İş adamından 5 dövlət rəhbərinə layihə müraciəti: "Qara dəniz ilə Xəzər dənizini birləşdirək"
Xəzər dənizinin su səviyyəsinin azalmasının həlli üzrə təşəbbüs irəli sürülüb.
Yenicag.az xəbər verir ki, təşəbbüsün müəllifi Əməkdar mühəndis, iş adamı Musa Süleymanovdur.
O, ADOG şirkəti və Zirə Beynəlxalq Limanı adından Xəzəryanı dövlətlərin rəhbərlərinə müraciət edib.
Müraciətdə deyilir:
"Hörmətli cənablar,
Azərbaycan və Xəzəryanı regionun tikinti və dəniz logistikası sektorlarında fəal iştirak edən ADOG şirkəti və Zirə Beynəlxalq Limanı adından sizə dərin hörmətimi bildirirəm.
Xəzər dənizinin su səviyyəsinin azalması artıq geri dönməz bir prosesə çevrilməkdədir və bu vəziyyət sahilyanı dövlətlərin iqtisadiyyatı, ekosistemi və təhlükəsizliyi üçün ciddi risklər yaradır. Problemin vacibliyini nəzərə alaraq, biz dənizin su balansının sabitləşdirilməsi məqsədilə konseptual təşəbbüsümüzü təqdim edirik.
Təklifimizin əsas məğzi:
– Qara dəniz (Gürcüstan və ya Rusiya sahili) ilə Xəzər dənizini birləşdirən böyük diametrli (10 metr) yeraltı tunelin tikilməsi.
– Qara dəniz səviyyəsinin Xəzərdən yüksək olmasından istifadə edilərək, suyun təbii qravitasiya üsulu ilə Xəzərə axıdılması (nasossuz).Ekoloji dayanıqlığın və biomüxtəlifliyin qorunması üçün layihənin bütün mərhələlərində müvafiq tədbirlərin görülməsi və monitorinq aparılması.
ADOG şirkəti bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün lazımi resursları səfərbər etməyə hazırdır.
Layihənin strateji əhəmiyyətini nəzərə alaraq, bu təşəbbüsün dövlət səviyyəsində nəzərdən keçirilməsini və səlahiyyətli dövlət orqanlarının ilkin məsləhətləşmələrə cəlb olunması üçün göstəriş verilməsini xahiş edirik. Sizin dəstəyiniz bu təşəbbüsün uğuru üçün həlledici olacaqdır.
Diqqətinizə görə təşəkkür edir, birgə əməkdaşlığa ümid edirik.
Hörmətlə, Musa Süleymanov,
Əməkdar mühəndis
ADOG şirkətinin və Zirə Beynəlxalq Limanının rəhbəri"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1059 Tarix: 01 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAtasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
10.09.2026 336 Mark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA
NATO-nun baş katibi Mark Rutte Rusiyanın son dövrlərdə həyata keçirdiyi addımların Avropanın təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Rutte qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə yanaşı, Avropada kiberhücumlar və sabotaj cəhdləri də davam edir. Onun sözlərinə görə
10.09.2026 254 Rusiya qüvvələri Kiyevdəki yanacaqdoldurma məntəqəsinə hücum edib, dörd nəfər yaralanıb
Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq yanacaqdoldurma məntəqəsinə hücum edərək dörd nəfəri yaralayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə mer Vitali Kliçko və "Ukrnafta" neft şirkəti cümə axşamı bildirib. Fövqəladə Hallar Xidmətinin verdiyi məlumat
10.09.2026 200 Zelenski Karni ilə danışıqlar üçün Kanadaya səfər edib
Ukrayna lideri Vladimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya Kanadaya səfər ediblər. Bu barədə Ukrayna dövlət başçısı özü "Telegram" kanalında məlumat verib. "Kanada ən yaxın tərəfdaşlarımızdan biri olub və olaraq qalır. Kanada xalqının bütün dəstəyini və Ukraynaya kömək edən qərarlar
10.09.2026 135 Haqqında çəkilən sənədli filmi belə TƏNQİD ETDİ
Venesiya Kino Festivalında rejissor Aleks Gibninin İlon Maskdan bəhs edən dörd saatlıq "Mask" adlı sənədli filminin premyerası baş tutub və dörd dəqiqəlik ayaqüstə alqışlanıb. Xatırladaq ki, film milyarderin siyasi transformasiyası, kosmik və avtomobil layihələri, eləcə də şəxsi həyatı kim
10.09.2026 145 "Barselona" bu mövsüm bütün oyunlarını 22:3 hesabı ilə qazanıb
İspaniya çempionu "Barselona" bu mövsüm bütün oyunlarında 22:3 hesabı ilə qalib gəlib. xəbər verir ki, Çempionlar Liqasının ilk turunda Hans-Diter Flikin komandası "Feyenoord"u 5:1 hesabı ilə darmadağın edib. Kataloniya klubu bundan əvvəl "Valensiya"nı (5:0), "Ray
10.09.2026 178 Putin Hindistana gedir
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək Hindistanda işgüzar səfərdə olacaq. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib. Məlumata görə, Putin sentyabrın 12-dən 13-dək Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcə
10.09.2026 192 Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi
Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə
10.09.2026 419 Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn
10.09.2026 205