Azərbaycan Ordusunda İLK: Valideynlər və hazırda xidmətdə olan əsgərlərin DİQQƏTİNƏ
Müdafiə Nazirliyinin tabeliyində olan Milli Müdafiə Universiteti valideynlərə və hazırda xidmətdə olan əsgərlərə müraciət edib.
Milli.Az xəbər verir ki, müraciətdə bildirilib ki, ilk dəfə olaraq Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçən şəxslər üçün təhsil almaq imkanı yaradılıb.
Belə ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət edən, 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11-ci sinif buraxılış imtahanından yüksək nəticə əldə etmiş müddətli həqiqi hərbi qulluqçular (əsgərlər) üçün Bakı və Naxçıvan Hərbi Kolleclərində təhsil almaq imkanı təqdim ediləcəkdir. Müəyyən edilmiş meyarlara cavab verən yüksəkgöstəricili əsgərlərə Hərbi Kolleclərdə təhsil almaqla bağlı xidmət etdikləri hərbi hissələr tərfindən ətraflı məlumat veriləcək. Hərbi kolleclər üçün tələb olunan tibbi müayinədən keçən və göstəriciləri uyğun hesab edilən şəxslərin namizədliyi qeydə alınacaq.
İkiillik təhsil müddətində kursantlar Hərbi Kolleclərdə 9 peşə, 27 hərbi ixtisas üzrə təhsil alırlar.
İmtiyazlar:
Təhsil müddətində -
- əşya, ərzaq, tibbi sığorta, yaşayış yeri (yataqxana) təminatı;
- kursanta və onun ailə üzvlərinə ödənilən birdəfəlik və aylıq ödəmələr;
- dövlət hesabına xaricdə təhsil imkanı.
Xidmət müddətində -
- gizir hərbi rütbəsinin verilməsi;
- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;
- il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;
- özü və ailə üzvləri üçün güzəştli tibbi təminat;
- güzəştli ipoteka krediti (5 il xidmət etdikdən sonra, ipoteka yolu ilə alınan yaşayış sahəsinin dəyərinin 15 faizədək olan hissəsi dövlət tərəfindən maliyyələşdirilməsi);
- Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;
- karyerada davamlı yüksəliş.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1046 Tarix: 20 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cenevrə öncəsi "göz dağı": İran-ABŞ danışıqları real kompromisə nə qədər yaxındır?
"İran və ABŞ nümayəndələri arasında danışıqların növbəti raundu başlayır. Omanın vasitəçiliyi ilə fevralın 17-18-də İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılan görüşlər beynəlxalq diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Tramp danışıqlar öncəsi sərt mesaj verərək bildirib ki, nüv
16:54 102 Cenevrədə üçtərəfli görüş - Rusiya və Ukrayna masaya oturur
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Cenevrədə keçiriləcək üçtərəfli danışıqlarda iştirak etmək üçün yola düşüb. xarici mediaya istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyəti də artıq Cenevrəyə çatıb. Rüstəm Umerovun sözlərinə görə, danışıqları
12:02 240 Bank filialları hədəfdə - naməlum şəxslər 14 seyf qutusunu ələ keçirdi
Almaniyanın aşağı Saksoniyanın Schöningen şəhərində Volksbank filialında daha bir səs-küylü bank soyğunu baş verib. xarici mediaya istinadən xəbər verir ki, mavi iş geyimində olan üç naməlum şəxs bankın zirzəmisinə pəncərədən girərək 14 seyf qutusunu açıb və sonra aşkarlanmadan hadisə yerindən qaçıblar
11:17 219 ABŞ və İran müharibə təhlükəsi ilə əlaqədar Cenevrədə nüvə danışıqlarına başlayırlar
ABŞ və İran uzun müddətdir davam edən nüvə mübahisəsi ilə bağlı bu gün Cenevrədə dolayı danışıqlara başlayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İranın yüksək vəzifəli rəsmisi bildirib ki, danışıqlar Vaşinqtonun qeyri-real tələblərdən yayınmasından asılıdır, çünki ABŞ regionda döyüş qüvvəs
13:51 199 "Böyük Seva" evə buraxıldı
ANS telekanalından "Böyük Seva" kimi tanınan jurnalist Sevda Həsənova müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq, Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib. "1970-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyində
16:25 136 Putin NATO-ya qorxulu xəbərdarlıq etdi: "Üçüncü Dünya Müharibəsi" ehtimalı artır
Rusiya prezidenti Vladimir Putin son açıqlamasında NATO və Qərb ölkələrinə qəti xəbərdarlıq edib və hər hansı agresiyanın nəticələrinin çox ciddi olacağını vurğulayıb. O, çıxışında Rusiyanın milli təhlükəsizliyinə ediləcək hər hansı təzyiqə qarşı zəruri addımlar atacağını və bunun nəticələrinin cidd
15:03 200 Efirdə qızını görən Nigar kövrəldi
Avroviziya qalibimiz Nigar Camal efirdə kövrəlib. OLAY yazır ki, "Rəngarəng"də qonaq olan Nigar üçün efirə İngiltərədə yaşayan qızı Jasminin görüntüləri verilib. Bundan sonra Nigar göz yaşlarını saxlaya bilməyib. Qeyd edək ki, Nigarın Saida adlı bir qızı da var
16:56 141 Alimlər yuxuların məzmununu idarə etməyin yolunu tapıblar
ABŞ-nin İllinoys ştatının Evanston şəhərindəki Şimal-Qərb Universitetinin neyrobioloqlarının yeni araşdırması yuxuların məzmununu istiqamətləndirməyin mümkün olduğunu göstərib. "Ölkə.az" xəbər verir ki, müvafiq araşdırma "Neuroscience of Consciousness" jurnalında dərc olunub. Eksperimenti
16.02.2026 358 Rusiya və Ukrayna arasında Cenevrə sülh danışıqları diqqət mərkəzindədir
Ukrayna və Rusiyadan olan danışıqçılar bu gün Cenevrədə ABŞ-ın vasitəçiliyi ilə iki günlük sülh danışıqları üçün toplaşıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, danışıqlar əsas mübahisəli məsələyə yönələcək. ABŞ prezidenti Donald Tramp Kiyevi razılığa gəlmək üçün tez bir zamanda hərəkət etməy
14:00 186