Prezident İlham Əliyev Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edibAzərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

"Report" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da Günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Yeni istifadəyə verilən Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.

Prezident İlham Əliyev Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edibPrezident İlham Əliyev Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edibPrezident İlham Əliyev Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 559   Tarix: 10 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Klinik ölüm keçirən qadın gördüklərindən sonra fikrini dəyişdi

ABŞ-da ateist olan qadın klinik ölüm keçirib və bundan sonra Tanrının varlığına inanmağa başladığını bildirib. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. ABŞ Müdafiə Nazirliyinin keçmiş laboratoriya texniki Anna Stoun 2016-cı ildə 38 yaşında olarkən uşaqlıqdankənar hamiləli

11:49 132
.

Tbilisidən Brüsselə sərt mesaj: "Gürcüstana qarşı aqressiv ritorikanı dayandırın"

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Birliyinin Gürcüstana qarşı siyasətini kəskin tənqid edərək, bunu çıxılmaz vəziyyət adlandırıb. xəbər verir ki, bu barədə "Sputnik Georgia" xəbər agentliyi məlumat yayıb. "Brüssel müharibənin bitdiyini anlamayan və hələ də hərbi əməliyyatla

11:14 119
.

Zelenski Karni ilə danışıqlar üçün Kanadaya səfər edib

Ukrayna lideri Vladimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya Kanadaya səfər ediblər. Bu barədə Ukrayna dövlət başçısı özü "Telegram" kanalında məlumat verib. "Kanada ən yaxın tərəfdaşlarımızdan biri olub və olaraq qalır. Kanada xalqının bütün dəstəyini və Ukraynaya kömək edən qərarlar

10.09.2026 218
.

"Aşk-ı Memnu"nun aktrisasında xərçəng aşkarlandı

Türkiyəli aktrisa Gülsen Tuncerin səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisanın xərçəngdən əziyyət çəkdiyi bildirilib. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə tanışdır

10:33 151
.

Faciədən dəqiqələr öncə... - Foto

Xəbər verdiyimiz kimi, ötən gün "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə onların hadisə baş verməzdən öncə çəkilmiş fotoları paylaşılıb. Həmi

10:52 180
.

Daşınmaz əmlak alarkən bu səhvə yol verməyin - pulunuzu itirə bilərsiniz

"Daşınmaz əmlakla bağlı hüququn ən etibarlı təminatlarından biri dövlət qeydiyyatıdır. Vətəndaş torpaq, mənzil və ya qeyri-yaşayış sahəsi əldə edərkən həmin əmlakın hüquqi statusunu mütləq araşdırmalıdır. Əmlakın kimə məxsus olması, üzərində həbs, ipoteka, icarə hüququ və ya digər məhdudiyyətləri

12:18 98
.

Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?

Xəbər verdiyimiz kimi Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. Bununla bağlı -a danışan "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayev

13:16 0
.

"Ona reklam lazım idi" - Ayrılıqlarından danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin toyu təxirə düşüb. Axşam.az-ın məlumatına görə, Nigar Xan Qaraxanoğlu adlı gənclə nişanını qaytarıb. Məsələ ilə bağlı açıqlama verən müğənni qarşı tərəfin öz reklamı üçün ondan istifadə etdiyini bildirib:. "Ona sa

11:24 169
.

Gürcüstan rəsmisindən Aİ-yə ittiham: "Açıq şəkildə düşmənçilik edirlər"

Gürcüstan Parlamentinin vitse-spikeri Nino Tsilosani Avropa Birliyinin (AB) MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatına münasibəti və bu hərəkatı dəstəkləməyi məhdudlaşdırmaq istiqamətində atdığı addımları azadlığa qadağa kimi qiymətləndirib. xəbər verir ki, bu barədə "Sputnik Georgia" məluma

11:08 127
.