Bu da məşhur restoranın mətbəxi... - Kütləvi zəhərlənmə buna görə olub
"Venesiya" şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib.
AQTA-dan BiG.AZ-a bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra agentliyin müfəttişləri hadisə yerində olub.
Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib. Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb.
Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib. Yoxlama çərçivəsində istehlaka təqdim edilmiş digər qidalardan və qida ilə təmasda olan səthlər, avadanlıqlar və işçi heyətin əllərindən yaxma nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, "Venesiya" şadlıq sarayının qidaların hazırlandığı üçüncü mərtəbədə yerləşən mətbəx sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Qeydə alınmış nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Faktla bağlı toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.
Qeyd edək ki, "Qafqazinfo"da bu gün restoranlarda xoşagəlməz durumla bağlı yazı gedib. Həmin materialda "Venesiya"nın adı qeyd olunub və zəhərlənmə hadisəsi baş verməsinə baxmayaraq, səhəri gün digər məclisin keçirilməsi qınanılıb. Nəhayət bu gün - kütləvi zəhərlənmədən 11 gün sonra şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı.





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1213 Tarix: 30 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMark Ruttenin Rusiya mesajı: Avropa yeni təhlükə ilə üz-üzədir - POLİTOLOQDAN AÇIQLAMA
NATO-nun baş katibi Mark Rutte Rusiyanın son dövrlərdə həyata keçirdiyi addımların Avropanın təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərdiyini bildirib. Rutte qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə yanaşı, Avropada kiberhücumlar və sabotaj cəhdləri də davam edir. Onun sözlərinə görə
10.09.2026 254 Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
10.09.2026 230 Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn
10.09.2026 205 Zelenski Karni ilə danışıqlar üçün Kanadaya səfər edib
Ukrayna lideri Vladimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya Kanadaya səfər ediblər. Bu barədə Ukrayna dövlət başçısı özü "Telegram" kanalında məlumat verib. "Kanada ən yaxın tərəfdaşlarımızdan biri olub və olaraq qalır. Kanada xalqının bütün dəstəyini və Ukraynaya kömək edən qərarlar
10.09.2026 135 Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru
Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını
10.09.2026 196 Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
10.09.2026 188 "Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind
10.09.2026 206 12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
İspaniyanın Qalisiya bölgəsində 12 evdən və təxminən 1,5 hektar torpaq sahəsindən ibarət tərk edilmiş kənd sıfır avroya satışa çıxarılıb. Əsas şərt yeni sahibin kəndin bərpasını öz üzərinə götürməsidir. xarici mediaya istinadən xəbər verir ki, kənd uzun illərdir əhalisinin azalması ilə üzləşən O-Ribeyr
10.09.2026 201 Rusiya qüvvələri Kiyevdəki yanacaqdoldurma məntəqəsinə hücum edib, dörd nəfər yaralanıb
Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq yanacaqdoldurma məntəqəsinə hücum edərək dörd nəfəri yaralayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə mer Vitali Kliçko və "Ukrnafta" neft şirkəti cümə axşamı bildirib. Fövqəladə Hallar Xidmətinin verdiyi məlumat
10.09.2026 200