11 yaşlı qıza qarşı əxlaqsız edən ilahiyyatçı ilə bağlı YENİ DETALLAR

11 yaşlı qıza qarşı əxlaqsız edən ilahiyyatçı ilə bağlı YENİ DETALLARYetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilərək 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş ilahiyyatçı Salman Kamiloğlunun cinayət işinin təfərrüatı məlum olub. Onun ifadəsindən hadisənin bilinməyən məqamları üzə çıxıb.

BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən Salman Kamiloğlu ilahiyatçı və hacı kimi tanınıb.

Hadisə ötən il Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qıza qarşı küçədə qeyri-etik hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb. Növbəti gün Hacı Salman həbs edilib.

Hacı Salman istintaq zamanı əməlini etiraf etsə də, məhkəmədə fərqli ifadə verib.

"Həmin vaxt anlaşılmazlıq olub. Belə bir hərəkət etməmişəm. Bu vaxta qədər heç kəsə pislik etməmişəm. Pisliyə belə yaxşılıqla cavab vermişəm. Mənə təzyiq olunub. Bakı İstintaq Təcridxanasına gəldikdən xeyli müddət sonra mənə təzyiq olunması ilə bağlı araşdırma aparılmağa başlanıldı. Günahım olmadığı halda həbsdəyəm. Azad olunmağımı xahiş edirəm",- deyə Hacı Salman məhkəmədəki çıxışında deyib.

Məhkəmə iclasında Hacı Salmanın istintaqda verdiyi etirafedici ifadəsi elan edilib.

Hacı Salman həmin ifadəsində bunları deyib:

"2024-cü il yanvarında Həcc ziyarətində olmuşam. Bu günə kimi ailə həyatı qurmamışam. Həmin gün dostumun dəvəti ilə onlara gedirdim. Aykido idmanı ilə məşğul olduğum üçün məşqdə qabırğamdan xəsarət almışdım. Buna görə ağrıkəsici dərman qəbul edirdim.

Dostumun yaşadığı ünvana taksi ilə getdim. Küçədə tanımadığım azyaşlı oğlan və qız uşaqları gördüm. Qız uşağı diqqətimi çəkdiyi üçün ona yaxınlaşıb oynamağa başladım. Onun üzündən öpdüm. Həmin vaxt ona qarşı ehtirasım oyanmağa başladı. Bu vaxt uşağın valideyni bizi gördü. Uşaq anası tərəfə getdi. Mən də dostumun evinə getdim. Bir qədər sonra yaxınlıqdakı marketə qayıtdım. Ödəmə terminalı vasitəsi ilə "Misli.az" saytına pul yüklədim. Marketdən çıxan zaman tanımadığım şəxs mənə yaxınlaşdı. Uşağa kiminsə sataşdığını və həmin şəxsin mənə oxşadığını dedi. Qorxduğum üçün və biabır olmamaqdan ötrü inkar etdim. Həmin şəxslə evlərinin qarşısına getdik. Qadın və uşaq məni görən kimi "bax budur" deyərək işarə etdi. Qadına məni kimləsə səhv saldığını dedim. Uşağın ailəsi kameraya baxmağı təklif etdi. Qonşunun evindəki kamera görüntülərinə baxdılar. Sonra da polislər gəldi".

Məhkəmə araşdırması zamanı məlum olub ki, Hacı Salmanın polislər tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb. Lakin onun bu iddiası təsdiqini tapmayıb.

Məhkəmədə zərərçəkmiş qız, onun hüquqi varisi və şahidlər də dindirilib. Onlar hadisənin təfərrüatını Hacı Salmanın istintaqdakı etirafedici ifadəsinə oxşar şəkildə veriblər. Şahidlər Hacı Salmanı tanıdıqlarını, hadisə zamanı məhəllədə gördüklərini deyiblər.

Araşdırma zamanı kamera görüntülərinə də baxılıb. Həmin görüntülərdə Hacı Salmanın əməli sübuta yetirilir. Kameralardan Hacı Salmanın azyaşlı qıza yaxınlaşdığı, ittihamda göstərilən hərəkətləri etdiyi, uşağın qaçaraq anasına tərəf getdiyi müşahidə edilib.

Qeyd edək ki, məhkəmənin hökmü ilə 37 yaşlı Salman Kamiloğlu 3 il 9 ay azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1214   Tarix: 11 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək

"İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.

11:45 119
.

2026-cı ilin avqustu dünyanın ən isti ayı oldu

Avqustda qlobal orta hava temperaturu əvvəlki illərdən normasından 1,65C yüksək olub. Bununla da Avropa 2003-cü ildə müəyyən edilmiş yay temperatur rekordunu qırıb. "Euronews"a istinadən xəbər verir ki, Avropa iqlim rəsədxanası olan Kopernik tərəfindən dərc edilən məlumatlara görə, avqust ə

10.09.2026 236
.

Küpdə tapılan 1600 illik skeletin sirri açıldı

Bolqarıstanda arxeoloqlar qalıqları böyük gil qabda tapılan qədim Roma kişisinin ölüm səbəbini müəyyən ediblər. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Kəşf avqustun 10-da keçmiş Roma şəhəri Deultumda edilib. Bolqarıstan Elmlər Akademiyasının professoru Lyudmil Vaqalinsk

11:27 126
.

1990-cı və 2000-ci illərin ayaqqabıları yenidən dəbdə

1990-cı və 200-ci illərdə xüsusilə populyar olan ayaqqabı modelləri bu payız yenidən dəb dünyasının əsas trendləri sırasına daxil olub. xarici mediaya istinadən xəbər verir ki, yeni mövsümdə hündür platformalı ayaqqabılara maraq artıb. Platformalı sandallar, başmaqlar və qalın altlıqlı idman ayaqqabılar

10.09.2026 328
.

Kirayədə qaldığı evi qarət etdi

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətindən -a bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 800 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl

10.09.2026 247
.

Haqqında çəkilən sənədli filmi belə TƏNQİD ETDİ

Venesiya Kino Festivalında rejissor Aleks Gibninin İlon Maskdan bəhs edən dörd saatlıq "Mask" adlı sənədli filminin premyerası baş tutub və dörd dəqiqəlik ayaqüstə alqışlanıb. Xatırladaq ki, film milyarderin siyasi transformasiyası, kosmik və avtomobil layihələri, eləcə də şəxsi həyatı kim

10.09.2026 254
.

Açıq satılan quru meyvələr nə qədər təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Marketlərdə çəki ilə və açıq şəkildə satılan quru meyvələrin təhlükəsizliyi ilə bağlı suallar yaranır. Xüsusilə məhsulların açıq mühitdə saxlanılması, toz və digər xarici təsirlərlə təmasda olması, eləcə də hansı şəraitdə qorunduğunun istehlakçı üçün hər zaman aydın olmaması diqqət çəkir. Bəs açıq şəkild

12:56 108
.

22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu

Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio

10.09.2026 261
.

"Razılaşmaya Putin və Zelenski arasındakı şəxsi nifrət mane olur" - Tramp

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına mane olan əsas amili açıqlayıb. "AzPolitika" xəbər verir ki, Ağ Ev rəhbəri tərəflər arasında razılaşmanın əldə olunmasına Volodimir Zelenski ilə Vladimir Putin arasındakı şəxsi nifrəti

10.09.2026 241
.