Azərbaycanda ən yüksək əməkhaqları verilən SAHƏLƏR

Azərbaycanda ən yüksək əməkhaqları verilən SAHƏLƏRİnsanların əməkhaqları sektorlar üzrə dəyişir. Belə ki, bu il üçün orta aylıq əməkhaqqı neft-qaz sektorunda 3 830,2 manat, qeyri neft-qaz sektorunda 1 010,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqları 1 017,2 manat, özəl müəssisələrdə isə 1 110,0 manat olub. Əməkhaqqının ən yüksək olduğu sahələr mədənçıxarma sənayesi (3 596 manat), maliyyə və sığorta fəaliyyəti (2 768 manat), informasiya və rabitə fəaliyyəti (1 854 manat), nəqliyyat və anbar təsərrüfatı (1 645 manat) olub. Ən aşağı olduğu sahələr kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (644 manat), inzibati və yardımçı xidmətlərin göstərilməsi (669 manat) hesab edilir. Bəs maaş nəyə əsasən formalaşır? Bu sahələri hansı məqamlar fərqləndirir?

Qeyd edək ki, mədənçıxarma sənayesi üzrə yüksək əməkhaqqı alanlar mühəndislər, geoloqlar və layihə menecerləridir. İnformasiya və rabitə sahəsində isə proqramçılar, sistem administratorları, şəbəkə mütəxəssisləri və kibertəhlükəsizlik üzrə mütəxəssisləri göstərə bilərik. Maliyyə və sığorta üzrə isə bank menecerləri, maliyyə analitikləri və auditorları qeyd etmək mümkündür.

BiG.AZ "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Mütəxəssislər aqrar sahədə çalışmaq istəmirlər"

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun sözlərinə görə, maaşların yüksək olması həmin sahələrə olan tələb və oradakı inkişafdan qaynaqlanır: "Məsələn, neft-qaz sənayesinə xarici investorlar yatırım edirlər. Mədənçıxarma sənayesi bizdə daha prioritet sahə hesab edilir. Bu səbəbdən orada əməkhaqqı digər sahələrə nisbətən daha yuxarıdır".

N.Xəlilovun fikrincə, aqrar sahəyə ehtiyacımız olsa da, mütəxəssislər bu sahədə çalışmaq istəmirlər: "Yaxşı olardı ki, kənd təsərrüfatı sahəsinə də diqqət artırılsın. Kənd təsərrüfatı sahəsində kifayət qədər potensialımız mövcuddur. Savadlı aqronomlara ehtiyacımız var. Bu sahədə maaş çox azdır - cəmi 497 manat. Müəssisəyə vəsait daxil olmalıdır ki, yüksək ixtisaslı şəxsləri dəvət edə bilsinlər. Onlar inkişaf etdikcə, kadrlar da öz üzərilərində işləməyə başlayacaqlar. Beləliklə, orta əməkhaqqı göstəricisi də artacaq".

Ekspert qeyd edir ki, yüksək maaşlı sahələrdə əsasən xarici universitetləri bitirən tələbələr üstünlük təşkil edirlər. İşəgötürənlərin əksəriyyəti xaricdə təhsil almış şəxsləri seçirlər: "Amma sırf yüksək əməkhaqqı alan sadəcə onlar deyil. Kifayət qədər yerli universitetləri bitirmiş və yüksək maaş alan işçilər də mövcuddur".

"Əməkhaqqı individual təyin olunur"

İşədüzəltmə üzrə menecer Afa Həsənova isə düşünür ki, əməkhaqqı sahələrə görə yox, insanlara görə dəyişir: "Bu peşələrdə əməkhaqqının daha yüksək olmasının səbəbi mütəxəssisin peşəkar sertifikatları, təhsili, təcrübəsidir. Əməkdaşın haralarda çalışması, təcrübə toplaması, pillə-pillə yüksəlməsi kimi faktorlar da burada rol oynayır. Heç bir sahəni konkretləşdirə bilmərik ki, filan sahədə maaşlar yüksəkdir. Çünki çox zaman əməkhaqqı individual təyin olunur. Bu səbəbdən də konkret olaraq deyə bilmərik ki, kənd təsərrüfatı sahəsində maaş aşağıdır. Hazırda aqrar peşələrə tələbat olduqca böyükdür. Amma həmin sahədə peşəkarlar çox azdır. Bu səbəbdən sözügedən sahələr də inkişaf etdirilməli və mütəxəssislər yetişdirilməlidir".

"Dövlət sektoruna maraq artıb"

A.Həsənova bildirir ki, işəgötürənlər üçün xaricdə təhsil alıb gəlmiş şəxslər daha cəlbedicidir. Əgər tələbəlik dövründə hansısa təcrübə toplayıbsa, bu zaman işçinin dəyəri daha da artır. Xarici sertifikatlar əldə etməsi onu rəqiblərindən fərqləndirir. Bir neçə xarici dil bilmək də xüsusi rol oynayır: "Bu cür işçilər sadəcə ölkəmizdə deyil, həmçinin beynəlxalq bazarda da axtarılır".

Menecer deyir ki, hazırda dövlət və özəl sektor arasında rəqabət müşahidə olunur: "Əvvəl özəl sektorda maaşlar daha yüksək, dövlət sektorunda isə aşağı idi. Amma hazırda dövlət sektorunda da maaşlar artırılıb, həmçinin işçiləri keyfiyyətli kurslara göndərirlər ki, bilik və bacarıqları artırılsın. Hazırda özəl və dövlət sektoru rəqabət aparır. Bir zamanlar insanlar dövlət sektorunda çalışmaq istəməsə də, artıq oraya maraq xeyli çoxalıb".

"Sahənin dəyəri də mühüm rol oynayır"

İqtisadçı Rəşad Həsənovun fikrincə, əmək bazarında maaş bir neçə faktor əsasında formalaşır: "Bunun birincisi tələb və təklifdir. Hansı peşələr üzrə təklif çox olursa, həmin işlərdə əməkhaqqı daha aşağı olur. İkinci mühüm faktor tələb olunan əməyin spesifikliyidir. Bilik əsaslı əmək uzunmüddətli dövrdə, həmçinin böyük sərmayələr qoyularaq əldə edilir. O səbəbdən şəxs əməyini ucuz qiymətə satmayacaq. Həmçinin nəzərə alaq ki, bu əmək növündə təklif də o qədər çox olmur. Bilik əsaslı əmək fizikidən daha bahalıdır. Burada biliyin keyfiyyəti də önəmlidir. İnsanlar işə qəbul edilərkən əməkhaqqı danışılsa da, əsas maaş iş zamanı formalaşır. İşçi həqiqətən də tələblərə cavab verdikdə, əvəzolunmaz olduqda, müəssisə üçün xüsusi bir dəyər yaratdıqda şəxsin əməkhaqqına davamlı artımlar edilir".

R.Həsənovun sözlərinə görə, aqrar sektorda tələb daha çox fiziki əməyədir. Onun yaratdığı dəyər də azdır. Bu səbəbdən sahibkar daha yuxarı əməkhaqqı təklif edə bilmir: "Amma müəyyən sahələr var ki, həm elmə əsaslanır, həm də yüksək əlavə dəyər yaradır. Buna nümunə olaraq neft sektorunu göstərə bilərik. Azərbaycanda 1 milyon 800 minə yaxın muzdla çalışan işçi mövcuddur. Təxminən 30 mini neft sektorunda çalışanlardır. Amma onların yaratdığı əlavə dəyər ölkə iqtisadiyyatının 35 faizindən daha çoxdur. Hətta bəzi illərdə bu göstərici 50 faizə qədər olub. Belə bir sahədə yüksək əməkhaqqının təklif edilməsi imkanı genişdir".

İqtisadçı bildirir ki, fiziki əməklə olan işlərə tələb azalır. Buna səbəb texnologiyanın, süni intellektin tətbiqidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 858   Tarix: 20 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 38 dərəcə isti olacaq

Azərbaycanda iylunun 11-də 38 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 isti, gündüz 31-3

13:07 211
.

Ödənişli MİQ imtahanı: Üstünlüklər və narahatlıq doğuran məqamlar

Bu ildən etibarən MİQ imtahanları ödənişli həyata keçiriləcək. Bu məsələ müəllimlər tərəfindən narazılıqla qarşılanıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, bu qərar həqiqətən də iş axtaran, illərlə hazırlaşıb bəxtini sınayan gənc müəllimlər arasında ciddi v

14:12 201
.

Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib

İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində baş verən partlayışda yaralanan daha 2 nəfər vəfat edib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, aparılan reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1984-cü i

17:28 218
.

Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi

Bir neçə ay öncə qaraciyər köçürülən türkiyəli aktyor Ufuk Özkan artıq çəkiliş meydançasına qayıtmağa hazır olduğunu açıqlayıb. "Qafqazinfo" "Sabah"a istinadən xəbər verir ki, aktyor sağlamlığının qaydasında olduğunu və həkimlərdən işinin başına qayıtmaq üçün lazımi razılığı aldığın

16:04 228
.

"Bizi niyə çağırmırsınız?" deyənlərə aparıcıdan sərt cavab

"Yeni Sabah" xəbər verir ki, o, aparıcısı olduğu "Xəzər axşamı" proqramında bildirib:. "Çox müğənni müraciət edir: "Bizi çağırmadınız", "Nə bilim, nə oldu". Hamınız gəlin, repertuarınızda dəyişiklik edin, rica edirəm. Qəşəng bəstəkar mahnılarımız var. Onlar

20:15 1
.

İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatının silah anbarlarını aşkar edib

İsrail ordusu cümə günü bildirib ki, Livanın cənubundakı Təhlükəsizlik Zonasında son əməliyyatlar zamanı Hizbullah terror təşkilatına məxsus bir sıra silah obyektləri aşkar edilib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, anbarda çoxsaylı buraxılış qurğuları, pulemyotlar, partlayıcı qurğular

11:48 170
.

Ölümdən əvvəl insanlar nə görür? Həkimlərdən maraqlı açıqlama

İnsan ömrünün son anları əsrlər boyu həm elm adamlarını, həm də adi insanları düşündürən ən sirli mövzulardan biri olub. Ölümün özündən çox, həmin ana qədər insanın nə hiss etdiyi, nə gördüyü və beynində hansı proseslərin baş verdiyi barədə saysız-hesabsız fərziyyələr irəli sürülüb. Son illərdə dünyanı

20:00 2
.

Kıvanç Tatlıtuğun ikinci övladı olacaq? - Yenilənib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun ikinci övladı olacaq. Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktyorun xanımı Başak Dizerin 5 aylıq hamilə olduğu bildirilib. Cütlüyün qız övladı dünyaya gələcək. Qeyd edək ki, Kıvançla Başakın bir oğul övladı var. *. Başak Dizer türk mediasında hamilə olmas

14:46 444
.

Rəqəmsallaşmanın və rəqəmsal mühitin genişlənməsinin təsirləri

"Rəqəmsallaşmanın və rəqəmsal mühitin genişlənməsi iqtisadiyyatın və cəmiyyətin inkişafına əhəmiyyətli təsir göstərir". Bunu BİG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliye

12:02 184
.

TOP MP3