Ermənistan Jurnalistlər Birliyinin rəhbəri: Ölkədə müstəqil mediaya təzyiqlər artır
Ermənistanda müstəqil mediaya təzyiqlər artır.
"Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Jurnalistlər Birliyinin rəhbəri Satik Seyranyan mayın 3-də qeyd olunan Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş şərhində deyib.
O, "ağ əlcəkli" adlandırdığı media mühitinin nümayəndələrini kəskin tənqid edib. S.Seyranyanın sözlərinə görə, bu insanlar ictimai şəkildə etika və söz azadlığını müzakirə edir, eyni zamanda, özləri də hakimiyyətlə sıx bağlıdırlar və maliyyə mənbələrini açıqlamırlar. O qeyd edib ki, USAİD-in dəstəyi dayandırıldıqdan sonra ilk olaraq həmin jurnalistlər narahatlığını ifadə ediblər.
Təşkilat rəhbərinin sözlərinə görə, seçkilər ərəfəsində ölkədəki vəziyyət jurnalistlərdən xüsusilə diqqətli olmağı tələb edir, çünki hakimiyyət təzyiqləri daha da artacaq: "Xaricdən maliyyələşmənin azalması fonunda hakimiyyət özəl medianı dəstəkləmək üçün öz fondunu yaratmağa, bununla da informasiya sahəsinə nəzarəti gücləndirməyə başlayıb".
O, həmkarlarını təzyiqlərdən qorxmamağa, açıq fəaliyyət göstərməyə və hüquqlarını təkbaşına müdafiə etməli olacaqlarına hazır olmağa çağırıb.
S.Seyranyan Ermənistanın mətbuat azadlığı baxımından mövqeyini yaxşılaşdırdığı iddia edilən beynəlxalq reytinqlərin məlumatlarını da şübhə altına alıb: "Sərhədsiz Reportyorlar" kimi təşkilatlara kimin hansı məlumatları təqdim etdiyini anlamaq vacibdir. Bizim təcrübəmiz və Avropa strukturları ilə qarşılıqlı əlaqəmiz bunun əksini göstərir", - o vurğulayıb. S.Seyranyan xatırladıb ki, Jurnalistlər Birliyi mətbuat işçilərinin hüquqlarının pozulması ilə bağlı dəfələrlə bəyanatlar verib və bu müraciətlər beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənib.
Onun sözlərinə görə, ölkədə uzun illərdir kənardan maliyyələşən və faktiki olaraq hakimiyyətin maraqlarına xidmət edən KİV var. Məhz bu KİV təzyiq, senzura və fiziki zorakılıq faktlarına məhəl qoymadan beynəlxalq hesabatlarda əlverişli imic yaradırlar.
S.Seyranyan xatırladıb ki, jurnalist ictimaiyyətinin ixtiyarında çoxsaylı videosübutlar parlamentin sədri Alen Simonyanın göstərişi ilə Ermənistan parlamentində qadın jurnalistə hücum, eləcə də hökumətyönlü deputatların media nümayəndələri ilə mütəmadi olaraq kobud rəftarına dair videosübutlar var: "Lakin beynəlxalq qiymətləndirmələr çox vaxt baş verənlərə görə günahı jurnalistlərin üzərinə qoyur. "Təzyiqlər, təhdidlər, təhqirlər şəraitində söz azadlığının artırılmasından doğrudanmı danışmaq olar?".
O, sonda bildirib ki, ölkədə işlək iqtisadiyyat və real bazar olmayana qədər, medianın real azadlığından danışmağın mənası yoxdur: "Hazırkı hakimiyyət media məkanını asılı strukturlar və "rahat" kanallar vasitəsilə idarə etməyi yaxşı bilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 526 Tarix: 04 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10.09.2026 228 Mark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA
NATO-nun baş katibi Mark Rutte Rusiyanın son dövrlərdə həyata keçirdiyi addımların Avropanın təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Rutte qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə yanaşı, Avropada kiberhücumlar və sabotaj cəhdləri də davam edir. Onun sözlərinə görə
10.09.2026 315 İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA
Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini
10.09.2026 293 12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
İspaniyanın Qalisiya bölgəsində 12 evdən və təxminən 1,5 hektar torpaq sahəsindən ibarət tərk edilmiş kənd sıfır avroya satışa çıxarılıb. Əsas şərt yeni sahibin kəndin bərpasını öz üzərinə götürməsidir. xarici mediaya istinadən xəbər verir ki, kənd uzun illərdir əhalisinin azalması ilə üzləşən O-Ribeyr
10.09.2026 269 Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi
10.09.2026 200 Antarktidada buz kütləsi gözlənilmədən atdı: Alimlər səbəbini açıqladı
Antarktida artıq uzun illərdir buz kütləsini itirir. Buzlaqlar okeana buz tökərək dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Lakin 2021-2023-cü illər arasında bu tendensiyada qeyri-adi və alimlərin fikrincə, müvəqqəti dönüş baş verib. 22 ay ərzində qitənin buz kütləsi təxminən 695 milyard ton artıb
10.09.2026 218 Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
10.09.2026 240 Haqqında çəkilən sənədli filmi belə TƏNQİD ETDİ
Venesiya Kino Festivalında rejissor Aleks Gibninin İlon Maskdan bəhs edən dörd saatlıq "Mask" adlı sənədli filminin premyerası baş tutub və dörd dəqiqəlik ayaqüstə alqışlanıb. Xatırladaq ki, film milyarderin siyasi transformasiyası, kosmik və avtomobil layihələri, eləcə də şəxsi həyatı kim
10.09.2026 228 Prezident Qaradağda açılışda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabrior
10.09.2026 255