Azər Badamovun Moskva aeroportunda saxlanılmasına rəsmi Bakıdan REAKSİYA
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan Respublikası Milli Məclisinin üzvünün Rusiya Federasiyası ərazisinə buraxılmaması ilə bağlı yerli medianın sualına cavab verib.
Oxu.Az sualı və cavabı təqdim edir:
Sual: Məlumata əsasən, bu gün Rusiyanın Həştərxan şəhərinə səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibindəki Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Azər Badamov Moskva hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Onun Rusiyaya girişinə qadağa qoyulduğu və Rusiyadan Bakıya geri döndüyü bildirir. Bu məsələyə dair mövqeyinizi öyrənmək istərdik.
Cavab: Bəli, həqiqətən bu gün bu hadisə baş verib. Qeyd edək ki, Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub.
Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb.
Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.
Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik.
13:42
Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişimə qadağa qoyulduğu bildirilib. Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görə Rusiyaya girişinə qadağa qoyulduğu ehtimal edilir. Hazırda Azər Badamov təyyarədədir və geri qayıdır.
Çox güman ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyevə media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu qara siyahıya salıb. Son dövrlərdə Rusiyada diskriminasiya və rasizmə əsaslanan düşüncələrlə qərarların qəbul edilməsi tendensiyası güclənir. Bu xüsusda, MDB ölkələrinin vətandaşlarına münasibətdə atılan addımlar, Azərbaycana qarşı törədilmiş kiberhücumlar və sair digər hallar qeyd oluna bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1062 Tarix: 04 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKirayədə qaldığı evi qarət etdi
Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətindən -a bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 800 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl
10.09.2026 234 Harri İngiltərədə xoşbəxt deyil
Britaniya kral ailəsinin üzvü, şahzadə Harri ölkəsinə qayıtdıqdan sonra emosional vəziyyəti ilə bağlı yeni iddialar ortaya çıxıb. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kral ailəsi üzrə ekspert və şərhçi Şarlotta Qriffits Harri ilə bağlı diqqətçəkən açıqlamalar verib. Onun sözlərinə görə
10.09.2026 232 Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn
10.09.2026 225 "Barselona" bu mövsüm bütün oyunlarını 22:3 hesabı ilə qazanıb
İspaniya çempionu "Barselona" bu mövsüm bütün oyunlarında 22:3 hesabı ilə qalib gəlib. xəbər verir ki, Çempionlar Liqasının ilk turunda Hans-Diter Flikin komandası "Feyenoord"u 5:1 hesabı ilə darmadağın edib. Kataloniya klubu bundan əvvəl "Valensiya"nı (5:0), "Ray
10.09.2026 228 12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
İspaniyanın Qalisiya bölgəsində 12 evdən və təxminən 1,5 hektar torpaq sahəsindən ibarət tərk edilmiş kənd sıfır avroya satışa çıxarılıb. Əsas şərt yeni sahibin kəndin bərpasını öz üzərinə götürməsidir. xarici mediaya istinadən xəbər verir ki, kənd uzun illərdir əhalisinin azalması ilə üzləşən O-Ribeyr
10.09.2026 273 "Məkkə sazişi"nin ilk sınağı: Yəməndə hədəf husilər, əsas rəqib İran
Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar əldə edib. Bununla belə
10.09.2026 209 "Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind
10.09.2026 330 Heyvanların dünyanı insanlardan fərqli görməsinin SƏBƏBİ
İnsanın gördüyü dünya ətraf mühitin mümkün görüntülərindən yalnız biridir. Heyvanlarda görmə qabiliyyəti gözün quruluşundan və onun necə işləməsindən birbaşa asılıdır. Əksər heyvanlar rəngləri seçə bilsə də, həşəratların, balıqların, quşların və məməlilərin görmə mexanizmləri bir-birindən ciddi şəkild
10.09.2026 246 Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində
İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları
10.09.2026 233