"TikTok təhlükəlidir, təcili LƏĞV edilməlidir" – HƏYƏCAN TƏBİLİ

"TikTok təhlükəlidir, təcili LƏĞV edilməlidir" – HƏYƏCAN TƏBİLİSon zamanlar TikTok istifadəçilərinin yaydığı məzmun, təhlükəsizlik məsələləri, platformanın uşaqlar və gənclər üzərindəki təsiri geniş müzakirə mövzusuna çevrilib. Məhz bu kontekstdə tanınmış jurnalist İslam Qədirli şəxsi sosial şəbəkə hesabında narahatlıq doğuran paylaşım edib. O bildirib ki, TikTok təcili ləğv edilməlidir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan jurnalist qeyd edib ki, problem əsasən insanlarda deyil, platformanın alqoritmindədir:

"TikTok-un alqoritmi daha çox narahatedici məzmunları, xüsusilə də azyaşlıların qarşısına çıxarmağa meyllidir. Məni narahat edən əsas məsələ məhz budur," – deyə o, bildirib.

İslam Qədirli bu fikrini konkret faktla əsaslandırıb. O bildirib ki, Yeni Zelandiyalı sənədli film istehsalçısı araşdırma apararaq özünə 13 yaşlı bir qız adına TikTok hesabı yaradır. Maraqlısı budur ki, bu saxta profil heç bir məzmunu bəyənmir, yalnız təhsil, heyvanlar və digər zərərsiz sahələri maraq dairəsi kimi qeyd edir.

Nəticədə cəmi 22 dəqiqə 15 saniyədən sonra qarşısına intihar, zorakılıq və dava-dalaşla bağlı videolar çıxarılır. Yəni, TikTok platforması bu istifadəçini 13 yaşlı bir qız kimi tanıyır və ona uyğun məzmun təqdim edir.

Digər tərəfdən, TikTok-un azyaşlıların məlumatlarını icazəsiz şəkildə topladığına dair məhkəmə işlərində dəfələrlə uduzduğu və cərimələndiyi vurğulanır.

Jurnalistin diqqət çəkdiyi başqa bir vacib məqam da platformada pul göndərmə (hədiyyə) sistemidir:

"Xatırladım ki, bir azyaşlı uşaq bu yaxınlarda ev almaq üçün toplanmış 70 min manatdan çox pulu TikTok-da fəaliyyət göstərən şəxslərə göndərib. Bu kimi hallar çox baş verir. Hətta əxlaqsızlıq açıq şəkildə təbliğ olunur. Bu reallıq, uşaqları və cəmiyyəti intihara, pedofiliya kimi təhlükələrə sürükləyir," – deyə İslam Qədirli vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 858   Tarix: 08 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Apple əvvəlki iPhone modellərinin qiymətini artırdı

"Apple" yeni "iPhone 18 Pro" və ilk qatlanan "iPhone Duo" modelini təqdim etdikdən sonra onlayn mağazasında əvvəlki nəsil dörd iPhone modelinin qiymətini artırıb. Modellərin hər biri 100 dollar bahalaşıb. Yeni qiymətlərə əsasən, "iPhone 16" 699 dollar əvəzinə 79

10.09.2026 260
.

Tbilisidən Brüsselə sərt mesaj: "Gürcüstana qarşı aqressiv ritorikanı dayandırın"

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Birliyinin Gürcüstana qarşı siyasətini kəskin tənqid edərək, bunu çıxılmaz vəziyyət adlandırıb. xəbər verir ki, bu barədə "Sputnik Georgia" xəbər agentliyi məlumat yayıb. "Brüssel müharibənin bitdiyini anlamayan və hələ də hərbi əməliyyatla

11:14 107
.

"Ona reklam lazım idi" - Ayrılıqlarından danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiqin toyu təxirə düşüb. Axşam.az-ın məlumatına görə, Nigar Xan Qaraxanoğlu adlı gənclə nişanını qaytarıb. Məsələ ilə bağlı açıqlama verən müğənni qarşı tərəfin öz reklamı üçün ondan istifadə etdiyini bildirib:. "Ona sa

11:24 130
.

ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının Husilərə qarşı hərbi əməliyyatını dəstəkləyir

Məsələ ilə tanış olan çoxsaylı mənbələrin məlumatına görə, Səudiyyə Ərəbistanında 100-dən çox ABŞ hərbi müşaviri var və Yəməndə İran tərəfindən dəstəklənən Husilərə qarşı hərbi əməliyyatda Krallığa kəşfiyyat və hədəf dəstəyi verir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, yardım yarımadada döyüşlərin şiddətləndiy

10:39 175
.

Putin Hindistana gedir

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək Hindistanda işgüzar səfərdə olacaq. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib. Məlumata görə, Putin sentyabrın 12-dən 13-dək Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcə

10.09.2026 251
.

22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu

Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio

10.09.2026 260
.

Heyvanların dünyanı insanlardan fərqli görməsinin SƏBƏBİ

İnsanın gördüyü dünya ətraf mühitin mümkün görüntülərindən yalnız biridir. Heyvanlarda görmə qabiliyyəti gözün quruluşundan və onun necə işləməsindən birbaşa asılıdır. Əksər heyvanlar rəngləri seçə bilsə də, həşəratların, balıqların, quşların və məməlilərin görmə mexanizmləri bir-birindən ciddi şəkild

10.09.2026 260
.

İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı

İmişlidə 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb. Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbirlər nəticəsind

10.09.2026 346
.

Dövlət bağçalarında yerlərin sayı artırılıb

"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib

11:44 80
.