Cənubi Koreya ABŞ-yə tariflərlə cavab verməyəcək

Cənubi Koreya ABŞ-yə tariflərlə cavab verməyəcəkKoreya Respublikası (KR) ABŞ-nin ötən əsrdə ölkəyə göstərdiyi yardıma görə minnətdarlıq məqsədilə bu ölkə mallarına cavab rüsumları tətbiq etməyəcək.

"Report"un xəbərinə görə, bunu Koreya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən baş nazir Xan Dok Su Böyük Britaniyanın "Financial Times" (FT) qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Koreya Müharibəsindən sonra texnologiya transferi, investisiya və təhlükəsizlik zəmanəti şəklində ABŞ yardımı respublikaya xarici investisiyalar üçün cəlbedici mühit yaratmağa kömək edib.

"Sənaye və maliyyə inkişafındakı nailiyyətlərimiz, mədəniyyətimiz, böyüməmiz və sərvətimiz əsasən ABŞ-nin köməyi ilə bağlıdır", - Xan Dok Su deyib.

Onun fikrincə, Koreya hökuməti ABŞ-nin tədbirlərinə qarşı mübarizə aparmaq barədə düşünməkdənsə, danışıqlar yolu ilə qarşılıqlı faydalı həll yolu tapmağa çalışmaq niyyətindədir.

Siyasətçi danışıqlara baxmayaraq, milli iqtisadiyyatın müəyyən sektorlarının bəzi problemlər yaşaya biləcəyini etiraf edib. Lakin o, ikitərəfli ticarətin daha geniş liberallaşdırılmasının Koreya xalqının rifahının yaxşılaşdırılmasına kömək edəcəyini bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazinin mallarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. Koreya Respublikası ilə ABŞ arasında azad ticarət sazişi mövcuddur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 586   Tarix: 20 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həyat yoldaşı burada olmadığı üçün hər yerə oğlu ilə gedir

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad paylaşımları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, o, bir çox toy məclisində anası ilə olub. Cahad məclislərdən görüntülər yayımlayaraq "Atan başqa şəhərdə işləyəndə, sən onun xanımı ilə vaxt keçirməli olursan. Deyəsən buna öyrəşməyə başlayıram"

20.04.2026 372
.

Neft qiymətləri kəskin şəkildə yüksəlir və səhmlər qarışıqdır

İran və ABŞ arasındakı qarşıdurma tankerlərin Hörmüz boğazından istifadəsinə mane olduğu üçün dünya səhmləri bazar ertəsi qarışıq vəziyyətdə olduğu bir vaxtda neft qiymətləri 5%-dən çox artıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-ın etalon xam neftinin qiyməti 5,3% artaraq bir bare

20.04.2026 273
.

Azərbaycanın iqtisadiyyatı kiçilir: rəqəmlər nə deyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə açıqlanan rəsmi statistik göstəricilər Azərbaycanda iqtisadi aktivliyin zəiflədiyini göstərir. 2026-cı ilin ilk aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 0,3% azalıb, xüsusilə neft-qaz sektorunda geriləmə daha qabarıq hiss olunub. Beynəlxal

20.04.2026 250
.

Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq

Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərcləri dövlət tərəfindən qarşılanacaq. xəbər verir ki, bunu "Report"a açıqlamasında Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib. Onun sözlərinə görə, abidənin sifarişi ilə bağlı məsələlər ailəsi və aidiyyəti qurumlar tərəfində

20.04.2026 385
.

Ukraynanın Tuapse limanına hücumu nəticəsində bir nəfər həlak olub

Rusiya rəsmiləri bazar ertəsi günü bildiriblər ki, Ukraynanın Rusiyanın Qara dənizdəki Tuapse limanına dron hücumu nəticəsində yanğın baş verib və ən azı bir nəfər ölüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə Rusiya rəsmiləri 16 apreldə baş verən oxşar hücumdan sonra baş verən yanğını

20.04.2026 266
.

Süni intellekt bəşəriyyətin 99,5 faizini məhv edə bilər: HƏYƏCAN TƏBİLİ

Bir çox alimlər getdikcə belə bir fikrə gəlir ki, süni intellektin inkişafı insanlığın məhvinə səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, insanlar özləri elə bir texnologiya yarada bilərlər ki, bu da sivilizasiyanı məhv etmək gücündə olsun. Ekspertlər bu ssenarinin baş vermə ehtimalın

20.04.2026 245
.

"Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib" - Detallar+Video

Xəbər verdiyimiz kimi, Bakıda 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb. "Qafqazinfo" xəbər verir ki, iddialara görə, şagirdlər arasında əvvəllər də münaqişələr yaşanıb. Qeyd edilib ki, xəsarət yetirən şagirdin məsələ il

20.04.2026 247
.

Aİ daxilində yeni gərginlik siqnalları - Bolqarıstan nəticələri

Keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Mütərəqqi Bolqarıstan" koalisiyasının növbədənkənar parlament seçkilərində öndə olduğu bildirilir. Məlumata görə, koalisiya səslərin 37,5-38,9 faizini toplayıb. Avropa İnkişafı Uğrunda və Demokratik Qüvvələr Birliyi (GERB-SDS) isə 15,4-16,2 fai

20.04.2026 284
.

"Boşanmaların yüksək faizinin maddi problemlərə görə olması fikri ilə razı deyiləm" - SOSİOLOQ MAİL YAQUBLA MÜSAHİBƏ

"Boşanmaların yüksək faizinin maddi problemlərə görə olması fikri ilə razı deyiləm. Burda psixoloji və sosioloji problemlər var. Gəlin statistika araşdırmaları edək və görək Azərbaycanda boşanan ailələrin neçə faizi sırf maddi sıxıntıya görə boşanır". Bu sözləri BİG.AZ-a müsahibəsində fəlsəf

20.04.2026 471
.

TOP MP3