Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar

Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarAzərbaycan Prezidenti İlham Əliyev bu gün Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına kompleksin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi il boyu davam etdirilir. Məhsullar yerli bazara çıxarılmaqla yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur.

Bağlarda aqrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunub. Burada yüksək qənaətliliyə malik damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da həm ekoloji davamlılığı təmin edir, həm də su itkisinin qarşısını alır. Təsərrüfatın texnika parkı dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub.

Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8 min 700 ton tutuma malik soyuducu meyvə anbarından, çeşidləmə və paketləmə sahəsindən, material anbarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir. Soyuducu anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib.

Çeşidləmə sahəsində quraşdırılan müasir avadanlıq vasitəsilə meyvələr rənginə, formasına və ölçüsünə görə çeşidlənir ki, bu da məhsulların bazar tələblərinə uyğun paketlənməsini təmin edir. Çeşidləmə sahəsində, həmçinin saatda mindən çox qatlama və yapışdırma gücünə malik avadanlıq vasitəsilə qablaşdırma qutuları hazırlanır.

Layihə dəyəri 18 milyon manat olan "İsmikhanlı" bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.

Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FotolarPrezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 932   Tarix: 30 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə

10.09.2026 419
.

Rusiya qüvvələri Kiyevdəki yanacaqdoldurma məntəqəsinə hücum edib, dörd nəfər yaralanıb

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq yanacaqdoldurma məntəqəsinə hücum edərək dörd nəfəri yaralayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə mer Vitali Kliçko və "Ukrnafta" neft şirkəti cümə axşamı bildirib. Fövqəladə Hallar Xidmətinin verdiyi məlumat

10.09.2026 200
.

Antarktidada buz kütləsi gözlənilmədən atdı: Alimlər səbəbini açıqladı

Antarktida artıq uzun illərdir buz kütləsini itirir. Buzlaqlar okeana buz tökərək dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Lakin 2021-2023-cü illər arasında bu tendensiyada qeyri-adi və alimlərin fikrincə, müvəqqəti dönüş baş verib. 22 ay ərzində qitənin buz kütləsi təxminən 695 milyard ton artıb

10.09.2026 116
.

İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini

10.09.2026 225
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

10.09.2026 230
.

Acun: "Bugünkü uğurumun sirri əslində tənhalıqdır"

Türkiyəli televiziya rəhbəri və iş adamı Acun Ilıcalı valideynlərini erkən yaşda itirməsinin həyatına və karyerasına təsirindən danışıb. BİG.AZ -a istinadən xəbər verir ki, o, əldə etdiyi uğurların arxasında yaşadığı çətinliklərin və tənhalığın mühüm rol oynadığını bildirib. Acun Ilıcalı etiraf edi

10.09.2026 132
.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

10.09.2026 322
.

Bakının bu ərazilərində kirayə mənzillər niyə bahalaşacaq?

"Hazırda Bakı kirayə bazarına təsir edən bir neçə fundamental amil var. İlk növbədə, şəhər əhalisinin və daxili miqrasiyanın paytaxtda cəmləşməsi, yeni ailələrin formalaşması və müəyyən kateqoriyalı vətəndaşların mənzil almaq əvəzinə kirayəyə üstünlük verməsi tələbi artırır". Bunu BİG.AZ-

10.09.2026 216
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

10.09.2026 203
.