Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çevrilib.
BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Pənahovların gəlini ərinin onu hədələdiyini və boşanma prosesinə əngəllər yaratdığını bildirib.
H.Pənahovanın boşanma tələbinə dair iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhəmməd Pənahov özü prosesdə iştirak etməyib, onu vəkili təmsil edib. Müdafiəçi müvəkkilinin boşanmaq istəmədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini istəyib.
Cavabdehin narazı olmasına baxmayaraq məhkəmə tərəflər arasındakı nikahın pozulmasına qərar verib.
Tərəflər arasında başqa bir çəkişmə ondan ibarətdir ki, Məhəmməd Pənahov boşanmağa razı olmamaqla yanaşı həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və bahalı geyimlərini (bahalı kürklər və sair) də qaytarmır. 300 min manatdan çox qiyməti olan həmin əşyaların çoxu gəlinə birgə nikah dövründə bağışlanıb. Bəzilərini isə o, nikahdan əvvəl şəxsi vəsaiti hesabına alıb. Məsələ hələ də həllini tapmadığı üçün qadın yenidən məhkəməyə üz tutacaq.
Məhəmməd Pənahov isə vəkili vasitəsilə nikahın pozulması qərarından apellyasiya şikayəti verib. Hələ ki, bu şikayət üzrə yekun qərar elan edilməyib.
Qeyd edək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb. H. Pənahova iddia edir ki, əri sonradan içki aludəçisinə çevrilib. Şiddətə məruz qaldığı insidentlərdən biri zamanı bətnindəki övladını itirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1149 Tarix: 03 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNetanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ
12:39 223 Mənzillərin qiyməti ucuzlaşır
Çində daşınmaz əmlaka investisiyaların azalması fonunda mənzillərin qiyməti ucuzlaşıb. Bunu xarici mediaya istinadən bildirib. Çin Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə əsasən, oktyabr ayında ölkənin iri və orta ölçülü 70 şəhərinin əksəriyyətində yeni və ikinci əl mənzilləri
12:37 217 Paşinyan Ermənistanın 20 ildən sonrakı hədəfini açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin gələcəyi ilə bağlı iddialı hədəf açıqlayıb. xəbər verir ki, RİA Novostinin məlumatına görə, Paşinyan bu barədə Dublin Beynəlxalq və Avropa İşləri İnstitutunda çıxışı zamanı danışıb. Baş nazir 20 ildən sonra Ermənistanı Avropa İttifaqının üzvü kimi görmə
10:14 188 Üç ölkə arasında nüvə sazişinin əldə olunması gözlənilmir
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək üçtərəfli görüşdən sonra nüvə silahları ilə bağlı sazişin əldə olunması ehtimalı olduqca aşağı qiymətləndirilir. xəbər verir ki, bu barədə IMEMO RAS-ın Beynəlxalq Təhlükəsizlik Mərkəzinin elm
10:42 186 Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi
Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak
14:42 216 Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq üçüncü ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsind
10:53 179 YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır
Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü
12:49 187 10° şaxta olacaq
Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:01 222 Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas
15:04 200