Tramp NATO ölkələrinə ultimatum verdi
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin müdafiə xərclərini artırmayacağı təqdirdə NATO-nun iyunda Haaqada keçiriləcək sammitində iştirak etməyəcəyi ilə hədələyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat verib.
Qeyd olunur ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Avropa ölkələrindən Brüsseldə demək olar hər görüşdə tələb edir ki, müdafiə xərclərini ÜDM-nin 5%-nə çatdırmağa razı olsunlar.
"Əvvəlcə almanlar amerikalıların xərclər barədə ciddi olmadığını, bunun sadəcə danışıqların taktikası olduğunu düşünürdülər. İndi onlar Uitakerin sözünü ciddiyə alırlar və digər NATO ölkələri pul məsələsində hərəkətə keçməyəcəkləri təqdirdə, Trampın iyun sammitində iştirak etməyəcəyinə inanırlar", - məqalədə qeyd olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 637 Tarix: 04 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTələbə vəfat etdi
Lənkəran Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 1-ci kursu bitirən Mirəkbər Muxtarov dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb
11:46 169 Balakəndə qəbiristanlığı sel basdı: İcra nümayəndəsi son vəziyyəti açıqladı
Balakən rayonunun İtitala kənd qəbiristanlığının sel suları altında qalmasının səbəbləri məlum olub. Kənd üzrə icra nümayəndəsi German Balayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü və uzunmüddətli yağışlardan sonra dağlardan gələn sel suları qəbiristanlığı da su altında qoyub:. "Dağlı
14:23 32 2000 il əvvəl mayalıların diş həkimləri olub, stomatoloji prosedurlar aparılıb
Tədqiqatçılar nefrit əlavəsi yerləşdirilmiş qədim azı dişinin müayinəsi zamanı mayalıların diş bəzəklərindən yalnız estetik məqsədlərlə deyil, müalicə məqsədilə də istifadə etdiyini müəyyən ediblər. Qaynarinfo xəbər verir ki, "National Geographic" nəşrinin məlumatına görə, arxeoloqlar onilliklə
09.07.2026 312 "Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?"
"O vaxt Azərbaycanın hər bölgəsi öz məhsulu ilə tanınırdı. Qubanın alması, Göyçayın "Gülöyşə" narı, Lənkəranın çayı, Gədəbəyin ağçiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Muğanın taxılı, Sabirabadın bostan məhsulları uzun illər aparılan seleksiya işlərinin, yerli genetik ehtiyatları
12:46 136 Pentaqonun keçmiş müşaviri: "Finlandiya ABŞ-ı Rusiya ilə münaqişəyə sürükləyir"
Pentaqonun keçmiş müşaviri Duqlas MakQreqor Finlandiya Prezidenti Aleksandr Stubbın nüvə silahları ilə bağlı mövqeyini sərt tənqid edib. xarici mediaya istinadən xəbər verir ki, MakQreqor YouTube kanalında yayımlanan çıxışında Finlandiya prezidentinin ABŞ qoşunlarını nüvə silahları ilə birlikdə ölkəsin
10:50 141 Qalileyin 400 il əvvəl gördüyü işıq nöqtəsi: Bu gün həyat axtarışının əsas ünvanıdır
İtaliyalı astronom Qalileo Qalileyin 1610-cu ildə ilk dəfə müşahidə etdiyi Yupiterin peyki Avropa bu gün Yer kürəsindən kənarda həyat axtarışı üçün ən perspektivli obyektlərdən biri hesab olunur. Qaynarinfo xəbər verir ki, NASA-nın məlumatına görə, bu səma cisminin kilometrlərlə qalın buz təbəqəsini
09.07.2026 255 Britaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək
Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək
09.07.2026 246 İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatının silah anbarlarını aşkar edib
İsrail ordusu cümə günü bildirib ki, Livanın cənubundakı Təhlükəsizlik Zonasında son əməliyyatlar zamanı Hizbullah terror təşkilatına məxsus bir sıra silah obyektləri aşkar edilib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, anbarda çoxsaylı buraxılış qurğuları, pulemyotlar, partlayıcı qurğular
11:48 129 NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib
NATO Baltikyanı ölkələrin hava məkanının təhlükəsizliyini 20 ildən artıq müddətdə təmin edən" Baltic Air Policing" missiyasının formatını dəyişərək ona hava müdafiəsi statusu verib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar barədə Ankarada keçirilən NATO sammitində Litv
09.07.2026 256