Təhsil ocaqları təhlükədə: Valideynlər uşaq oğurluğundan narahatdır

Təhsil ocaqları təhlükədə: Valideynlər uşaq oğurluğundan narahatdırMəktəblərdə uşaq oğurluğu ilə bağlı xəbərlərin yayılması cəmiyyətin, xüsusilə valideynlərin ciddi təşviş keçirməsinə səbəb olur və bu təşviş, təkcə cinayət riskindən yox, həm də məktəblərin təhlükəsizlik infrastrukturunun zəifliyindən qaynaqlanır. Təəssüf ki, Azərbaycanda ümumtəhsil müəssisələrinin əksəriyyəti təhlükəsizlik baxımından müasir tələblərə cavab vermir. Bu sahədə problemlər sistemli və struktur xarakter daşıyır.

Mövzu ilə bağlı BİG-AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, statistikaya əsaslansaq, ölkə üzrə fəaliyyət göstərən 4400-dən çox məktəbin cəmi 12 faizində mühafizə sistemi müasir standartlara uyğun şəkildə qurulub. Qalan məktəblərdə isə giriş-çıxış nəzarəti ya ümumiyyətlə mövcud deyil, ya da formal həyata keçirilir. Bir çox məktəbdə turniket sistemi, müşahidə kameraları, təhlükəsizlik əməkdaşları yoxdur. Mövcud kameraların da bir hissəsi sadəcə görüntü toplayır, lakin real vaxtda nəzarət və cavab mexanizmi təmin olunmur. Bəzi rayon məktəblərində təhlükəsizlik tamamilə məktəb direktorunun şəxsi təşəbbüsünə buraxılıb və heç bir institusional tənzimləmə yoxdur:

Təhsil ocaqları təhlükədə: Valideynlər uşaq oğurluğundan narahatdır"Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 13-cü maddəsində qeyd olunur ki, dövlət uşaqların həyat və sağlamlığını qorumaqla bağlı bütün zəruri tədbirləri həyata keçirməlidir. Lakin bu norma faktiki icra ilə uyğun gəlmir. Elm və Təhsil Nazirliyi məktəblərin təhlükəsizliyinə nəzarət edən müstəqil bir struktur formalaşdırmayıb. Təhlükəsizlik xidmətləri isə çox zaman ya məktəbin öz daxili büdcəsindən maliyyələşir, ya da ümumiyyətlə yoxdur. Bu, xüsusən Bakı və Gəncə kimi iri şəhərlərdə yerləşən məktəblərdə daha kəskin müşahidə olunur. 2023-cü ildə Bakı şəhəri üzrə aparılmış monitorinqlərdə məlum olmuşdu ki, məktəblərin yalnız 8 faizində təhlükəsizlik işçiləri tam ştatla fəaliyyət göstərir.

Dünya təcrübəsi göstərir ki, məktəblərdə təhlükəsizlik yalnız fiziki baryerlərlə deyil, eyni zamanda texnoloji və institusional yanaşmalarla təmin edilir. Məsələn, Finlandiyada hər bir məktəbə giriş yalnız biometrik sistemlərlə və elektron icazə ilə mümkündür. Yaponiyada uşaqların hərəkət marşrutu GPS sistemləri ilə izlənilir, ABŞ-da məktəblərdə "school resource officer" (məktəbə təhkim edilmiş polis) mexanizmi mövcuddur. Hətta Gürcüstanda belə, son illər məktəblərə giriş-çıxış yalnız valideyn kodu və ya rəsmi şəxslərin razılığı ilə mümkün olur. Azərbaycan isə bu sahədə regionun ən geri qalan ölkələrindən biridir.

Məktəblərdə uşaq oğurluğu ilə bağlı xəbərlər bəzən əsassız olsa da, onların yayılması cəmiyyətdə təhlükə hissini gücləndirir və bu, idarəetməyə inamı zədələyir. Valideynlər övladlarının məktəbdə təhlükəsizliyinə tam əmin olmadıqları üçün məktəbə buraxılış proseslərində aktiv nəzarət həyata keçirməyə başlayır, bu isə təhsilin mühiti və idarəetməsində xaosa səbəb olur. Məsələn, məktəb qarşısında toplaşan valideyn izdihamı, müəllimlərin girişdə əlavə yoxlamalar aparması, məktəb rəhbərliyinin gün ərzində valideynlərlə gərgin ünsiyyətdə olması tədris prosesinə mənfi təsir göstərir".
Təhsil ocaqları təhlükədə: Valideynlər uşaq oğurluğundan narahatdırEkspert onu da vurğuladı ki, Azərbaycan məktəblərində təhlükəsizliklə bağlı dəyişməli olan ilk məsələ məsuliyyətin kimin üzərində olmasıdır. Təhlükəsizlik məktəb direktorunun səlahiyyətinə buraxılmamalı, bu məsələ üzrə vahid normativ sənəd və büdcə ilə fəaliyyət göstərən strukturlar yaradılmalıdır. Hər bir məktəbdə təhlükəsizlik üzrə müstəqil ixtisaslı personal olmalı, müşahidə sistemləri mərkəzləşdirilmiş şəkildə izlənilməlidir. Eyni zamanda məktəbə giriş icazələri texnoloji olaraq tənzimlənməli və valideynlərə uşağın məktəbdəki statusu barədə real vaxtda məlumat verilməlidir:

"Əgər bu sahədə ciddi tədbirlər görülməzsə, məktəblər yalnız təhsil müəssisəsi deyil, eyni zamanda təhlükə mənbəyinə çevriləcək. Təhlükəsizlik hissi olmayan yerdə nə tədris, nə pedaqoji inkişaf, nə də sosial etimad mümkündür. Məktəblər bu gün təkcə dərs deyil, həm də həyatın qorunduğu, uşaqların rahat nəfəs aldığı yerə çevrilməlidir. Əks halda, valideynlərin təşvişi reallığa çevrilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2625   Tarix: 01 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

10.09.2026 336
.

Mark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA

NATO-nun baş katibi Mark Rutte Rusiyanın son dövrlərdə həyata keçirdiyi addımların Avropanın təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Rutte qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə yanaşı, Avropada kiberhücumlar və sabotaj cəhdləri də davam edir. Onun sözlərinə görə

10.09.2026 254
.

Rusiya qüvvələri Kiyevdəki yanacaqdoldurma məntəqəsinə hücum edib, dörd nəfər yaralanıb

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq yanacaqdoldurma məntəqəsinə hücum edərək dörd nəfəri yaralayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə mer Vitali Kliçko və "Ukrnafta" neft şirkəti cümə axşamı bildirib. Fövqəladə Hallar Xidmətinin verdiyi məlumat

10.09.2026 200
.

Zelenski Karni ilə danışıqlar üçün Kanadaya səfər edib

Ukrayna lideri Vladimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya Kanadaya səfər ediblər. Bu barədə Ukrayna dövlət başçısı özü "Telegram" kanalında məlumat verib. "Kanada ən yaxın tərəfdaşlarımızdan biri olub və olaraq qalır. Kanada xalqının bütün dəstəyini və Ukraynaya kömək edən qərarlar

10.09.2026 135
.

Haqqında çəkilən sənədli filmi belə TƏNQİD ETDİ

Venesiya Kino Festivalında rejissor Aleks Gibninin İlon Maskdan bəhs edən dörd saatlıq "Mask" adlı sənədli filminin premyerası baş tutub və dörd dəqiqəlik ayaqüstə alqışlanıb. Xatırladaq ki, film milyarderin siyasi transformasiyası, kosmik və avtomobil layihələri, eləcə də şəxsi həyatı kim

10.09.2026 145
.

"Barselona" bu mövsüm bütün oyunlarını 22:3 hesabı ilə qazanıb

İspaniya çempionu "Barselona" bu mövsüm bütün oyunlarında 22:3 hesabı ilə qalib gəlib. xəbər verir ki, Çempionlar Liqasının ilk turunda Hans-Diter Flikin komandası "Feyenoord"u 5:1 hesabı ilə darmadağın edib. Kataloniya klubu bundan əvvəl "Valensiya"nı (5:0), "Ray

10.09.2026 178
.

Putin Hindistana gedir

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək Hindistanda işgüzar səfərdə olacaq. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib. Məlumata görə, Putin sentyabrın 12-dən 13-dək Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcə

10.09.2026 192
.

Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə

10.09.2026 419
.

Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn

10.09.2026 205
.