#AzərbaycanMüəllimləri: TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə elan edir
Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir. Müsabiqədə həm məktəb müəllimləri, həm də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər: bunun üçün onlar tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayıb platformada paylaşmalıdırlar. Müsabiqənin üç qalibi dəyərli hədiyyələr – iPhone 16 Pro smartfonları qazanacaq.
TikTok platforması böyük və daim artmaqda olan maarifləndirici kontent müəlliflərini bir araya gətirir. Belə ki, ötən il platforma Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkədə maarifləndirici kontentin inkişafına yönəlmiş #TikTokdanÖyrən təşəbbüsünü başladıb. Layihə çərçivəsində istifadəçilər tərəfindən təxminən 22 min maarifləndirici video çəkilərək paylaşılıb.
Platforma bütün dünyada, xüsusilə müəllimlər arasında geniş populyarlıq qazanır, çünki onlar burada öz fənlərini geniş auditoriyaya maraqlı şəkildə təqdim etmək imkanı əldə edirlər. TikTok-un #AzərbaycanMüəllimləri təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan verəcək. TikTok-da fəaliyyətə yeni başlayan müəllimlər üçün isə platformanın imkanları ilə tanış olmaq və izləyicilərin diqqətini çəkəcək videolar yaratmağı öyrənmək məqsədilə xüsusi təlim vebinarı keçirilib.
Müsabiqədə iştirak üçün artıq TikTok-da kontent yaradan və ya platformada hesab açmağa hazır olan məktəb müəllimləri, ali məktəb və kollec müəllimləri dəvət olunur.
• 5 maydan 1 iyuna qədər müəllimlərdən tədris etdikləri fənn üzrə mövzu ilə bağlı maarifləndirici videolar paylaşmaları xahiş olunacaq.
• Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir.
• Müsabiqənin şərtlərinə uyğun maarifləndirici videoları ilə ən çox izlənmə sayı qazanan müəllimlər qalib seçiləcəklər. Onlara daha keyfiyyətli və peşəkar məzmun yaratmaqda dəstək olmaq üçün iPhone 16 Pro smartfonları hədiyyə olunacaq.
"Biz, Azərbaycanda TikTok istifadəçiləri arasında maarifləndirici kontentə olan marağın davamlı olaraq artdığını görürük. Eyni zamanda, ölkədə artıq TikTok-u mənimsəyən bir çox istedadlı müəllimlər olduğunu müşahidə edirik və əminik ki, burada hələ də platformada inkişaf etmək üçün böyük potensiala sahib çoxlu müəllimlər var. Biz #AzərbaycanMüəllimləri adlı ilk müsabiqəni təşkil edirik ki, müəllimlər öz istedadlarını ortaya qoysun və biliklərini geniş auditoriya ilə paylaşmağa başlasınlar. Əminik ki, yerli icmamız bu yeni təşəbbüsdə fəal iştirak edəcək və TikTok-da daha çox keyfiyyətli, faydalı kontent yaranacaq", – deyə TikTok-un Azərbaycandakı, Türkiyədəki, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyat rəhbəri Melis Çağlar şərh edib.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 777 Tarix: 05 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video
Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel
10.09.2026 381 Apple əvvəlki iPhone modellərinin qiymətini artırdı
"Apple" yeni "iPhone 18 Pro" və ilk qatlanan "iPhone Duo" modelini təqdim etdikdən sonra onlayn mağazasında əvvəlki nəsil dörd iPhone modelinin qiymətini artırıb. Modellərin hər biri 100 dollar bahalaşıb. Yeni qiymətlərə əsasən, "iPhone 16" 699 dollar əvəzinə 79
10.09.2026 248 "Mançester Yunayted"dən "Sabah"la bağlı ironik - Video
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Sabah"ın rəqibi olan "Mançester Yunayted" Azərbaycan klubu ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda ölkə çempionumuz haqda məlumatlar verilib. Diqqətçəkən məqam odur ki, "Sabah"ı
10.09.2026 323 "BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?
Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların
10.09.2026 212 Rusiya qüvvələri Kiyevdəki yanacaqdoldurma məntəqəsinə hücum edib, dörd nəfər yaralanıb
Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq yanacaqdoldurma məntəqəsinə hücum edərək dörd nəfəri yaralayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə mer Vitali Kliçko və "Ukrnafta" neft şirkəti cümə axşamı bildirib. Fövqəladə Hallar Xidmətinin verdiyi məlumat
10.09.2026 216 Bu məhsullar bahalaşıb - Siyahı
2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb. "Qafqazinfo"
10.09.2026 272 Zelenski Karni ilə danışıqlar üçün Kanadaya səfər edib
Ukrayna lideri Vladimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya Kanadaya səfər ediblər. Bu barədə Ukrayna dövlət başçısı özü "Telegram" kanalında məlumat verib. "Kanada ən yaxın tərəfdaşlarımızdan biri olub və olaraq qalır. Kanada xalqının bütün dəstəyini və Ukraynaya kömək edən qərarlar
10.09.2026 207 Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru
Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını
10.09.2026 207 Kirayədə qaldığı evi qarət etdi
Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətindən -a bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 800 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl
10.09.2026 236