Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb - RƏY

Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb - RƏYTarix boyu fərqli coğrafiyalardan keçən yollar müxtəlif xalqlar arasında münasibətlər yaratmış, bu münasibətlər sonradan strateji tərəfdaşlığa belə çevrilib. Dünya tarixinə iz salan belə yollardan biri də "Böyük İpək Yolu"dur.

Bunu "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

"Təsadüfi deyil ki, bu yol hazırda bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilir. Çoğrafi baxımdan bu qədim yolun üzərində yerləşən Azərbaycan da tarixən "İpək Yolu"nun bir parçası olub. Yəni Azərbaycanla Çini hələ min illər əvvəl bu qədim yol birləşdirib. Tarixi "İpək Yolu"ndan başlanan münasibətlər ötən 34 il ərzində - Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə davamlı şəkildə inkişaf edib", - deyə deputat vurğulayıb.

Deputat bildirib ki, Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olan Azərbaycan bu ölkə ilə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir: "Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər".

"Ümumiyyətlə, son illərdə iki ölkə arasındakı əlaqələr strateji müstəviyə qaldırılıb. Belə ki, 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. 18 iyul 2024-cü il tarixində isə Azərbaycan Respublikası müşahidəçi ölkə statusu almaq üçün ŞƏT-ə müraciət edib", - S.Salmanova bəyan edib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərin əla səviyyədə olduğunu vurğulayıb. "Dövlətimizin başçısı, eyni zamanda, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etməsinə toxunub. "Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək, görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq", - deyə S.Salmanova Ölkə Prezidentindən sitat gətirib.

"Dövlət başçısı, həmçinin COVID-19 pandemiyası başlayan zaman peyvəndlərin ölkəmizə gətirilməsində Azərbaycana yardım edən yeganə ölkənin Çin olduğunu xüsusilə diqqətə çatdırıb. Çin Xalq Respublikasının Sədri Si Cinpin də ölkəmizlə əlaqələrə böyük önəm verdiyini dəfələrlə ifadə edib. O, İlham Əliyevlə görüşlərində və ünvanladığı məktublarda Azərbaycan və Çinin dost, tərəfdaş ölkələr olduğunu diqqətə çatdırıb", - MM üzvü vurğulayıb.

Deputat onu da bildirib ki, "Böyük İpək Yolu"nun inkişafı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dirçəlişində və inteqrasiya prosesində müstəsna rola malikdir. "Xüsusilə də, 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geostrateji vəziyyət, iqtisadi və mədəni əməkdaşlıq vəd edən Zəngəzur dəhlizinin perspektivləri Türk dünyasının bütünləşməsi istiqamətində atılan ən ciddi addımlardan biri olacaq. Əminliklə söyləmək olar ki, bütün bu işlərin həyata keçməsi, uğurla davam etməsi üçün Çin Azərbaycanın ən böyük strateji tərəfdaşı və dəstəkçilərindən biri rolunda çıxış edir", - deputat bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 689   Tarix: 19 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru

Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını

10.09.2026 192
.

Acun: "Bugünkü uğurumun sirri əslində tənhalıqdır"

Türkiyəli televiziya rəhbəri və iş adamı Acun Ilıcalı valideynlərini erkən yaşda itirməsinin həyatına və karyerasına təsirindən danışıb. BİG.AZ -a istinadən xəbər verir ki, o, əldə etdiyi uğurların arxasında yaşadığı çətinliklərin və tənhalığın mühüm rol oynadığını bildirib. Acun Ilıcalı etiraf edi

10.09.2026 95
.

Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə

10.09.2026 390
.

"Porsche" "Bugatti"ni 1 milyard avroya satdı

"Volkswagen Group"a daxil olan Almaniyanın lüks avtomobil markası "Porsche" "Bugatti" və "Rimac" şirkətlərindəki paylarının satışını tamamlayıb. Qaynarinfo xəbər verir ki, "Porsche" "Bugatti" markasına nəzarət edən şirkətdəki 45 faizlik, Xorvatiyanı

10.09.2026 1
.

İşə qəbul zamanı şəxsi həyatla bağlı sual vermək QANUNİDİR? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda işə qəbul zamanı namizədin şəxsi və ailə həyatı ilə bağlı sualların verilməsi hüquqi baxımdan ciddi məhdudiyyətlərə tabedir. Xüsusilə, ailə vəziyyəti və şəxsi həyat barədə məlumatların sorğulanmasına yol verilmədiyi açıq şəkildə göstərilir. ". Gender(kişi və qadınların) bərabərliyini

10.09.2026 202
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

10.09.2026 225
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

10.09.2026 194
.

Harri İngiltərədə xoşbəxt deyil

Britaniya kral ailəsinin üzvü, şahzadə Harri ölkəsinə qayıtdıqdan sonra emosional vəziyyəti ilə bağlı yeni iddialar ortaya çıxıb. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kral ailəsi üzrə ekspert və şərhçi Şarlotta Qriffits Harri ilə bağlı diqqətçəkən açıqlamalar verib. Onun sözlərinə görə

10.09.2026 134
.

Bakının bu ərazilərində kirayə mənzillər niyə bahalaşacaq?

"Hazırda Bakı kirayə bazarına təsir edən bir neçə fundamental amil var. İlk növbədə, şəhər əhalisinin və daxili miqrasiyanın paytaxtda cəmləşməsi, yeni ailələrin formalaşması və müəyyən kateqoriyalı vətəndaşların mənzil almaq əvəzinə kirayəyə üstünlük verməsi tələbi artırır". Bunu BİG.AZ-

10.09.2026 212
.