"Bu sərəncam peşəkar jurnalistikaya xidmət edən şəxslərin əməyininin qiymətləndirilməsinə kömək edəcək" - Əli Vəliyev
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam, həm keçmişin dəyərləndirilməsi, həm də jurnalistikanın gələcək inkişafına yönələn mühüm bir addımdır. Sərəncama əsasən, Azərbaycan Prezidentinin Administrasiyasına, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birgə yubiley tədbirlərinin hazırlanması və həyata keçirilməsi tapşırılıb.
Azərbaycan mətbuatının təməli 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə qoyulduğu gündən yalnız informasiya vasitəsi deyil, həm də maarifçilik hərəkatının mərkəzinə çevrildi. "Əkinçi"dən başlanan bu yol, sonrakı illərdə "Ziya", "Kaspi", "Molla Nəsrəddin" kimi qəzet və jurnallarla davam edərək cəmiyyətin sosial və mədəni həyatında dönüş nöqtələri yaratdı.
Ulu Öndərin hakimiyyətə gəlməsi ilə jurnalistikada yeni bir dövr başladı. Senzuranın ləğvi, özəl media qurumlarının yaranması və informasiya məkanının genişlənməsi söz və fikir azadlığına şərait yaratdı. Müstəqil qəzetlər, televiziya kanalları və daha sonra internet mediası yaranaraq cəmiyyətin informasiya tələbatını qarşılamağa başladı.
Bu gün Azərbaycan jurnalistikası özünün ən böyük dönüş nöqtələrindən birini yaşayır. Sosial media platformaları, onlayn xəbər portalları və mobil jurnalistika informasiya istehsalı və yayımında yeni meyarlar formalaşdırır. Bu çağırışlara cavab olaraq Azərbaycan jurnalistləri də texnoloji imkanlardan istifadə etməyə, peşəkarlıq səviyyəsini artırmağa və etik normalara daha sıx bağlı qalmağa çalışırlar.
Prezident İlham Əliyevin sərəncamı ilə Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və digər qurumlarla birlikdə 150 illik yubileyin yüksək səviyyədə qeyd olunması, jurnalistlərin əməyinə verilən dəyəri göstərir. İlham Əliyevin bu sərəncamı biz gənclərə daha böyük enerji ilə çalışmağa sövq edir. Bu sərəncam mediada əməyi olan, peşəkar jurnalistikaya xidmət edən adamların da əməyininin qiymətləndirilməsinə kömək edəcək.
Azərbaycan jurnalistikası keçmişin işığında gələcəyə inamla baxır. 150 illik tarixi ilə bu sahə artıq bir peşədən çox, bir missiyadır – cəmiyyətə xidmət etmək, haqqı demək, qərəzsiz olmaq və düzgün maarifləndirmək. Hazırda bu missiya üzərində mediada təmsil olunan hər kəsin, xüsusilə gənclərin üzərinə böyük məsuliyyət düşür. Gələcəyin mediası dürüst, müstəqil, məsuliyyətli və bilavasitə jurnalistika ilə bağlı olan şəxslər üzərində qurulmalıdır. Bu isə keçmişə dəyər verərək gələcəkdə jurnalistikamızın daha da peşəkar olmasına gətirib çıxaracaq.
Əli Vəliyev
Manşet.az xəbər portalının baş redaktoru
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 704 Tarix: 30 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKirayədə qaldığı evi qarət etdi
Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. DİN mətbuat xidmətindən -a bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 800 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməl
10.09.2026 169 Qızıl və gümüşün bu günə olan qiyməti açıqlandı
Qızıl və gümüşün bu günə olan qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 10 sentyabr 2026-cı il tarixinə qızılın 1 unsiyasının qiyməti 7448,7965 manat, 1 qramının qiyməti isə 239,48 manat təşkil edib. 99 əyyar təmiz qızılın 1 qramı 239,48 manat, 750 əyyar İtalyan qızılının 1 qramı 179,7
10.09.2026 162 "Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi dözmədi, partladı"
Aparıcı Elgiz Əkbər mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı sənətçinin ölümündən iki gün əvvəl onunla görüşüb söhbət etdiyini bildirib. Elgiz Əkbər C.Məmmədovun həmin vaxt rənginin qaraldığını deyib. "Cavanşir Məmmədovun ürəyi partladı
10.09.2026 292 Ərzaqlar niyə əvvəlkindən daha tez xarab olur? - Mütəxəssisdən AÇIQLAMA
"Ərzaqların əvvəlkindən daha tez xarab olması ilə bağlı müşahidələr həqiqətən geniş yayılıb. Lakin bunu ümumi şəkildə "qidaların keyfiyyəti pisləşib" kimi izah etmək düzgün olmaz. Burada bir neçə amil rol oynaya bilər". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib
10.09.2026 201 KFC-də müştəriyə bayat kartofu isidib verdilər - Foto
KFC restoranlar şəbəkəsinin "Crescent Mall"dakı filialında müştəriyə köhnə və bayat kartof verilib. xəbər verir ki, jurnalist Arifə Əliyeva KFC restoranlar şəbəkəsinin "Crescent Mall"dakı filialında müştəriyə köhnə və bayat kartof verilməsindən şikayətlənib. O, bununla bağlı sosia
10.09.2026 181 "Porsche" "Bugatti"ni 1 milyard avroya satdı
"Volkswagen Group"a daxil olan Almaniyanın lüks avtomobil markası "Porsche" "Bugatti" və "Rimac" şirkətlərindəki paylarının satışını tamamlayıb. Qaynarinfo xəbər verir ki, "Porsche" "Bugatti" markasına nəzarət edən şirkətdəki 45 faizlik, Xorvatiyanı
10.09.2026 118 İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA
Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini
10.09.2026 225 2026-cı ilin avqustu dünyanın ən isti ayı oldu
Avqustda qlobal orta hava temperaturu əvvəlki illərdən normasından 1,65C yüksək olub. Bununla da Avropa 2003-cü ildə müəyyən edilmiş yay temperatur rekordunu qırıb. "Euronews"a istinadən xəbər verir ki, Avropa iqlim rəsədxanası olan Kopernik tərəfindən dərc edilən məlumatlara görə, avqust ə
10.09.2026 129 22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu
Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio
10.09.2026 185