Pakistan və Hindistan arasında müharibə təhlükəsi Azərbaycana necə təsir edə bilər?

Pakistan və Hindistan arasında müharibə təhlükəsi Azərbaycana necə təsir edə bilər?Pakistan müdafiə naziri Xavaca Məhəmməd bildirib ki 2-3 günə Pakistan Hindistan müharibəsi ola bilər.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, tərəflər arasında hərbi əməliyyatlar regional və qlobal gərginliyin güclənməsinə səbəb olmaqla yanaşı,dünya enerji bazarlarında neftin və qazın qiymətlərinin hədsiz dərəcədə artmasına gətirib çıxaracaq. Bu isə enerji idxalından asılı olan dövlətlərin,o cümlədən münaqişə tərəflərinin iqtisadiiyyatına təsir göstərməklə bu ölkələrdə inflyasiyanın yüksəlişinə,yerli valyutaların alıcılıq qabiliyyətinin aşağı düşməsinə,Hindistan və Pakistanın daxilində etnik və dini zəmində qarşıdurmanın güclənməsinə səbəb olacaq:

"Pakistan və Hindistan arasında münasibətlərdəki gərginliyin daha yüksək və fərqli fazaya keçmə ehtimalı böyükdür. Əgər hər iki tərəf münasibətlərin gərginləşməsi istiqamətində addımlar atmaqdan çəkinməsələr, müharibə labud olacaq. Bu isə dərhal regional və beynəlxalq təhlükəsizlik problemlərinin kəskinləşməsinə, o cümlədən qlobal güclərin müharibəyə cəlb edilməsinə səbəb ola bilər.Hindistanın istər BRİKS,istərsə də Qərbdə bəlli dairələr tərəfindən dəstək alacağı birmənalıdır. Bu, onun demoqrafik resursları,iqtisadi potensialı,nəhayət hərbi gücü Hindistanın xeyrinə işləyəcək faktorlar sırasına aid edilir.Pakistan demoqrafik resursları,habelə hərbi gücünə görə Hindistan qədər böyuk imkanlara malik deyil,lakin o da Hindistan kimi nüvə dövlətidir. Bundan əlavə, Türkiyə İslam Əməkdaşlıq Təşkilatına daxil olan dövlətlərin simasında müttəfiqlərə malikdir.
Azərbaycan və Pakistan arasında münasibətlər strateji əməkdaşlıq müstəvisindədir.Turkiyə ilə yanaşı bu ölkə bizə qardaş dövlərlərdən hesab edilir.Hindistanla müqayisədə Pakistan bir qayda olaraq Qarabağ probleminin Azərbaycanın ərazi butövlüyü çərçivəsində həllini müdafiə edib. Demək olar ki, bütün mötəbər,beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyib. Ümumiyyətlə bu ölkə ilə regional və qlobal təhlükəsizlik problemlərinin həllinə baxışlarımız çox oxşardır.
Hindistana gəlincə, bu ölkə ilə ticari münasibətlərin dövriyyəsinin kifayər qədər yüksək olmasına baxmayaraq,bizim Kəşmir problemimin həllinə münasibətimiz onu Ermənistanla yaxınlaşdırıb.Nəticə etibarı ilə Ermənistan ordusunun təchizatında Hindistan 43%lik göstərici ilə birinci yerdədir.
Tərəflər arasında hərbi əməliyyatlar regional və qlobal gərginliyin güclənməsinə səbəb olmaqla yanaşı,dünya enerji bazarlarında neftin və qazın qiymətlərinin hədsiz dərəcədə artmasına gətirib çıxaracaq. Bu isə enerji idxalından asılı olan dövlətlərin,o cümlədən münaqişə tərəflərinin iqtisadiiyyatına təsir göstərməklə bu ölkələrdə inflyasiyanın yüksəlişinə,yerli valyutaların alıcılıq qabiliyyətinin aşağı düşməsinə,Hindistan və Pakistanın daxilində etnik və dini zəmində qarşıdurmanın güclənməsinə səbəb olacaq.
Dünya bazarlarında enerji tariflərinim qiymətinin qalxması Azərbaycanın xeyrinə olsa da,bu ölkələrdəki dini dözümsüzlük və sosial gərginlik beynəlxalq terror şəbəkəsinin xeyrinə olacaq. Təmsil olunduğumuz region isə bir qayda olaraq terrordan əziyyət çəkib,beynəlxalq terror şəbəkəsinin Cənubi Qafqaza müdaxiləsi isə regional təhlükəsizlik problemlərinin hələ də həllini tapmadığı bu bölgəni terrorun ağuşuna sürükləyə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1758   Tarix: 30 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kirayədə qaldığı evi qarət etdi

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətindən -a bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 800 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl

10.09.2026 169
.

Qızıl və gümüşün bu günə olan qiyməti açıqlandı

Qızıl və gümüşün bu günə olan qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 10 sentyabr 2026-cı il tarixinə qızılın 1 unsiyasının qiyməti 7448,7965 manat, 1 qramının qiyməti isə 239,48 manat təşkil edib. 99 əyyar təmiz qızılın 1 qramı 239,48 manat, 750 əyyar İtalyan qızılının 1 qramı 179,7

10.09.2026 162
.

"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi dözmədi, partladı"

Aparıcı Elgiz Əkbər mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin ölümündən iki gün əvvəl onunla görüşüb söhbət etdiyini bildirib. Elgiz Əkbər C.Məmmədovun həmin vaxt rənginin qaraldığını deyib. "Cavanşir Məmmədovun ürəyi partladı

10.09.2026 292
.

Ərzaqlar niyə əvvəlkindən daha tez xarab olur? - Mütəxəssisdən AÇIQLAMA

"Ərzaqların əvvəlkindən daha tez xarab olması ilə bağlı müşahidələr həqiqətən geniş yayılıb. Lakin bunu ümumi şəkildə "qidaların keyfiyyəti pisləşib" kimi izah etmək düzgün olmaz. Burada bir neçə amil rol oynaya bilər". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib

10.09.2026 201
.

KFC-də müştəriyə bayat kartofu isidib verdilər - Foto

KFC restoranlar şəbəkəsinin "Crescent Mall"dakı filialında müştəriyə köhnə və bayat kartof verilib. xəbər verir ki, jurnalist Arifə Əliyeva KFC restoranlar şəbəkəsinin "Crescent Mall"dakı filialında müştəriyə köhnə və bayat kartof verilməsindən şikayətlənib. O, bununla bağlı sosia

10.09.2026 181
.

"Porsche" "Bugatti"ni 1 milyard avroya satdı

"Volkswagen Group"a daxil olan Almaniyanın lüks avtomobil markası "Porsche" "Bugatti" və "Rimac" şirkətlərindəki paylarının satışını tamamlayıb. Qaynarinfo xəbər verir ki, "Porsche" "Bugatti" markasına nəzarət edən şirkətdəki 45 faizlik, Xorvatiyanı

10.09.2026 118
.

İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini

10.09.2026 225
.

2026-cı ilin avqustu dünyanın ən isti ayı oldu

Avqustda qlobal orta hava temperaturu əvvəlki illərdən normasından 1,65C yüksək olub. Bununla da Avropa 2003-cü ildə müəyyən edilmiş yay temperatur rekordunu qırıb. "Euronews"a istinadən xəbər verir ki, Avropa iqlim rəsədxanası olan Kopernik tərəfindən dərc edilən məlumatlara görə, avqust ə

10.09.2026 129
.

22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu

Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio

10.09.2026 185
.