Ən uzun müddət taxtda qaldı, ilk evlənən sultan oldu, tələyə düşüb oğlunu öldürdü – Süleymanın "Möhtəşəm yüz ili" - VİDEO

Ən uzun müddət taxtda qaldı, ilk evlənən sultan oldu, tələyə düşüb oğlunu öldürdü – Süleymanın "Möhtəşəm yüz ili" - VİDEOI Süleyman adı ilə tanınan Qanuni Sultan Osmanlı İmperiyasının onuncu və ən uzun müddət taxtda qalan hökmdarı olub. O, ömrü boyu bacarıqlı bir hərbi sərkərdə, ədalətli idarəçi və ilahi bir missiyaya sahib hökmdar kimi qəbul edilib. Onun hakimiyyəti Macarıstandan İrana, Krımdan Şimali Afrikaya və Hind okeanına qədər geniş bir ərazini əhatə edirdi. Katolik Habsburqlar və Səfəvilərlə amansız rəqabətlərə girən Sultan Süleyman, çoxdilli və çoxdinli imperiyasına sülh və rifah vəd edən bir lider olub.

Osmanlı Sultanı Yavuz Səlimin oğlu, Krım xanı Məngli Gərayın qızı Ayşə Hafsə Sultanın övladı olan Süleyman 1494-cü ildə Trabzonda dünyaya gəlib. Uşaqlıqdan yaxşı təhsil alan Süleyman ərəb və fars dillərinə mükəmməl şəkildə bələd idi. "Muhibbi", "Məftuni" və "Acizi" təxəllüsləri ilə şeirlər yazan sultanın 2779 qəzəli günümüzə qədər gəlib çatıb.

Taxta çıxışı və hərbi fəthlər

Süleyman 1520-ci ilin payızında atasının vəfatından sonra Osmanlı taxtına çıxdı. Onun taxta çıxışına etiraz edə biləcək nə bir qardaşı, nə əmisi, nə də əmisioğlu olduğuna görə, hakimiyyətə gəlişi ilk baxışda asan görünürdü. Lakin bununla yanaşı, onun qarşısında mütləq həll edilməli olan mühüm çatışmazlıqlar da var idi. İdarəçi elitanın geniş təbəqələri onu tanımırdı, döyüş meydanında heç bir orduya komandanlıq etməmişdi və saray çevrəsində ona sadiq olan xüsusi bir dəstə də yox idi.

Süleymanın dövründə Osmanlı imperiyası tarixinin ən qüdrətli zirvəsinə çatdı. 46 il davam edən səltənəti ilə o, Osmanlı taxtında ən uzun müddət qalan sultandır.

Onun fəth marşı 1521-ci ildə Belqradın alınması ilə başlayaraq Rodos, Mohaç, Bağdad, Təbriz, Boğdan, Preveze, Macarıstan, Esterqon, Trablusqarp və Səfəvi torpaqlarının bir hissəsi ilə davam edib, nəhayət Zigetvar qalasının fəthi ilə tamamlanıb. Atası Yavuz Səlimin miras qoyduğu torpaqları Avropa, Asiya və Afrikadakı yeni ərazilərlə təxminən 2,5 dəfə genişləndirmişdi.

Sultan Süleyman Osmanlı tarixində ən parlaq hərbi və siyasi uğurlara imza atmış hökmdarlardan biri olsa da, onun hər səfəri zəfərlə başa çatmayıb. Bəzi hərbi yürüşləri ya tam nəticə verməyib, ya da uzunmüddətli siyasi sabitlik yaratmayıb.

Səfərdəki uğursuzluqlar və ailə daxilindəki münaqişələr nəticəsində 1536-cı il martın 15-də yaxın dostu Parqalı İbrahim Paşanı qəflətən sarayda edam etdirdi.

Şahzadə Mustafanın edamı

Qanuni Süleymanın həyatında mühüm dönüş nöqtələrindən biri böyük oğlu Mustafanın edam edilməsi oldu. Hürrəm Sultan və onun kürəkəni Rüstəm Paşanın qurduğu siyasi plan nəticəsində Süleymanın Mustafaya olan inamı sarsıldı. Nəhayət, 4 oktyabr 1553-cü ildə, Konya Ereğlisindəki çadıra atasının hüzuruna çıxmaq üçün daxil olan Mustafa, içəridə gözləyən 7 lal-kar cəllad tərəfindən boğularaq edam edildi. Bu faciəli hadisə təkcə bir şahzadənin ölümü deyil, həm də Osmanlı tarixində dərin iz buraxan siyasi bir dönüş nöqtəsi idi.

Sultan Süleymanın zaman keçdikcə bundan çox üzüldüyü və peşman olduğu istər Osmanlı, istərsə də Qərb mənbələrində açıq şəkildə ifadə edilir.

Sultan Süleymanın həyat yoldaşı Hürrəm Sultana olan dərin sevgisi, illər boyunca saysız-hesabsız film, serial və romanlara ilham mənbəyi olub. Hürrəm Sultan yalnız padşahın sevimli qadını və nikahlı arvadı deyil, həm də Osmanlı tarixində mühüm rola sahib bir şəxsiyyət kimi yadda qalıb. Həm də Osmanlı padşahı ilə rəsmi nikaha girən ilk qadın olaraq tarixə düşüb. Süleyman və Hürrəmin 6 övladı olub, onlardan 2-si erkən yaşda dünyasını dəyişib.

Sultan Süleyman 72 yaşında Macarıstana növbəti səfəri zamanı Zigetvar qalasının zəbt olunması ərəfəsində gecə qəflətən çadırında vəfat edib. Bəzi mənbələrdə Sultanın infarkt keçirdiyi qeyd olunub. Onun dizenteriyadan ölməsi haqqında məlumatlar da var. Onun ölümü 48 gün müddətində ordudan gizli saxlanılıb./Ölkə.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1630   Tarix: 05 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Antarktidada buz kütləsi gözlənilmədən atdı: Alimlər səbəbini açıqladı

Antarktida artıq uzun illərdir buz kütləsini itirir. Buzlaqlar okeana buz tökərək dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Lakin 2021-2023-cü illər arasında bu tendensiyada qeyri-adi və alimlərin fikrincə, müvəqqəti dönüş baş verib. 22 ay ərzində qitənin buz kütləsi təxminən 695 milyard ton artıb

10.09.2026 231
.

Qadın keçmiş sevgilisini qısqanıb evini və maşınını yandırdı

Rusiyada 33 yaşlı qadın keçmiş sevgilisinin avtomobilini və bağ evini yandırıb. xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı kişi polisə müraciət edərək naməlum şəxsin onun torpaq sahəsinə daxil olduğunu, "Niva" markalı avtomobilini və bağ evini yandırdığını deyib. Araşdırma zamanı hadisən

10.09.2026 263
.

Zelenski Karni ilə danışıqlar üçün Kanadaya səfər edib

Ukrayna lideri Vladimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya Kanadaya səfər ediblər. Bu barədə Ukrayna dövlət başçısı özü "Telegram" kanalında məlumat verib. "Kanada ən yaxın tərəfdaşlarımızdan biri olub və olaraq qalır. Kanada xalqının bütün dəstəyini və Ukraynaya kömək edən qərarlar

10.09.2026 211
.

2026-cı ilin avqustu dünyanın ən isti ayı oldu

Avqustda qlobal orta hava temperaturu əvvəlki illərdən normasından 1,65C yüksək olub. Bununla da Avropa 2003-cü ildə müəyyən edilmiş yay temperatur rekordunu qırıb. "Euronews"a istinadən xəbər verir ki, Avropa iqlim rəsədxanası olan Kopernik tərəfindən dərc edilən məlumatlara görə, avqust ə

10.09.2026 226
.

İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı

İmişlidə 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb. Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbirlər nəticəsind

10.09.2026 341
.

"BBC-nin gələcəyini müəyyən edəcək gizli proses": Britaniyanın əsas media qurumu hansı təhlükə ilə üz-üzədir?

Britaniyanın BBC telekanalının gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi proses başlayıb. The Guardian yazır ki, BBC-nin hazırkı Kral Xartiyasının müddəti 31 dekabr 2027-ci ildə başa çatır. Yeni xartiya qəbul edilməsə, BBC hüquqi şəxs kimi fəaliyyətini dayandıracaq. Bu halda qurum əməkdaşların

10.09.2026 213
.

"Aşk-ı Memnu"nun aktrisasında xərçəng aşkarlandı

Türkiyəli aktrisa Gülsen Tuncerin səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisanın xərçəngdən əziyyət çəkdiyi bildirilib. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə tanışdır

10:33 106
.

Kirayədə qaldığı evi qarət etdi

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətindən -a bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 800 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl

10.09.2026 240
.

İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini

10.09.2026 313
.