Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Ümummilli lider Heydər Əliyevin doğum günüdürBu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Şurasının sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən, həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin ozamankı rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkidə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabrında imzaladığı Sərəncamla Azərbaycanda 2023-cü il "Heydər Əliyev İli" elan edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 644   Tarix: 10 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pezeşkian: Tramp İranın nə üçün öz nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab vermir

Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampdan İranın nə üçün nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab verməsini gözləyir. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Gənclər və İdman Nazirliyində çıxışı zamanı deyib

19.04.2026 409
.

Almaniyada avtomobil yarışı zamanı 66 yaşlı pilot həlak oldu

Almaniyada keçirilən NLS4 seriyası üzrə dörd saatlıq avtomobil yarışı zamanı baş verən qəza nəticəsində 66 yaşlı finlandiyalı pilot Yuha Miettinen həyatını itirib. "Motorsport"a istinadən xəbər verir ki, yarış zamanı yeddi avtomobil iştirakı ilə qəza baş verib, onlardan biri maneəyə çırpılıb

19.04.2026 246
.

ABŞ-nin Yaxın Şərqə göndərdiyi hərbçilər aclıq çəkirlər?

Pentaqonun rəhbəri Pit Heqset ABŞ-nin Yaxın Şərqdə xidmət edən hərbi qulluqçularının ərzaq qıtlığı ilə üzləşməsi barədə yayılan məlumatları təkzib edib. xəbər verir ki, bu barədə hərb naziri "X" hesabında bildirib. Qeyd edib ki, bu informasiya həqiqətə uyğun deyil. Heqsetin sözlərinə görə

19.04.2026 210
.

İsa Mersinlinin kompüteri açıldı, əsl həqiqət üzə çıxdı - ŞOK QEYDLƏR

Kahramanmaraşdakı məktəbə silahlı hücumu zamanı 9 nəfəri öldürüb 20 nəfəri yaralayan VII sinif şagirdi İsa Aras Mersinlinin kompüterində dəhşətli qeydlər aşkarlanıb. Şagird həmin qeydləri aprelin 11-də yazıb. İ.A.Mersinli qeydlərində böyük bir şeyə hazırlaşdığını bildirib:. "Bunu 11 aprel 2026-c

19.04.2026 486
.

ABŞ Almaniyaya 12 mlrd dollarlıq hərbi texnikanın satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Almaniyaya bir neçə növ hərbi texnikanın, o cümlədən radar izləmə stansiyalarının, dənizdən işə salınan MK-41 raket buraxılışı sistemlərinin, naviqasiya və radioelektron mübarizə sistemlərinin ümumi dəyəri 11,9 milyard dollar olan satışını təsdiqləyib. "Report"un xəbərin

19.04.2026 210
.

Tramp: İran artıq Hörmüzdən "dünyaya qarşı silah" kimi istifadə edə bilməyəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran artıq Hörmüz boğazından dünyaya qarşı silah kimi istifadə etməyəcək. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti "Truth Social"da yazıb. "İran Hörmüz boğazını bir daha heç vaxt bağlamamağa razılaşıb. O, artıq ondan dünyaya qarş

19.04.2026 239
.

İran parlamentinin sədri: "ABŞ bizdən güclüdür"

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail ilə qarşıdurma fonunda verdiyi açıqlamada İranın hərbi baxımdan Vaşinqtondan zəif olduğunu etiraf edib, ancaq bunun strateji üstünlük qazanmağa mane olmadığını bildirib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadə

19.04.2026 395
.

Donald Tramp Si Cinpinlə görüşünün tarixi xarakter daşıyacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə planlaşdırılan görüşünün tarixi xarakter daşıyacağına ümid etdiyini vurğulayıb. xəbər verir ki, bu barədə Ağ Ev lideri "Truth Social" platformasında paylaşım edib. "Sədr Si Hörmüz boğazının açıq olmasından və ya sürətl

19.04.2026 211
.

Alyaskada ayı iki hərbçiyə hücum edib

ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb. "Associated Press" agentliyinə istinadən xəbər verir ki, hadisə aprel ayının 16-da hərbi bazaya aid Arktik-Velli ərazisində səmtləşmə təlimlər

19.04.2026 227
.

TOP MP3