Qaradağda 15 yaşlı qıza toy etdilər
Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı qıza restoranda toy edilib. Bu cinayətin üstü toy məclisindən sonra açılıb.
BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, hadisə ötən ilin oktyabr ayında baş verib. 27 yaşlı şəxslə 15 yaşlı qızın toy məclisi "Qobustan" şadlıq sarayında baş tutub.
Qızın 15 yaşı tamam olmadığı halda toy məclisinin keçirilməsinə hər iki ailə üzvləri razılıq veriblər. Toy məclisindən sonra polis əməkdaşları araşdırma aparıblar. 15 yaşı tamam olmayan qızla qeyri-rəsmi olaraq ailə həyatı quran şəxs məsuliyyətə cəlb edilib.
Cinayət işi açılandan sonra qız ata evinə qayıdıb. O, ailə həyatı qurduğu şəxsin cəzalandırılmaması üçün bu addımı atdığını deyib və bildirib ki, 18 yaşı tamam olana qədər ailəsinin yanında qalacaq.
Məhkəmədə dindirilən tərəflər bir-birilərindən şikayətçi olmayıblar. Məsuliyyətə cəlb edilən şəxs əməlindən peşman olduğunu deyib.
Ailələrin ifadəsindən məlum olub ki, evlilik rəsmi olmasa da, tərəflərin razılığı var və indi də bir-birlərindən şikayətçi deyillər.
Məhkəmə təqsirləndirilən şəxsdən şikayətin olmamasını, ilk dəfədir cinayət əməli törətməsini nəzərə alaraq ona şərti cəza verib.
Burada digər diqqət çəkən məqam isə restoranın azyaşlının evləndirilməsinə necə göz yummasıdır. Restoran əməkdaşları bu barədə polisə məlumat verməyiblər.
Cinayətin üstü isə qızın toydan sonra Həkimə getməsi ilə açılıb. Həkim onun cinsi münasibətdə olduğu bildikdən sonra polisə məlumat verib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1012 Tarix: 11 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı
Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçü
16:23 76 Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq
Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri
10:29 193 Bu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa
10:13 187 Azərbaycanın xarici siyasətinin növbəti uğuru
Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikas
14:38 216 Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi
Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni
11:42 277 Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi
Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü
12:34 199 Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri
14:49 184 "Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
15:29 134 Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
11:51 390