Şuşa – Qarabağ Uğrunda Mübarizənin Simvolu
Azərbaycan xalqı 30 ilə yaxın müddətdə 8 may tarixini Şuşanın işğalı günü kimi qeyd edib. Bu işğal günündə hər zaman şəhidlərimiz anılıb, insanlarımızın başına gətirilən müsibətlərin unudulmamasının vacibliyi aşılanıb.
2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları elə Şuşanın azad olunması ilə sonlandırıldı. Şuşa azad olunan kimi Ermənistan təslim olmaq məcburiyyətində qalaraq, üçtərəfli bəyanat imzalamağa razılaşdı. Beləliklə, Şuşanın azad edildiyi tarix – 8 Noyabr Azərbaycanda Zəfər günü elan edildi.
Düşmən üzərində qələbə qazanıb, torpaqlarımızı işğaldan azad etsək də, tariximizi, ermənilərin başımıza gətirdiyi müsibətləri unuda bilmərik. Bu müsibətlər sırasında 1992-ci il, 8 may – Şuşanın işğal edildiyi tarix də var.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Qarabağ müharibəsində Şuşanın əhəmiyyəti həm 1990-cı illərin əvvəllərində, həm də II Qarabağ müharibəsində hərbi əməliyyatların gedişatını köklü şəkildə dəyişdirən, müharibənin taleyini həll edən strateji obyekt kimi hər zaman öz mövqeyini qoruyub saxlamışdır:
"1990-cı illərdəki Qarabağ müharibəsində Şuşanın itirilməsi ilə Dağlıq Qarabağın ən əhəmiyyətli mövqeyi də əldən getdi. Şuşadan əvvəl və sonra yerləşən bir sıra yaşayış məntəqələri ermənilər tərəfindən işğal edildi. I Qarabağ müharibəsində Şuşada baş verən məğlubiyyət, ümumilikdə müharibədə məğlubiyyətlə nəticələndi.
Həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin məsələlərə qeyri-peşəkar yanaşması və ölkə ərazilərinin müdafiəsinin lazımi səviyyədə təşkil olunmaması Şuşanın işğalına gətirib çıxardı.
Lakin II Qarabağ müharibəsində — Vətən müharibəsində — Azərbaycan dövlətinin və ordusunun həyata keçirdiyi əməliyyatların əsas məqsədi Şuşanı işğaldan azad etmək idi. Hərbi əməliyyatların aparıldığı cənub cəbhəsindəki bütün yollar Şuşaya istiqamətlənmişdi. Azərbaycan Ordusu Şuşanı azad etməklə Ermənistan ordusunu məğlub olmağa, silahı yerə qoymağa və təslimçilik bəyannaməsinə imza atmağa məcbur etdi.
Bundan sonrakı uğurlarımız da Şuşanın strateji obyekt kimi Azərbaycan nəzarətində olması ilə birbaşa bağlı idi.
Hesab edirəm ki, həm I, həm də II Qarabağ müharibələrində Şuşa öz əhəmiyyətini qoruyub saxladı. Strateji məntəqə olaraq, I Qarabağ müharibəsində Azərbaycan Ordusunun geri çəkilməsinin əsas səbəbi Şuşanın işğalı oldu. II Qarabağ müharibəsində isə Şuşanın azad olunması qələbəmizin təmin olunmasında həlledici rol oynadı".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 884 Tarix: 08 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşApple əvvəlki iPhone modellərinin qiymətini artırdı
"Apple" yeni "iPhone 18 Pro" və ilk qatlanan "iPhone Duo" modelini təqdim etdikdən sonra onlayn mağazasında əvvəlki nəsil dörd iPhone modelinin qiymətini artırıb. Modellərin hər biri 100 dollar bahalaşıb. Yeni qiymətlərə əsasən, "iPhone 16" 699 dollar əvəzinə 79
10.09.2026 260 Tbilisidən Brüsselə sərt mesaj: "Gürcüstana qarşı aqressiv ritorikanı dayandırın"
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Birliyinin Gürcüstana qarşı siyasətini kəskin tənqid edərək, bunu çıxılmaz vəziyyət adlandırıb. xəbər verir ki, bu barədə "Sputnik Georgia" xəbər agentliyi məlumat yayıb. "Brüssel müharibənin bitdiyini anlamayan və hələ də hərbi əməliyyatla
11:14 107 "Ona reklam lazım idi" - Ayrılıqlarından danışdı
Xəbər verdiyimiz kimi, Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin toyu təxirə düşüb. Axşam.az-ın məlumatına görə, Nigar Xan Qaraxanoğlu adlı gənclə nişanını qaytarıb. Məsələ ilə bağlı açıqlama verən müğənni qarşı tərəfin öz reklamı üçün ondan istifadə etdiyini bildirib:. "Ona sa
11:24 130 ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının Husilərə qarşı hərbi əməliyyatını dəstəkləyir
Məsələ ilə tanış olan çoxsaylı mənbələrin məlumatına görə, Səudiyyə Ərəbistanında 100-dən çox ABŞ hərbi müşaviri var və Yəməndə İran tərəfindən dəstəklənən Husilərə qarşı hərbi əməliyyatda Krallığa kəşfiyyat və hədəf dəstəyi verir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, yardım yarımadada döyüşlərin şiddətləndiy
10:39 175 Putin Hindistana gedir
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək Hindistanda işgüzar səfərdə olacaq. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib. Məlumata görə, Putin sentyabrın 12-dən 13-dək Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcə
10.09.2026 251 22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu
Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio
10.09.2026 260 Heyvanların dünyanı insanlardan fərqli görməsinin SƏBƏBİ
İnsanın gördüyü dünya ətraf mühitin mümkün görüntülərindən yalnız biridir. Heyvanlarda görmə qabiliyyəti gözün quruluşundan və onun necə işləməsindən birbaşa asılıdır. Əksər heyvanlar rəngləri seçə bilsə də, həşəratların, balıqların, quşların və məməlilərin görmə mexanizmləri bir-birindən ciddi şəkild
10.09.2026 260 İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı
İmişlidə 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb. Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbirlər nəticəsind
10.09.2026 346 Dövlət bağçalarında yerlərin sayı artırılıb
"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib
11:44 80