Sabiq deputat qaynını şirkətindəki vəzifədən azad etdi
Azərbaycanın ən böyük arqoholdinqlərindən sayılan "Karat Holding" MMC-nin direktoru və qanuni təmsilçisi dəyişib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Umudov İqdam Əliş oğlu MMC-nin direktoru və qanuni təmsilçisi vəzifəsindən azad olunub.
Onun yerinə Xəlilov İlham Şəmil oğlu təyin edilib.
Xatırladaq ki, "Karat Holding" 2004-cü ilin martın 14-də qeydiyyata alınıb. Nizamnamə kapitalı 430 manat olan şirkət özündə qida, aqro, sənaye, tikinti, turizm sahələrini birləşdirən holdinq daha çox un istehsalı ilə tanınır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 201-də yerləşir. "Karat Holding"in mütəmadi olaraq mətbuatda Milli Məclisin keçmiş üzvü, 5-ci çağırış deputat Əsabil Qarakişi oğlu Qasımova məxsus olduğu barədə təkzib edilməyən məlumatlar dərc olunub. Uzun illər holdinqdə direktor vəzifəsi tutan İ.Umudovun isə sabiq deputatın qaynı olduğu bildirilir. Holdinqə rəhbərliyi keçmiş deputatın oğlu, iş adamı Taleh Qasımov həyata keçirir.
Bundan başqa, Taleh Qasımov "Sanatoriy İstoçnik Kislovodsk" MMC-nin təsisçilərindən biridir. MMC 30 mart 2017-ci ildən fəaliyyətdədir. Hüquqi ünvanı Kislovodsk şəhəri, Pobeda prospekti 20 ünvanında yerləşir. Taleh Qasımov həm də 2019-cu ildə təsis edilən "Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 802 Tarix: 12 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanlı alim yıxılaraq vəfat etdi
Azərbaycanın görkəmli alimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əmralı Şirəliyev evində yıxılaraq aldığı xəsarətdən vəfat edib. Axşam.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib. Ə.Şirəliyev Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki evində ehtiyatsızlıqdan yıxılıb. Nəticəd
09.07.2026 362 Etnanın tarixdə ən dağıdıcı püskürmələri: Onlar yenidən baş verə bilərmi?
Siciliya adasında yerləşən Etna vulkanı Avropanın ən hündür və ən fəal vulkanlarından biri hesab olunur. Alimlər son 2 500 il ərzində onun yüzlərlə püskürməsini qeydə alıblar. Onların əksəriyyəti nisbətən zəif olsa da, bəzi püskürmələr bölgənin tarixində ciddi iz buraxaraq şəhərləri, əkin sahələrin
09.07.2026 233 Marsda yadplanetli silahı tapıldığı iddia edildi
Mars tədqiqatçısı Skott Uorinq Qırmızı Planetdə çəkilmiş fotolardan birində yadplanetlilərə məxsus olduğunu iddia etdiyi silah aşkar etdiyini bildirib. xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Uorinq 2014-cü ildə Opportunity roveri tərəfindən çəkilmiş fotoya diqqət çəkib
09.07.2026 266 Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider
"Time Out" nəşrinin 2026-cı il üzrə illik araşdırmasının nəticələrinə əsasən, Böyük Britaniyanın Bat şəhəri dünyanın ən xoşbəxt şəhəri seçilib. Qaynarinfo xəbər verir ki, reytinq dünyanın müxtəlif şəhərlərində yaşayan 24 mindən çox sakinin iştirakı ilə keçirilən sorğu əsasında hazırlanıb. Respondentlə
09.07.2026 318 2000 il əvvəl mayalıların diş həkimləri olub, stomatoloji prosedurlar aparılıb
Tədqiqatçılar nefrit əlavəsi yerləşdirilmiş qədim azı dişinin müayinəsi zamanı mayalıların diş bəzəklərindən yalnız estetik məqsədlərlə deyil, müalicə məqsədilə də istifadə etdiyini müəyyən ediblər. Qaynarinfo xəbər verir ki, "National Geographic" nəşrinin məlumatına görə, arxeoloqlar onilliklə
09.07.2026 281 SON DƏQİQƏ! ABŞ İranı şiddətli şəkildə bombalayır
ABŞ İrana qarşı yeni hava əməliyyatına başlayıb. BİG.AZ CNN-ə istinadən xəbər verirki, ABŞ hərbi qüvvələri İran ərazisində bir sıra hədəflərə hava zərbələri endirir. Bildirilir ki, hücumlar əsasən Buşəhr, Bəndər-Abbas, Çabahar və Cask istiqamətlərini əhatə edir. Məlumatlara görə, İran tərəfi hücumla
09.07.2026 383 Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - FOTO
Məlumdur ki, tarixi prosesləri siyasətçilər yox, tarixçilər araşdırmalıdır. Keçmişdə baş verən, xüsusən də təkzibedilməz faktlara əsaslanmayan hadisələr gündəlik maraqlar üçün alətə çevrildikdə tarix yerini miflərə verir. Siyasiləşdirmə elmi araşdırmaları manipulyasiya ilə əvəz edir, tərəfdaş ölkələrl
09.07.2026 361 Qalileyin 400 il əvvəl gördüyü işıq nöqtəsi: Bu gün həyat axtarışının əsas ünvanıdır
İtaliyalı astronom Qalileo Qalileyin 1610-cu ildə ilk dəfə müşahidə etdiyi Yupiterin peyki Avropa bu gün Yer kürəsindən kənarda həyat axtarışı üçün ən perspektivli obyektlərdən biri hesab olunur. Qaynarinfo xəbər verir ki, NASA-nın məlumatına görə, bu səma cisminin kilometrlərlə qalın buz təbəqəsini
09.07.2026 227 Trampın açıqlaması Avropanı hərəkətə keçirdi
ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin başa çatdığını bəyan etməsi Avropa ölkələrinin Vaşinqtondan hərbi asılılığı azaltmaq istəyini daha da gücləndirib. xəbər verir ki, bu barədə Politico nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb. "İran və Ukraynada baş verən hadisələrdən sonra il
09.07.2026 234