Əbədiyaşar lider - Heydər Əliyev
Düz 102 il əvvəl may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev anadan olmuşdur. Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 40 ilə yaxın bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi onun adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi klassik və müasir mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu qüdrətli şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir.
Ümummilli Liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. "Azərbaycan mənim ürəyimdir, nəfəsimdir" – deyən Ulu Öndər millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: "Xalq mənim dayağım, gücüm və inamımdır". Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq.
Ulu Öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən nəsillərə keçərək yaşayacaqdır. Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək, zənginləşəcək, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır.
Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir.
Dahi rəhbər vaxtilə demişdir: "Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam". O, doğrudan da həmişə bizimlə olacaq, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalacaqdır. Onun ən böyük abidəsi isə xalqın qəlbindədir.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 759 Tarix: 04 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəişət münaqişəsi qanlı faciəyə çevrildi - 4 uşaq öldü
ABŞ-ın Montana ştatında məişət münaqişəsi nəticəsində səkkiz nəfər, o cümlədən dörd uşaq həyatını itirib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Polisin məlumatına görə, faciə Billings şəhərindəki evlərdən birində baş verib. Hüquq-mühafizə orqanlarına silahlı insident barədə məluma
10.09.2026 221 Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi
"Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək". "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxış
10.09.2026 222 Prezident Qaradağda açılışda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior
10.09.2026 255 İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA
Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini
10.09.2026 293 12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
İspaniyanın Qalisiya bölgəsində 12 evdən və təxminən 1,5 hektar torpaq sahəsindən ibarət tərk edilmiş kənd sıfır avroya satışa çıxarılıb. Əsas şərt yeni sahibin kəndin bərpasını öz üzərinə götürməsidir. xarici mediaya istinadən xəbər verir ki, kənd uzun illərdir əhalisinin azalması ilə üzləşən O-Ribeyr
10.09.2026 269 Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video
Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel
10.09.2026 377 Qadın keçmiş sevgilisini qısqanıb evini və maşınını yandırdı
Rusiyada 33 yaşlı qadın keçmiş sevgilisinin avtomobilini və bağ evini yandırıb. xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı kişi polisə müraciət edərək naməlum şəxsin onun torpaq sahəsinə daxil olduğunu, "Niva" markalı avtomobilini və bağ evini yandırdığını deyib. Araşdırma zamanı hadisən
10.09.2026 250 22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu
Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio
10.09.2026 240 Mark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA
NATO-nun baş katibi Mark Rutte Rusiyanın son dövrlərdə həyata keçirdiyi addımların Avropanın təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Rutte qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə yanaşı, Avropada kiberhücumlar və sabotaj cəhdləri də davam edir. Onun sözlərinə görə
10.09.2026 315