Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz

Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksinizSeçdiyimiz ixtisas həyat yolumuzu kökündən dəyişir. Lakin bəzən istəmədən də olsa, özümüzə uyğun olmayan, xarakterimizə yad istiqamətə üz tuturuq.

Bəs bu halda nə edək? Yenidən imtahana hazırlaşmaq, oxumaq, yetərli keçid balını toplayıb-toplaya bilməmək… Bu düşüncələr özü də həyat standartlarımızı endirib, stress yaradır.

Lent.az sizə yenidən istədiyimiz sahə üzrə (ilk təhsil aldığımız ixtisas qrupuna uyğun) təhsil almağın daha asan və əlverişli yolunu təqdim edir. Bu "Təkrar ali və orta ixtisas təhsili"dir.

Təkrar ali və orta ixtisas təhsili üçün ilk növbədə qeydiyyatdan keçmək lazımdır:

Təkrar ali və ya orta ixtisas təhsili almaq istəyən şəxslər ilk öncə portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Əgər "portal"da qeydiyyatınız varsa, o zaman birbaşa "Əlavə təhsilə elektron sənəd qəbulu" xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız:

Təkrar ali və orta ixtisas təhsili zamanı Dövlət İmtahan Mərkəzinin keçirdiyi müvafiq qəbul imtahanlarına daxil olmursunuz.

Azərbaycan vətəndaşları portalda "qeyri-DİM" xəttini, əcnəbilər isə özlərinə uyğun digər seçimlər düyməsini sıxmalıdırlar.

Daha sonra qəbul olmaq istədiyiniz təhsil pilləsi, təhsil səviyyəsi, müəssisə, ixtisas, təhsilalma və ödəniş formasını seçməlisiniz.

Eyni anda bir neçə təhsil müəssisəsinə də müraciət etmək mümkündür:

Düşünməyin ki, bir müəssisəyə qəbul olunmasam, il ərzində əlavə təhsildən yararlana bilməyəcəm. Xeyr, siz eyni anda bir neçə təhsil müəssisəsini seçərək, müraciətinizi təsdiqləyə bilərsiniz.

Növbəti addım sənədləri əlavə etməkdir:

Bəzən sənədləri əlavə edərkən problemlər yaşana bilir. (Bu xüsusən İOS sistemli smartfonlarda baş verir. Bunun öhtəsindən gəlmək üçün sənədlərinizi PDF formatında, hamısını bir faylda əlavə etməyiniz daha məsləhət görülür. Doldurulması vacib sənədlər xanası "Müraciət et" düyməsinə sıxdıqda qırmızı rəng alır. Əgər xana qırmızı rəng alırsa, oraya müvafiq sənədlər əlavə edilməlidir.

Sənədlərin qəbul edilib-edilmədiyini öyrənmək üçün müəssisədən cavab gözləməlisiniz:

Müraciət etdiyiniz təhsil müəssisəsi sizə sistem və ya SMS vasitəsilə məlumat göndərəcək. Sistem vasitəsilə gələn SMS-i yoxlamaq üçün şəxsi kabinetinizi mütəmadi şəkildə izləməlisiniz.

Qeyd edək ki, bəzi ali təhsil müəssisələri ikinci təhsil üçün qəbul imtahanı və ya müsahibə tətbiq edə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 787   Tarix: 05 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaponiya Şimali Koreyaya etirazını bildirdi

Yaponiya ballistik raketin buraxılması ilə əlaqədar Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib. xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb. "KXDR-nin davam edən ballistik raket buraxılışları da daxil olmaqla hərəkətlər

19.04.2026 418
.

Sumqayıtda futbol meydançasında halı pisləşən gənc öldü

Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Müsü Etibar oğlu Əliyev futbol oynayarkən qəfil halı pisləşib. Ətrafdakı şəxslərin köməkliyin

19.04.2026 360
.

Həyat yoldaşı burada olmadığı üçün hər yerə oğlu ilə gedir

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad paylaşımları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, o, bir çox toy məclisində anası ilə olub. Cahad məclislərdən görüntülər yayımlayaraq "Atan başqa şəhərdə işləyəndə, sən onun xanımı ilə vaxt keçirməli olursan. Deyəsən buna öyrəşməyə başlayıram"

11:41 243
.

Naim Qasem: Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumları dayandırılıb

"Hizbullah" qruplaşmasının rəhbəri Naim Qasem Hörmüz boğazının bağlanmasına görə, İrana təşəkkür edib. "Report" İran mediasına istinadən xəbər verir ki, N. Qasem Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumlarının dayandığını xatırladıb. "İranın dəstəyinə görə minnətdarıq

19.04.2026 310
.

Ailədə yeni uşaq doğulduqda böyük uşaqda yaranan qısqanclıq problemi - PSİXOLOQDAN AÇIQLAMA

Ailədə yeni körpənin dünyaya gəlməsi adətən sevinc hissi ilə qarşılansa da, bu dəyişiklik hər zaman bütün üzvlər üçün eyni emosional rahatlıq yaratmır. Xüsusilə 3-4 yaş aralığında olan uşaqlar ailəyə yeni üzvün qoşulmasını bəzən qısqanclıq, narahatlıq və diqqət itkisi kimi qəbul edirlər. Valideynləri

12:24 168
.

İran ABŞ-nin minatəmizləmə cəhdlərini atəşkəsin pozulması hesab edir

"Tehran ABŞ-nin İranın akvatoriyasını minalardan təmizləmə cəhdlərini atəşkəsin pozulması kimi qiymətləndirir". ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib. "Biz ABŞ-nin ərazi sularımızda minaları təmizləmək cəhdlərinə qəti şəkild

19.04.2026 294
.

İMQ: Atəşkəsdən bir gün əvvəl Livanda 150 "Hizbullah" yaraqlısı öldürülüb

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanda əməliyyata başlayandan bəri "Hizbullah" qruplaşmasının 1800-dən çox silahlısını məhv edib. "Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. "İsrail və Livan arasında atəşkəs rejimi qüvvəyə minməzdən əvvəlki sutk

19.04.2026 400
.

İranda bir gündə ABŞ və İsrail ilə əlaqədə şübhəli bilinən 69 nəfər tutulub

İranda ABŞ və İsrail ilə əlaqədə şübhəli bilinən 69 nəfər həbs olunub. "Report" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb. Bildirilib ki, tutulanlar arasında jurnalistlər də olub: "Onlar həssas mərkəzlərin məlumatlarını ötürməklə yanaşı, təxribat və pozuculuq əməlləri törətmək niyyətind

19.04.2026 251
.

Gürcüstanda 24 yaşlı azərbaycanlının meyiti tapıldı

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 24 yaşlı azərbaycanlı qızın meyiti tapılıb. Axşam.az xəbər verir ki, bu haqda Gürcüstan mediası nəlumat yayıb. Bildirilib ki, Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyiti kirayə yaşadığı evdə aşkar olunub. Aprelin 18-i ailə üzvləri Tbilisidə Aysunla birg

11:58 240
.

TOP MP3