birlikdə çalışıblar.
Ictimai çıxışlar və korporativ kommunikasiya üzrə məqalələrin müəllifi Rəşad Bayramovun "Sözünə güvən: Auditoriyanı fəth etməyin on yolu" adlı kitabı 2016-cı ilin sonunda işıq üzü görüb. Rəşad Bayramov ABŞ-in Roçester Texnologiya İnstitutunda kommunikasiya və marketinq üzrə magistr (2004-cü il), Azərbaycan Dillər Universitetində isə filologiya üzrə magistr (2001-ci il) dərəcələrini əldə edib.Tribunainfo.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 917 Tarix: 12 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı
Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçü
16:23 76 Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq
Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri
10:29 193 Bu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa
10:13 187 Azərbaycanın xarici siyasətinin növbəti uğuru
Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikas
14:38 216 Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi
Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni
11:42 277 Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi
Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü
12:34 199 Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri
14:49 184 "Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
15:29 134 Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
11:51 390