Yeni araşdırma: Tiranozavrlar Amerikada necə peyda olub?

Yeni araşdırma: Tiranozavrlar Amerikada necə peyda olub?Təbaşir dövrünün sonlarında Şimali yarımkürənin faunasına əsasən tiranozavrlar, hadrozavrlar və keratopslar üstünlük təşkil edib. Uzun müddət tiranozavrın yalnız Şimali Amerikaya məxsus dinozavr olduğu düşünülürdü. Lakin London Universitet Kollecinin alimləri tərəfindən aparılan yeni tədqiqat bu nəhəng yırtıcıların əcdadlarının Asiyadan gəldiyini ortaya qoyub.

Qaynarinfo xəbər verir ki, tədqiqat "Interesting Engineering" jurnalında dərc olunub.

Tiranozavrların haradan gəldiyi müəyyənləşib

Jurnalın yazdığına görə, tədqiqatçılar süni intellekt modelləşdirməsindən istifadə edərək tiranozavrların mənşəyini analiz ediblər. Nəticələrə əsasən, qədim tiranozavrlar təxminən 70 milyon il əvvəl Asiyanı Şimali Amerika ilə birləşdirən quru körpüsü - hazırkı Berinq boğazı üzərindən keçərək yeni ərazilərə yayılıblar.

Tədqiqatın baş müəllifi Kassius Morrison qeyd edib ki, tiranozavrların coğrafi mənşəyi paleontoloqlar arasında uzun müddət müzakirə mövzusu olub. Bu tədqiqat nəticəsində aydın olub ki, bu yırtıcılar Asiyadan gəlib və Berinq boğazı vasitəsilə müasir Alyska ərazisinə daxil olublar.

Əldə olunan nəticələr, tiranozavrın Asiya mənşəli Tarbosaurus ilə daha yaxın təkamül əlaqəsinə malik olduğunu göstərən əvvəlki araşdırmalarla üst-üstə düşür. Alimlər bildirirlər ki, Şimali Amerikada yüzlərlə tiranozavr fosili aşkarlansa da, onların birbaşa əcdadlarına dair qalıqların Asiyada hələ də tapılmadığı düşünülür.

Araşdırmada təkcə fosillərin yerləşmə yerləri deyil, həm də dinozavrların təkamül əlaqələri, Təbaşir dövrünün coğrafiyası və iqlim şəraiti, eləcə də fosil qeydlərindəki boşluqlar nəzərə alınıb ki, bu da nəticələrin daha dəqiq olmasına imkan verib.

Megaraptorların hekayəsi

Tədqiqatda meqaraptorlar da araşdırılıb. Bu dinozavrlar uzun barmaqları və 35 sm-ə çatan qarmaqlı caynaqları ilə seçilirdilər. Alimlər onların düşündükdən daha geniş ərazidə yayılmış olduğunu müəyyənləşdiriblər.

Tədqiqat göstərir ki, meqaraptorlar təxminən 120 milyon il əvvəl Asiyada meydana gəlib, daha sonra Avropaya və Cənub Qondvana (Afrika, Cənubi Amerika və Antarktida) yayılıblar. Maraqlıdır ki, bəzi regionlarda heç bir fosil tapılmasa da, meqaraptorların bir vaxtlar həmin yerlərdə yaşadığı ehtimal olunur.

Bu yırtıcılar öz anatomik xüsusiyyətlərinə görə digər tiranozavr qohumlarından fərqlənir və ehtimal edilir ki, fərqli ov heyvanlarını izləyiblər. Belə ki, Gonda çökəklərində gənc zauropodlarla, Laramidiyada isə tiranozavrlar triseratops, edmontozavr və ankilozavr kimi canlılarla ov edirdilər.

Maraqlıdır ki, həm tiranozavrlar, həm də meqaraptorlar 92 milyon il əvvəlki qlobal iqlim soyuması ilə eyni dövrdə sürətlə böyüyərək nəhəng ölçülərə çatmışdılar. Bu isə onların digər dinozavr qruplarından daha soyuq şəraitə uyğunlaşdıqlarını göstərir.

Tiranozavrın çəkisi 9 tona çata bilərdi, meqaraptorlar isə 10 metr uzunluğunda olurdular.

Böyükliyin sirri və əcdadlarının rolu

Tədqiqatın həmmüəllifi Çarli Şerer bildirib ki, nəticələr tiranozavrların necə və niyə Təbaşir dövrünün sonunda bu qədər böyüdüyünü anlamağa imkan verib. Onun sözlərinə görə, bu böyümə 90 milyon il əvvəl nəhəng karcharodontozavrların yox olması ilə əlaqəlidir. Bu yox oluş, görünür, tiranozavrlara böyüməyə mane olan ekoloji maneəni aradan qaldırıb.

Kontinentlər ayrıldıqca bu nəhəng yırtıcıların təkamül yolları da fərqlənib. Nəticədə, tiranozavrlar Asiya kimi regionlarda meqaraptorların yerini tutsalar da, Avstraliya və Patagoniya kimi ərazilərdə meqaraptorlar öz ekosistemlərində üstün yırtıcıya çevriliblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 922   Tarix: 09 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

11:51 402
.

Ağdam gözəl məkana çevrilir

44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə misli görülməmiş qəhrəmanlıq və hünər göstərərək 30 il işğal altında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini düşməndə

11:23 207
.

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır

Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi

11:35 241
.

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu

16:59 90
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

10:13 188
.

Üç ölkə arasında nüvə sazişinin əldə olunması gözlənilmir

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək üçtərəfli görüşdən sonra nüvə silahları ilə bağlı sazişin əldə olunması ehtimalı olduqca aşağı qiymətləndirilir. xəbər verir ki, bu barədə IMEMO RAS-ın Beynəlxalq Təhlükəsizlik Mərkəzinin elm

10:42 186
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

15:36 162
.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

12:25 228
.

Prezident İlham Əliyevin müraciəti: Milli medianın gücü Azərbaycanın dövlətçilik maraqlarına xidmət etməlidir

Azərbaycanın milli informasiya məkanının inkişafı, dövlətçilik ənənələrinin qorunması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından radio və televiziya hər zaman mühüm missiya daşıyıb. Prezident İlham Əliyevin Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubiley

11:01 182
.