Hollivud batmaq üzrədir...
Merilin Monro, Marlon Brando, Elizabet Teylor kimi ulduzların parladığı o dəbdəbəli Hollivud illəri artıq geridə qaldı.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ kinosunun bir əsr boyunca mərkəzi sayılan Hollivud artıq kinoçuların sevimli məkanı olma xüsusiyyətini itirib.
ABŞ-ın Los-Anceles şəhərində yerləşən Hollivud məhəlləsi, burada çəkilən filmlər sayəsində uzun illər ölkə kinosunun simvoluna çevrilmişdi. Lakin indi kinoçular Hollivudla vidalaşırlar. Film çəkilişlərinin azalması səbəbindən Los-Anceles 2024-cü ildə ən pis dövrünü yaşayıb. Televiziya şouları və tammetrajlı filmlərin yalnız beşdə biri artıq Los-Ancelesin yerləşdiyi Kaliforniyada çəkilir. Bunun səbəbi isə Hollivudun həm ölkə daxilində Atlanta və Nyu-York kimi şəhərlərlə, həm də Avstraliya, İngiltərə, Kanada kimi beynəlxalq rəqiblərlə ciddi rəqabət şəraitində qalmasıdır.
Bundan əlavə, rəqib ölkə və şəhərlər artıq film və serial çəkilişləri üçün daha sərfəli maliyyə təşviqləri təqdim edirlər. 2024-cü ilin ilk rübündə Hollivudda hər növ istehsalat kateqoriyası üzrə azalmalar qeydə alınıb. Bu dövrdə çəkiliş günləri 22% azalıb və cəmi 13 televiziya pilot layihəsi çəkilib. Bu, FilmLA-nın indiyədək müşahidə etdiyi ən aşağı göstəricidir. Bu böhran Hollivudda çalışan elektrikçilər, dülgərlər, dekoratorlar, səs mühəndisləri, kostyum dizaynerləri və vizajistlər kimi sənət adamlarını da təhlükə altına salır. Bu peşə sahiblərinin bölgəni tərk etməsi ilə Hollivudun tarixə qovuşacağı ehtimal edilir.
Mütəxəssislərə görə, Hollivudu qorumaq üçün film və televiziya çəkilişlərinə dair vergi güzəştlərinin artırılması vacibdir. Kaliforniya ştatının qubernatoru Gavin Nyusom, ştatın film və TV vergi krediti proqramı çərçivəsində ayrılan illik vəsaitin 330 milyon dollardan 750 milyon dollara qaldırılmasını təklif edib. Hazırda ştat parlamentində iki qanun layihəsi üzərində iş gedir. Son işləri arasında "Qladiator 2" və "Napoleon" olan ssenarist Devid Scarpa isə bildirib: "Maliyyə problemləri ilə boğuşan Los-Anceles, film sənayesindəki üstünlüklər baxımından Şərqi Avropa ilə rəqabət apara biləcəkmi? Prodüserlər ən sərfəli qiymətləri axtarırlar. Əgər Hollivudun yerləşdiyi Los-Anceles kino mərkəzi kimi qalmaq istəyirsə, kinoçuları cəlb edəcək vergi endirimləri təqdim etməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 841 Tarix: 05 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mançester Yunayted"dən "Sabah"la bağlı ironik - Video
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Sabah"ın rəqibi olan "Mançester Yunayted" Azərbaycan klubu ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda ölkə çempionumuz haqda məlumatlar verilib. Diqqətçəkən məqam odur ki, "Sabah"ı
10.09.2026 330 "Aşk-ı Memnu"nun aktrisasında xərçəng aşkarlandı
Türkiyəli aktrisa Gülsen Tuncerin səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisanın xərçəngdən əziyyət çəkdiyi bildirilib. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə tanışdır
10:33 91 Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru
Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını
10.09.2026 209 Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
10.09.2026 404 Yeni binalar zəlzələyə nə qədər davamlıdır?
Dünyanın müxtəlif bölgələrində mütəmadi olaraq zəlzələlərin baş verməsi binaların seysmik davamlılığı məsələsini yenidən gündəmə gətirir. Azərbaycanda da yeni yaşayış binalarının tikintisi zamanı seysmik amillərin nəzərə alınması normativ tələblərlə müəyyən edilir. Qanunvericiliyə əsasən, tikinti layihələndirilərkə
10.09.2026 353 "Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind
10.09.2026 347 "Razılaşmaya Putin və Zelenski arasındakı şəxsi nifrət mane olur" - Tramp
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına mane olan əsas amili açıqlayıb. "AzPolitika" xəbər verir ki, Ağ Ev rəhbəri tərəflər arasında razılaşmanın əldə olunmasına Volodimir Zelenski ilə Vladimir Putin arasındakı şəxsi nifrəti
10.09.2026 228 ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının Husilərə qarşı hərbi əməliyyatını dəstəkləyir
Məsələ ilə tanış olan çoxsaylı mənbələrin məlumatına görə, Səudiyyə Ərəbistanında 100-dən çox ABŞ hərbi müşaviri var və Yəməndə İran tərəfindən dəstəklənən Husilərə qarşı hərbi əməliyyatda Krallığa kəşfiyyat və hədəf dəstəyi verir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, yardım yarımadada döyüşlərin şiddətləndiy
10:39 126 1990-cı və 2000-ci illərin ayaqqabıları yenidən dəbdə
1990-cı və 200-ci illərdə xüsusilə populyar olan ayaqqabı modelləri bu payız yenidən dəb dünyasının əsas trendləri sırasına daxil olub. xarici mediaya istinadən xəbər verir ki, yeni mövsümdə hündür platformalı ayaqqabılara maraq artıb. Platformalı sandallar, başmaqlar və qalın altlıqlı idman ayaqqabılar
10.09.2026 303