Türkiyədə ianə adı altında İŞİD-i maliyyələşdirmə sxemi ifşa olunub
İstanbul polisi humanitar yardım toplamaq adı altında sosial şəbəkələr vasitəsilə İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatını maliyyələşdirən kanalı ifşa edib.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, cinayət sxemi Terrorla Mübarizə İdarəsi tərəfindən terrorçularla əlaqəli sosial media hesablarının monitorinqi zamanı üzə çıxıb.
Əvvəllər İŞİD ilə əlaqəsi olduğu üçün hüquq-mühafizə orqanlarının diqqətini çəkən şübhəli şəxs saxta hesab açıb və guya kimsəsiz uşaqlara, qaçqın düşərgələrindəki ailələrə və ehtiyacı olanlara yardım üçün vəsait toplayan elanlar yerləşdirib.
Sonuncu belə "humanitar aksiya" "ehtiyacı olanlar üçün dəsmal pulunun toplanması" kimi təqdim edilib. Yığılan vəsait şübhəlinin anasının adına açılmış bank hesabına köçürülüb, sonra isə digər hesablara yönləndirilib.
Hüquq-mühafizə orqanları pulun son nəticədə xarici vətəndaşlar vasitəsilə Suriyaya, qaçqın düşərgələrinə, həmçinin Türkiyədəki İŞİD üzvlərinin ailələrinə göndərildiyini müəyyən ediblər.
Xüsusi əməliyyat nəticəsində İstanbulun müxtəlif bölgələrində 7 ünvanda 9 şübhəli saxlanılıb. Axtarışlar zamanı külli miqdarda rəqəmsal materiallar, 17 min 900 ABŞ dolları və 109 min 800 lirə maddi sübut kimi ələ keçirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 586 Tarix: 19 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt bəşəriyyətin 99,5 faizini məhv edə bilər: HƏYƏCAN TƏBİLİ
Bir çox alimlər getdikcə belə bir fikrə gəlir ki, süni intellektin inkişafı insanlığın məhvinə səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, insanlar özləri elə bir texnologiya yarada bilərlər ki, bu da sivilizasiyanı məhv etmək gücündə olsun. Ekspertlər bu ssenarinin baş vermə ehtimalın
20.04.2026 382 Həyat yoldaşı burada olmadığı üçün hər yerə oğlu ilə gedir
Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad paylaşımları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, o, bir çox toy məclisində anası ilə olub. Cahad məclislərdən görüntülər yayımlayaraq "Atan başqa şəhərdə işləyəndə, sən onun xanımı ilə vaxt keçirməli olursan. Deyəsən buna öyrəşməyə başlayıram"
20.04.2026 416 Kosmosda qiyamət sınağı: İki qara dəlik toqquşmağa hazırlaşır
Markarian 501 qalaktikasının mərkəzindəki böyük sirrin üstü açılıb. Onilliklər boyu tək bir enerji mənbəyi kimi qəbul edilən strukturun əslində birləşmək üzrə olan iki nəhəng qara dəlik olduğu müəyyən edilib. Qaynarinfo xəbər verir ki, alimlərin hesablamalarına görə, 100 ildən az bir müddət ərzində ba
20.04.2026 326 Ukraynanın Tuapse limanına hücumu nəticəsində bir nəfər həlak olub
Rusiya rəsmiləri bazar ertəsi günü bildiriblər ki, Ukraynanın Rusiyanın Qara dənizdəki Tuapse limanına dron hücumu nəticəsində yanğın baş verib və ən azı bir nəfər ölüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə Rusiya rəsmiləri 16 apreldə baş verən oxşar hücumdan sonra baş verən yanğını
20.04.2026 280 "Boşanmaların yüksək faizinin maddi problemlərə görə olması fikri ilə razı deyiləm" - SOSİOLOQ MAİL YAQUBLA MÜSAHİBƏ
"Boşanmaların yüksək faizinin maddi problemlərə görə olması fikri ilə razı deyiləm. Burda psixoloji və sosioloji problemlər var. Gəlin statistika araşdırmaları edək və görək Azərbaycanda boşanan ailələrin neçə faizi sırf maddi sıxıntıya görə boşanır". Bu sözləri BİG.AZ-a müsahibəsində fəlsəf
20.04.2026 507 1963-cü ildən bəri rekordu qırılmayan mahnı
Cəmi bircə mahnı yeniyetmə bir qızı bir neçə saatın içində dünya ulduzuna çevirdi. xarici mediaya istinadla xəbər verir ki, 1963-cü ildə "I Will Follow Him" mahnısı hit-paradların birinci pilləsinə yüksəldi və onun müəyyən etdiyi rekord bu günə qədər qırılmayıb. Həmin vaxt mahnını ifa edə
20.04.2026 357 Aİ daxilində yeni gərginlik siqnalları - Bolqarıstan nəticələri
Keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Mütərəqqi Bolqarıstan" koalisiyasının növbədənkənar parlament seçkilərində öndə olduğu bildirilir. Məlumata görə, koalisiya səslərin 37,5-38,9 faizini toplayıb. Avropa İnkişafı Uğrunda və Demokratik Qüvvələr Birliyi (GERB-SDS) isə 15,4-16,2 fai
20.04.2026 297 Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib, sunami xəbərdarlığı edilib
Yaponiya Meteorologiya Agentliyinin verdiyi məlumata görə, bazar ertəsi günü Yaponiyanın şimalında baş verən 7,5 bal gücündə zəlzələ bölgədə sunami xəbərdarlığına səbəb olub. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, zəlzələ yüzlərlə kilometr uzaqlıqdakı Tokioya qədər böyük binaları silkələyəcək qədə
20.04.2026 309 Qaranlıqda televizora baxmaq zərərlidir - XƏBƏRDARLIQ
Yatmazdan əvvəl televizora baxmaq sağlamlığa zərər verə bilər, lakin proqramları qaranlıqda izləmək daha da zərərlidir. xarici mediaya istinadən xəbər verir ki, çox vaxt insanlar televizoru yarıqaranlıqda izləməyə alışırlar və otağı minimum işıqlandırırlar. Bu vərdiş kinoteatrlardan gəlir orada fil
20.04.2026 285