"Müvəffəqiyyət rəmzi" universiteti 4 il oxumağa ehtiyac varmı?

"Müvəffəqiyyət rəmzi" universiteti 4 il oxumağa ehtiyac varmı?Azərbaycanda ali təhsil uzun müddətdir ki, sosial statusun göstəricisi, cəmiyyət içində "müvəffəqiyyət rəmzi" və gələcəkdə yaxşı həyatın təminatı kimi təqdim olunub. Lakin əmək bazarının sürətlə dəyişdiyi, texnologiyanın ənənəvi sahələri sıradan çıxardığı və biliklərdən daha çox bacarıqların önə çıxdığı indiki dövrdə bu yanaşma artıq aktuallığını itirməkdədir. Əhalinin böyük əksəriyyəti universitet diplomunu bir "məcburi mərhələ" kimi qəbul edir və bu yanaşma ali təhsilin əsas məqsədini – düşünən, tədqiq edən, yaradan insan formalaşdırmaq funksiyasını kölgədə qoyur.

Bu şəraitdə "dörd il universitet oxumağa ehtiyac varmı?" sualına cavab yalnız fərdi seçimlə deyil, sistemin ümumi funksionallığı ilə ölçülməlidir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 4-cü maddəsində qeyd olunur ki, təhsil sisteminin vəzifəsi cəmiyyətin və əmək bazarının tələblərinə uyğun kadr hazırlığını təmin etməkdir. Bu vəzifəyə cavab olaraq ali təhsil sistemi təkcə nəzəri bilik verməklə kifayətlənməməli, praktiki bacarıqlar, innovativ düşüncə və çevik uyğunlaşma qabiliyyəti aşılamalıdır. Lakin reallıqda bu hədəf hələ də formalaşmayıb. Təhsil Nazirliyinin 2023-cü ildə yaydığı məlumatlara görə, universitet məzunlarının təxminən 27 faizi diplom aldığı sahədə çalışmır, 13 faizi isə ümumiyyətlə işsizdir. Bu rəqəmlər ali təhsilin əmək bazarı ilə əlaqəsinin zəif olduğunu və dörd illik oxu prosesinin çox zaman nəticəsiz qaldığını göstərir:

"Müvəffəqiyyət rəmzi" universiteti 4 il oxumağa ehtiyac varmı?"Ali məktəblərdə tədris olunan proqramların böyük hissəsi hələ də nəzəriyyəyə əsaslanır, əmək bazarının tələblərinə uyğun bacarıqlar isə ya ümumiyyətlə öyrədilmir, ya da formal şəkildə tədris olunur. Bu baxımdan, hazırda universitet təhsili alan bir çox gənc zaman və maliyyə resurslarını sərf etsə də, təhsil aldığı sahədə peşəkar kimi formalaşmadan məzun olur. Əgər təhsil prosesi insanın düşüncə tərzini dəyişmir, onun həyatına praktiki dəyər qazandırmırsa, bu artıq ali təhsil yox, sadəcə vaxt itkisi hesab olunur.
Buna baxmayaraq, ali təhsilin inkarolunmaz müsbət tərəfləri də mövcuddur. Universitet mühiti insanın sosiallaşmasına, intellektual inkişafına, dünyagörüşünün formalaşmasına və bir sıra peşələrdə – həkimlik, mühəndislik, hüquq, müəllimlik kimi sahələrdə peşəkar bacarıqların qazanılmasına şərait yaradır. Bu sahələrdə universitet təhsili olmadan fəaliyyət göstərmək qeyri-mümkündür. Eləcə də, dövlət qulluğuna qəbul, akademik karyera, elmi-tədqiqat sahələri üçün ali təhsil mütləqdir. Burada məsələ təkcə dörd il oxumaq deyil, həmin illərin necə dəyərləndirildiyidir.
Dünya təcrübəsində ali təhsilə yanaşmalar daha çevik və modulyar quruluşa malikdir. Məsələn, Almaniyada "dualı təhsil" modeli tələbələrin universitetlə yanaşı müəssisələrdə işləməsini və praktiki təcrübə qazanmasını təmin edir. ABŞ-da isə "community college" və ya ikiillik proqramlar vasitəsilə gənclər həm iş tapır, həm də daha sonra həmin kreditlərlə universitet təhsillərini davam etdirə bilirlər. Finlandiyada universitetə qəbul ciddi seçimlə həyata keçirilir və bu prosesdə yalnız akademik göstəricilər deyil, peşə marağı, təcrübə və şəxsi motivasiya da qiymətləndirilir. Bu ölkələrdə ali təhsil həyatın bir mərhələsi deyil, davamlı inkişaf aləti kimi qurulur".

"Müvəffəqiyyət rəmzi" universiteti 4 il oxumağa ehtiyac varmı?Ekspert qeyd edib ki, Azərbaycanda isə bu cür çevik və məqsədyönlü modellər hələ tətbiq olunmur. Bütün gənclərin ali məktəbə getməsi təşviq olunur, lakin bu yanaşma onların real potensialına uyğun gəlmir. Hər kəs üçün "dörd il universitet oxu, diplom al" modeli nə fərdi xoşbəxtlik, nə də milli inkişaf gətirir. Təhsilin fərdiləşdirilməsi, bacarıq əsaslı tədrisin qurulması və müxtəlif karyera yollarının tanınması vacibdir. Əks halda, ali təhsil sistemi yalnız diplom verən bir mexanizm olaraq qalacaq və gəncləri həyatla üz-üzə buraxacaq:

"Əgər təhsil sistemi əmək bazarı ilə inteqrasiya olunsa, tədris proqramları modullaşdırılsa, qısa müddətli və konkret bacarıq yönümlü sertifikatlar yaradılıb rəsmi şəkildə tanınsa, dörd illik universitet təhsili yalnız müəyyən ixtisaslar üçün zəruri olacaq. Digər hallarda isə gənclər vaxt itirmədən daha çevik yollarla peşəkar həyata atıla biləcək. Beləliklə, ali təhsilin forma yox, məzmun problemi olduğu üzə çıxır – dəyişməli olan müddət deyil, bu müddətə yüklənən məzmun və məqsəddir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1011   Tarix: 22 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boşandıqdan bir həftə sonra eks-xanımının toyuna getdi

Hollivud aktyoru, "Hörümçək-adam" filminin ulduzu Tobi Maquayr keçmiş həyat yoldaşı Cennifer Meyerin toy mərasimini idarə edib. Axşam.az xəbər verir ki, Cennifer milyarder Ceffri Oqunlesi ilə nikah masasına əyləşib. Mərasim Cenniferlə Tobinin rəsmi boşanmalarından cəmi bir həftə sonra olub

12.10.2026 361
.

102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar

2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar

12.10.2026 282
.

Fransada məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb

Fransanın Obon şəhərində yeniyetmə məktəbdə atəş açıb, nəticədə ümumtəhsil müəssisəsinin direktoru və müəllimlərindən biri yaralanıb. "Report" xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduard Jeffrey "X" sosial şəbəkəsində məlumat verib. Hadisə Obon şəhərindəki Lakanal ort

12.10.2026 236
.

Coğrafi məsafədən kənarda: Azərbaycan və Kambocanı birləşdirən əməkdaşlıq imkanları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan v

11:42 11
.

Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən BİG.AZ-a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ d

10:27 122
.

Küçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı

İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb

12.10.2026 258
.

Prezident onu qarşıladı - Fotolar

Bu gün Bakıda Laos Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulit

11:22 68
.

Vahid məktəbli forması ətrafında informasiya savaşı: Təhsil islahatı, milli təhlükəsizlik və İranın ideoloji təsir imkanları

"Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında aparılan müzakirələrə yalnız geyim qaydaları və məktəb intizamı çərçivəsində yanaşmaq məsələnin mahiyyətini tam əhatə etmir. Bu mövzu sosial bərabərlik, təhsil mədəniyyəti, milli-mənəvi dəyərlər və rəqəmsal informasiya mühitinin təsirlər

11:21 66
.

Bu məhsulları heç vaxt dondurucuya qoymaq olmaz - SƏBƏB

Ərzaqları dondurmaq onların saxlanma müddətini uzatmağın rahat yoludur. Lakin bəzi məhsulların donu açıldıqdan sonra dadı, görünüşü və quruluşu dəyişir. Onlar sulanır, yumşalır və əvvəlki keyfiyyətini itirir. xarici mediaya istinadla xəbər verir ki, dondurulması məsləhət görülməyən məhsulların siyahısın

12.10.2026 292
.