Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
Amerikalı kult rok qrupu 3 Durs Daun, solisti və qurucusu Bred Arnolda dördüncü mərhələdə böyrək xərçəngi diaqnozu qoyulduqdan sonra yay turunu rəsmi şəkildə ləğv edib.
Bu barədə Lent.az xarici mediaya istinadən məlumat verir.
"Bu gün sizə heç də xoş xəbərlərim yoxdur", – deyə 46 yaşlı Arnold videoda pərəstişkarlarına müraciət edib.
Musiqiçi bildirib ki, yaxın vaxtlarda xəstəxanaya yerləşdirilib və daha sonra ona şəffaf hüceyrəli böyrək xərçəngi (renal hüceyrəli karsinoma) diaqnozu qoyulub. Xəstəlik ağciyərlərə yayılıb və metastaz verib.
"Bu, dördüncü mərhələdir və deyək ki, vəziyyət yaxşı deyil", – deyə Arnold qeyd edib. O əlavə edib ki, inancına güvənir və bu diaqnozdan qorxmur.
Bred Arnold emosional şəkildə fanatlara "birlikdə yaşadığımız bütün xatirələr üçün" təşəkkür edib.
"İndi doğrudan da inanıram ki, ‘It's Not My Time’ mahnısı məhz mənim haqqımdadır", – deyə o, qrupun 2008-ci ildəki məşhur hitinə istinad edib.
"Qarşıda çətin bir mübarizə var, dualarınıza ehtiyacım var! Siz dünyanın ən möhtəşəm fanatlarısınız. Sizi sevirik!" – paylaşımda belə deyilir.
3 Durs Daun qrupu haqqında nə bilinir?
3 Durs Daun qrupu 1996-cı ildə Missisipi ştatında vokalist Bred Arnold, bas gitarist Todd Harrell və gitaraçı Matt Roberts (o, 2016-cı ildə 38 yaşında reseptlə verilən dərmanların həddindən artıq dozasından vəfat edib) tərəfindən yaradılıb.
Qrup "The Better Life" (2000) adlı debüt albomundan sonra geniş şöhrət qazanıb. Bu alboma daxil olan "Kryptonite" mahnısı dünya miqyasında hitə çevrilib və Spotify platformasında bir milyarddan çox dinlənmə toplayıb. Daha sonra 3 Doors Down uğurlu albomlar olan "Away from the Sun", "Seventeen Days" və "Time of My Life" albomlarını təqdim edib.
Qrupun musiqi tərzi alternativ rok, post-qranj və hard-rok üslublarını birləşdirir.
3 Doors Down-un yay turu 15 mayda Daytona Beach şəhərində başlamalı idi. Daha sonra qrup ölkə boyu turneyə çıxmağı və Creed qruppu ilə bir neçə birgə çıxış etməyi planlaşdırırdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 779 Tarix: 09 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstan rəsmisindən Aİ-yə ittiham: "Açıq şəkildə düşmənçilik edirlər"
Gürcüstan Parlamentinin vitse-spikeri Nino Tsilosani Avropa Birliyinin (AB) MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatına münasibəti və bu hərəkatı dəstəkləməyi məhdudlaşdırmaq istiqamətində atdığı addımları azadlığa qadağa kimi qiymətləndirib. xəbər verir ki, bu barədə "Sputnik Georgia" məluma
11:08 121 El Pais: "Brüssel Meta-nı WhatsApp-ı süni intellekt köməkçilərinə açmağa məcbur edir"
Avropa Komissiyası Meta-nın WhatsApp platformasının digər süni intellekt köməkçiləri ilə işləməsinə imkan yaradılması üçün şirkətə təzyiq göstərir. BİG.AZ El Pais-ə istinadən xəbər verir ki, məsələ Avropa Birliyinin rəqəmsal bazarda böyük texnologiya şirkətlərinin üstünlüyünü məhdudlaşdırmaq siyasət
12:20 1 Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək
"İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
11:45 90 "Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind
10.09.2026 371 Acun: "Bugünkü uğurumun sirri əslində tənhalıqdır"
Türkiyəli televiziya rəhbəri və iş adamı Acun Ilıcalı valideynlərini erkən yaşda itirməsinin həyatına və karyerasına təsirindən danışıb. BİG.AZ -a istinadən xəbər verir ki, o, əldə etdiyi uğurların arxasında yaşadığı çətinliklərin və tənhalığın mühüm rol oynadığını bildirib. Acun Ilıcalı etiraf edi
10.09.2026 260 2026-cı ilin avqustu dünyanın ən isti ayı oldu
Avqustda qlobal orta hava temperaturu əvvəlki illərdən normasından 1,65C yüksək olub. Bununla da Avropa 2003-cü ildə müəyyən edilmiş yay temperatur rekordunu qırıb. "Euronews"a istinadən xəbər verir ki, Avropa iqlim rəsədxanası olan Kopernik tərəfindən dərc edilən məlumatlara görə, avqust ə
10.09.2026 234 "Razılaşmaya Putin və Zelenski arasındakı şəxsi nifrət mane olur" - Tramp
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına mane olan əsas amili açıqlayıb. "AzPolitika" xəbər verir ki, Ağ Ev rəhbəri tərəflər arasında razılaşmanın əldə olunmasına Volodimir Zelenski ilə Vladimir Putin arasındakı şəxsi nifrəti
10.09.2026 240 Ermənistan ordusunda yeni qayda: Əsgərlər baş geyimlərini çıxararaq salam verəcəklər
Ermənistanda hərbi qulluqçular NATO standartlarına uyğun olaraq əllərini başlarına qaldıraraq və baş geyimlərini çıxararaq salam verməlidirlər. xəbər verir ki, bu barədə " saytı məlumat yayıb. Nəşrin məlumatına görə, Ermənistan ordusu hələlik bütün NATO standartlarına uyğun deyil. Lakin hərbi qulluqçular
11:20 114 Tbilisidən Brüsselə sərt mesaj: "Gürcüstana qarşı aqressiv ritorikanı dayandırın"
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Birliyinin Gürcüstana qarşı siyasətini kəskin tənqid edərək, bunu çıxılmaz vəziyyət adlandırıb. xəbər verir ki, bu barədə "Sputnik Georgia" xəbər agentliyi məlumat yayıb. "Brüssel müharibənin bitdiyini anlamayan və hələ də hərbi əməliyyatla
11:14 112